31 Oktyabr 2024 20:13
1805
PARLAMENT
A- A+
Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova dövlətlərarası münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən danışıb. Bildirib ki, bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.

Milli Məclisin sədri həm Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, həm də ərazi bütövlüyümüzün təmin olunması zamanı ölkəmizə beynəlxalq arenada verdiyi daimi dəstəyə görə Pakistana və onun parlamentinə təşəkkürünü bildirib. O, Azərbaycanın da həmişə Pakistanın yanında olduğunu və Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin, müntəzəm təmaslarının, eləcə də deputatlarımızın beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işləri barədə də danışılıb. S.Qafarova COP-29 ətrafında gedən çirkin siyasi oyunları qəbuledilməz adlandırıb, bu tədbirin ümumbəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qonağa Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində keçirəcəyi Parlament konfransı barədə də məlumat verilib, tədbirin parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq məqsədilə əhəmiyyətli platforma olduğu bildirilib.

Səfir Qasim Mohiuddin Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərə və qardaşlıq əlaqələrinə söykəndiyini, bu münasibətlərin bundan sonra da davam edəcəyini bildirib. Diplomat deyib ki, Pakistan COP29-da iştirak edəcəyini dərhal təsdiqləyən ölkələrdəndir və Azərbaycanın bu tədbiri yüksək səviyyədə, uğurla keçirəcəyinə əmindir.

O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın mövqeyi həmişə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə əsaslanıb və Pakistan həmişə Azərbaycanın yanında olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib, bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

23:55
26 İyul

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-4 dərəcə enəcək

19:19
26 İyul

FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

18:57
26 İyul

Peskov: Ukrayna ilə bağlı yeni təkliflərə reaksiya Rusiyanın maraqlarından asılı olacaq

17:21
26 İyul

Hörmüz boğazında tanker minaya düşüb

16:48
26 İyul

Füzulidə Aerokosmik Modelçilik Festivalında 200-ə yaxın gənc bacarıqlarını nümayiş etdirib

14:51
26 İyul

İran ordusu müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib

14:47
26 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:46
26 İyul

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!