29 Oktyabr 2024 09:20
1638
Mədəniyyət
A- A+
Zamanı qabaqlayan rəssam

Zamanı qabaqlayan rəssam


O, sözün əsl mənasında anadan rəssam doğulmuşdu. Rəssam olmaq gerçəkdən həyatın maddi və mənəvi, görünən və görünməyən, dərk edilə bilən və bilinməyən cəhətlərinə malik ola bilmək deməkdir ki, bu xüsusiyyətlər də onda ilahinin qüdrətindən cəmlənmişdi. 

O, təsviri sənətin bir çox sahəsində - teatr dekorasiyası, dəzgah rəssamlığı, dekorativ tətbiqi sənət - dizayn və hətta memarlıq sahələrində maraqlı, diqqəti cəlb edən, güclü rəssamlıq təxəyyülünə malik, seyrçidə ovqat yaradan, düşündürən, bədii estetik zövq verən, təsir edən və həyata baxışlarında yardım edə bilən bədii əsərlər yaratmışdı və çox qısa - cəmi 30 yaş ömür yaşayıb, bu fani dünyadan köçmüşdü. O, Azərbaycan teatr rəssamlığı sənətinin banisi Rüstəm Məmməd oğlu Mustafayevdir (25.02.1910-19.07.1940). 

R.Mustafayev Bakıda anadan olmuşdu. Azərbaycan Dövlət Ali Rəssamlıq Məktəbini bitirmişdi. Bakı Azad Tənqid-Təbliğ Teatrında (1925-1933), Türk İşçi Teatrında (1925-1927), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1931-1940), Azərbaycan Dövlət Dram Teatrında (1933-1938) səhnəyə qoyulmuş bir çox dram əsərinin bədii tərtibatını hazırlamışdı və teatrın baş rəssamı vəzifəsində işləmişdi. R.Mustafayev teatr rəssamlığı sənətimizin yaradıcılarından olub. Əgər rəssamın bədii təxəyyülü və peşəkarlığı yüksək səviyyədədirsə, incəsənətdə onun üçün birinci və ya ikinci dərəcəli sahə anlayışı olmur. Bu baxımdan rəssamın səhnə əsərlərinə vermiş olduğu bədii tərtibatlara az qala müasir və müstəqil rəssamlıq nümunəsi kimi baxılır və diqqəti hər zaman cəlb edir. R.Mustafayev səhnə tərtibatı sərhədlərə sığmayan rəssam olmuşdur. Sadəcə dövrün tələbi və zamanın ağır sınaqları qarşısında o öz  yaradıcılıq potensialını belə sərhədləmişdi. R.Mustafayevin səhnə tərtibatı verdiyi tamaşalardan "Mıtı Kərim" (J.B.Molyerin "Xəsis" pyesinin təbdili, 1925), "Üsyan" (D.Furmanın "Qiyam" romanı əsasında, 1927), "Tufan" (V.Bill-Beloserkovski, 1928), "Hacı Qara" (M.F.Axundov, 1929), "Dəmirçi Gavə" (Ş.Sami, 1929), "Sevil" (C.Cabbarlı, 1930), Azərbaycan Dövlət Dram Teatrında "Ölülər" (C.Məmmədquluzadə, 1932), "Od gəlini" (C.Cabbarlı, 1933), "Şeyx Sənan" (H.Cavid, 1933), "1905-ci ildə" (C.Cabbarlı, 1932, 1935), "Dağılan tifaq" (Ə.Haqverdiyev, 1935), "Şahnamə" (M.Canan, 1936 ), Azərbaycan Dövlət Opera və Balet Teatrında  "Şah İsmayıl" (M.Maqomayev, 1931), "Leyli və Məcnun" (Ü.Hacıbəyli, 1931), "Aşıq Qərib" (Z.Hacıbəyov, 1939), "Koroğlu" (Ü.Hacıbəyli, 1937, 1938), "Arşın mal alan" (Ü.Hacıbəyli, 1940) və başqalarını qeyd etmək olar. Rəssam adlarını sadaladığımız dram əsərlərinin səhnə tərtibatında yaradıcı səy göstərərək tamaşanın bədii-estetik əhəmiyyətə malik alınmasında yaddaqalan vizual dekorativ eskizlər hazırlamışdı. Onun ən uğurlu səhnə tərtibatı verdiyi tamaşalardan olan "Koroğlu" operası Moskvada təşkil olunan incəsənət dekadasında oynanılmış, bütün sənətsevərlərin rəğbətini qazanmışdı. Bu işinə görə rəssam Kreml sarayında "Şərəf nişanı" (1936) ordeni ilə təltif olunmuşdu. "Ədəbiyyat" qəzetində (08.02.1936) "Layiqli əsərlərlə cavab verəcəyik" adlı yazıda "Biz talantlı yoldaşımız R.Mustafayevlə iftixar edirik" deyə qeyd olunurdu.

