23 Yanvar 2025 08:10
144
SİYASƏT
A- A+
Azərbaycanın Davos Forumunda fəallığı ilbəil artır

Azərbaycanın Davos Forumunda fəallığı ilbəil artır


Prezident İlham Əliyevin davamlı islahatları sayəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlir


"Azərbaycanın 30 ilə yaxındır ki, fəal iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə yüksək uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. "Dövlət başçısı bu forumda hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edir, panellərə qatılır, çoxsaylı suallara cavab verir. Azərbaycan Davosda yüksək etimad qazanmış ölkədir. Ölkəmiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər. Ekspertlər Davos Forumunun Bakıda keçirilməsini Azərbaycanın iqtisadi və siyasi uğuru və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər. İlk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, region ölkələri arasından Azərbaycanın seçilməsi məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biri idi. Ekspertlərin rəyinə görə, 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu. Forum iqtisadiyyatın rəqabətədavamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə olub.

Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyətə başladığını xatırladan deputat bildirib ki, bu mərkəzin fəaliyyəti ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir: "Həmçinin 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda davam edən 55-ci Davos Forumu çərçivəsində cənab Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlər, hökumət üzvləri ilə apardığı siyasi dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqlimşünas alim: Azərbaycanda orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır  

10:49
23 Yanvar

Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb  

10:43
23 Yanvar

DİN: Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanılıb  

10:38
23 Yanvar

UNESCO və ÜMT 2025-ci ili Buzlaqların Mühafizəsi İli elan ediblər  

10:33
23 Yanvar

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb  

10:28
23 Yanvar

“Azərbaycan Hava Yolları” və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir  

10:23
23 Yanvar

ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir  

10:18
23 Yanvar

Dünya birjalarında neft ucuzlaşıb  

10:13
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

09:42
23 Yanvar

TƏBİB: Ötən il ərzində 83 milyona yaxın tibbi xidmət göstərilib  

09:36
23 Yanvar

Atəşkəsdən sonra Qəzzada dağıntılar altından 212 nəfərin cəsədi çıxarılıb  

09:31
23 Yanvar

Filippində 5,7 bal gücündə zəlzələ baş verib  

09:26
23 Yanvar

İtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ-də birincidir  

09:21
23 Yanvar

Burkino-Faso Fransanın müstəmləkə mirasını silməyə davam edir  

09:16
23 Yanvar

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib  

09:11
23 Yanvar

BMT: ABŞ-ın ÜST-dən çıxması ilə bağlı heç bir sənəd almamışıq  

09:06
23 Yanvar

Çin XİN: Tarif müharibəsinin qalibi olmur  

09:01
23 Yanvar

Fransanın "çürük siyasəti"

08:55
23 Yanvar

Şirin su qıtlığı

08:50
23 Yanvar

Ömrünun 55 ildən çoxunu tibbə həsr edən alim

08:45
23 Yanvar

Koçaryan Paşinyana qarşı yeni cəbhə açır

08:40
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!