31 Oktyabr 2024 19:37
522
CƏMİYYƏT
A- A+
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

Oktyabrın 31-də ADA Universitetində “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi mədəniyyətin və iqlim dəyişikliyinin qarşılıqlı əlaqəsini araşdırmaq, mədəni təcrübələrin və ənənələrin ətraf mühit dəyişikliklərinə təsirlərini diqqətə çatdırmaqdır.

ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılovanın moderatorluğu ilə gerçəkləşən konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit gündəliyinə sadiq olduğunu söyləyib. Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Bu addım COP29-u hamı üçün davamlı inkişaf və yaşıl gələcəyi inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə sadiqdir. Bu ilin may ayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iqlim və mədəniyyət arasındakı əlaqəyə toxunuldu. Bu da iqlim dəyişikliyinin mədəni irsə təsiri haqqında məlumatlılığı artırdı. Hazırda bu təşəbbüs dünya miqyasında yayılır və daha çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Biz inanırıq ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün görkəmli qüvvəyə çevirməyə çalışır”.

Xatırladılıb ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da reallaşacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün mərkəz nöqtəsi kimi necə xidmət edəcəyini nümayiş etdirib.


Fərid Cəfərov çıxışında gəncləri iqlim təşəbbüslərində fəal olmağa dəvət edib: “Sizin ideyalarınız, yaradıcılığınız və həvəsiniz çox önəmlidir. İncəsənət, elm və ya icma layihələri çərçivəsində ekoloji həllər axtarmağınızdan asılı olmayaraq, davamlı gələcəyə doğru bu səyahətdə səsiniz böyük əhəmiyyət kəsb edir. COP29 ərzində Azərbaycanın mədəniyyət müəssisələri, o cümlədən muzeylər, teatrlar və digər məkanlar iqlimə əsaslanan gündəliyi birləşdirəcək. Biz birlikdə bütün mədəni mənzərəmizin daha yaşıl gələcəyə olan bağlılığımızı əks etdirməsini təmin edirik. İqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri təşviq etmək üçün mədəniyyətin gücündən istifadə etmək imkanımız var. Bu, həm də bir məsuliyyətdir. Gəlin, mədəniyyətin müsbət iqlim gündəmini ruhlandırmaqda yol göstərdiyi bir gələcəyi qurmağa davam edək və hər birimiz bu transformativ səyahətin bir hissəsi olaq”.

Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib ki, son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Bu da insan sağlamlığı, canlı aləm, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir: “Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür. Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib”.

Bildirilib ki, “Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və smart (ağıllı) infrastrukturun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır.

Rauf Hacıyev vurğulayıb ki, bu il beynəlxalq ictimaiyyətin diqqəti həm də ölkəmizə, xüsusən ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönəlib. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

Diqqətə çatdırılıb ki, iqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılığa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə müxtəlif ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır. COP29-un uğurla nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəaliyyət həyata keçirilir.

Digər çıxış edənlər mədəni perspektivlərin iqlim fəaliyyətinə inteqrasiya edilməsi ilə bağlı strategiyalar haqqında fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!