31 Oktyabr 2024 22:49
343
CƏMİYYƏT
A- A+
Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Brüsseldə Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin (ENNHRI) Baş Assambleyasında və “Silahlı münaqişələr vəziyyətində fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutlarının rolu və funksiyaları” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Aparat rəhbəri çıxışı zamanı ombudsmanın beynəlxalq humanitar hüquq normalarının implementasiyası istiqamətində gördüyü işlər, münaqişə dövründə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib.

A.Səfixanlı Azərbaycan ərazilərinin otuzillik işğalı dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. O, Ermənistanın mina terrorundan danışaraq torpaqlarımızda basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına ciddi maneə yaratdığını bildirib. Eyni zamanda, Birinci Qarabağ müharibəsindən indiyədək 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onların taleyi barədə bu günədək ölkəmizə hər hansı məlumatın təqdim olunmadığı qeyd edilib.

Aparat rəhbəri İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistanın mülki əhalinin hədəfə aldığı bölgələrimizdə, eləcə də işğal dövründə dağıdılmış ərazilərimizdə ombudsman tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan hesabatların, bəyanatların və müraciətlərin hazırlandığını, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.

Aydın Səfixanlı, həmçinin ENNHRI-nin Baş Assambleyasında çıxış edərək, Azərbaycan ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, əldə olunan müsbət təcrübələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!