27 May 2026 10:13
187
SİYASƏT
A- A+
Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub


Azərbaycanın Fransadakı Səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Silahlı Qüvvələrin Fransadakı Hərbi Attaşelik Aparatının birgə təşkilatçılığı və dəstəyi ilə Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə geniş qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, UNESCO-nun Baş direktoru Xalid əl-Ənani, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri, eləcə də Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və Silahlı Qüvvələrin hərbi attaşesi Cavid Abdullayev çıxış ediblər.

Çıxışlarda Müstəqillik Gününün Parisdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, müsəlman Şərqində və türk dünyasında ilk dəfə olaraq dünyəvi, parlamentli, müstəqil demokratik respublika məhz Azərbaycanda yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan bəhs edilərək, onun mütərəqqi qanunlar qəbul etdiyi, qadınlara seçki hüququ verdiyi və güclü milli dövlətçilik şüuru formalaşdırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1990-cı illərin əvvəllərində yenidən müstəqillik qazanan Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən, ölkəmizin dayanıqlı sülhün, regional əməkdaşlığın və bağlantıların təşviqi, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətdən danışılıb.

Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolu, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol, həmçinin qazandığı zəfərlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda Silahlı Qüvvələr ilk dəfə ötən əsrin əvvəllərində formalaşdırılıb.

Vurğulanıb ki, Azərbaycan regionun ən güclü ordularından birinə malikdir. Vətən müharibəsində Ordumuzun qazandığı Zəfər, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq hüququn təmin olunması bu gücün bariz nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!