R.Mustafyevin dəzgah rəngkarlığı əsərlərinə "Naturaçının portreti" (1926), "Hambalın başı" (1927), "Firdovsinin portreti" (1934) və başqalarını qeyd etmək olar. R.Mustafayev həmçinin plakat, dizayn işləri (afişa və dəvətnamələrin bədii tərtibatı) ilə də məşğul olmuş, Moskvada Azərbaycan pavilyonunun (1939) və Nizami adına Ədəbiyyat Muzeyinin (1940) bədii tərtibatının həmmüəlliflərindən olmuşdu. Rəssam kitab qrafikası sahəsində "Ulduzlar" (S.Rüstəm, 1934), "Çinar" (R.Rza, 1939), Xalq rəssamı Lətif Kərimovla birlikdə "Aşığın səsi" (1939) və "Böyük Azərbaycan şairi Nizami" (Bertels, 1940, Azərbaycan və rus diilərində nəşr olunub) adlı kitabların bədii tərtibatını yüksək zövqlə yaratmışdı.

R.Mustafayev eyni zamanda Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru işləmişdi (1937-1940). Rəssam Azərbaycanın tarixi memarlıq abidələrinin bədii, elmi xüsusiyyətlərini tədqiq etmiş, öyrənmiş, onların rəsmlərini çəkmiş və elmi bərpa işlərini həyata keçirmişdi. Nizami dövrü abidələri və Şəki Xan Sarayının elmi bərpası işlərində rəssamın xüsusi xidmətləri olmuşdu. R.Mustafayev 1935-ci ildə III İran İncəsənəti Konqresinə dəvət olunmuşdu.

Görkəmli sənətkar geniş yaradıcılıq diapazonuna malik rəssam olub. Onun rəssamlıq fantaziyası və bədii yaradıcılıq təxəyyülü zamana, dövrə sığmırdı. O, zamanını qabaqlamış istedadlı sənət fədaisi idi. Rəssamın rəhbərliyi ilə Firdovsi, Şota Rustaveli, A.S.Puşkinin yubileylərinə həsr olunmuş yubiley sərgiləri təşkil olunmuşdu. O, yüksək həvəslə və güclü yaradıcılıq şövqü ilə Nizami adına Ədəbiyyat Muzeyinin yaradılmasına və fəaliyyət göstərməsinə can atırdı. Nə yazıq ki, əcəl buna imkan verməmişdi. 30 illik ömürdə zirvələr fəth etmiş rəssam yaşasaydı, incəsənət dünyamızın zənginləşməsində nə işlər görər, hansı töhfələr verə bilərdi, kim bilir...

Xalq rəssamı Qəzənfər Xalıqov rəssam dostu R.Mustafayev haqqında "Qobustan" jurnalında dərc olunmuş "Əvəzsiz rəssam, əvəzsiz dost" adlı məqaləsində yazırdı: "O, qayğıkeş insan, xeyirli məsləhətçi, şən, zarafatcıl bir yoldaş kimi bizim hamımızın hörmətini qazanmışdı. Necə deyərlər, "canlara dəyən" oğlan idi. Mən deyərəm ki, onun ölümü nəinki dostları üçün, eyni zamanda bütün Azərbaycan xalqı, onun incəsənəti üçün əvəzsiz itki idi. Tam yaradıcılıq dövrünü yaşamadan aramızdan gedən Rüstəm ən savadlı ziyalılarımızdan biri idi. Onun necə istedadlı olduğunu sözlə demək mümkün deyil. Rüstəmin yaradıcılığı yenicə çiçəklənirdi. Özü də ayla, günlə yox, saatla, dəqiqələrlə". 

Tanınmış rəssamımız haqqında axtarış edəndə çox az məlumat əldə etmək olur. Rəssamın yaradıcılığı novator meyillərlə zəngin olduğundan sovetlər dönəmində kölgədə qalıb. Müstəqillik illərində isə belə rəssamlarımızın yaradıcılığına müraciət etməmək təəssüf doğurur. Həyatını incəsənətə həsr etmiş, daim yüksək bədii estetik təsir qüvvəsinə malik gözəl əsərlər yaratmış Rüstəm Mustafayevin adı incəsənət tariximizdə əbədi yaşayacaq. 


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!