23 Yanvar 2025 08:50
169
İQTİSADİYYAT
A- A+
Şirin su qıtlığı

Şirin su qıtlığı


Xəzər köməyə gəlir


Yer kürəsi yaranandan içməli su qıtlığı problem olub. Hələ qədim zamanlardan başlayan şirin su problemi indi də dünyanı ciddi rahatsız edir. 

Bu problemi həll etmək üçün dünya birliyi müəyyən tədbirlər görür və suyun mühafizə olunması, qənaətlə işlədilməsi üçün optimal yollar axtarır. Bu baxımdan Azərbaycan da istisna deyil. Ölkəmizdə içməli suya olan tələbatın ödənilməsi və yeni su mənbələrinin axtarılması, ona qənaət edilməsi tədbirlərinə hər zaman diqqət yetirilir, şirin su çatışmazlığının mümkün qədər aradan qaldırılması istiqamətində işlər aparılır. 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" qəbul olunmuşdur. 2025-2027-ci illəri əhatə edən Milli Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sənəddə həmçinin yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatından istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının, eləcə də yağış sularının idarə olunması, emalı və təkrar istifadəyə cəlb edilməsi planlaşdırılmışdır. 

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bu məsələ ilə bağlı fikirlərini belə bölüşür: "Nəzərdə tutulan fəaliyyətlər su ilə təminata bir töhfə verəcək. Düşünürəm ki, bu istiqamətdə İsrail təcrübəsindən istifadə edilməsi daha məqsədəuyğundur. Çünki İsrail dəniz suyunu suvarma və içməli suya çevirən ilk ölkələrdən biridir. Azərbaycanla İsrail arasında sıx əməkdaşlıq imkan verəcək ki, Azərbaycanda da dəniz suyunun daha qısa zamanda içməli və suvarma suyuna çevirilməsi mümkün olsun". 

Deyilənləri reallaşdırmaq üçün ötən ilin fevralında İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün müsabiqə elan edildi. Bu günlər isə müsabiqənin nəticələri açıqlanıb. Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub. 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin "IDE Water Assets Ltd" və Birləşmiş Ərəb Əmirliklərinin "Metito Utilities Limited" şirkətləri yer alıb. 

Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında (SKSP) günlük istehsal gücü 300 min kubmetr  olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27 il 5 aydır. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək. Bu, Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, xarici sərmayə cəlbi baxımından mühüm layihədir. 

Müsabiqədə "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsiumun digər üzvü Türkiyənin "IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş." şirkətidir. Xatırladaq ki, Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş "ACWA Power" şirkəti suyun duzsuzlaşdırılması və "yaşıl hidrogen" sahələrində qabaqcıl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir. ACWA Power istismarda olan, inkişaf edən və tikilməkdə olan 94 layihə sahibidir. Bu layihələrin sərmayə dəyəri 97 milyard dollar təşkil edir və şirkət 69 GVt enerji istehsalı və gündəlik 8 milyon kubmetr suyun duzsuzlaşdırılması gücünə malikdir.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib. Son illər dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində Əks Osmos (Reverse Osmosis) texnologiyası tətbiq olunur. Əks Osmosla dəniz, çay, quyu, kanal sularını içməli su səviyyəsinə qədər təmizləmək mümkündür. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. 

Xatırladaq ki, dəniz suyunun duzsuzlaşdırılması prosesinə Azərbaycanda 2013-cü ildə başlanılıb. Dövlət başçısının ideyası və tapşırığı ilə həmin il Salyan rayonunun Xıdırlı kəndində Əks Osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyalara əsaslanan zavod inşa edilib. Əks Osmos sistemi suyun təzyiq vasitəsi ilə membrandan keçirilməsi nəticəsində onu iki hissəyə ayırır. Membrandan keçən hissə təmiz sudur. Keçə bilməyən duzlar və mikro hissəciklər isə suyun tərkibindən ayrılaraq kənarlaşdırılır. Əks Osmos sistemindən dünyada qida, kənd təsərrüfatı, sənaye, tibb sahəsində də geniş istifadə olunur. Sistem suyu 0.0001 mikrona qədər təmizləmə gücünə malikdir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Abşeronda Nəbi Xəzrinin 100 illiyi qeyd edilib  

13:30
23 Yanvar

Paris prokurorluğu Fransa daxili işlər nazirinin vaxtından əvvəl məlumat sızdırmasını pisləyib  

13:25
23 Yanvar

Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası olub  

13:15
23 Yanvar

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub  

13:02
23 Yanvar

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb  

12:45
23 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:42
23 Yanvar

Bugünkü valyuta hərracında tələb 52,5 milyon dollar təşkil edib  

12:34
23 Yanvar

Belarusda prezident seçkiləri ilə bağlı erkən səsvermə keçirilir  

12:28
23 Yanvar

AMEA-nın Naxçıvan Bölməsi ötən il 4 mühüm elmi nəticə əldə edib  

12:23
23 Yanvar

Tacikistanın səfiri: Səylərimiz dünya arenasında MDB-nin müsbət imicinin daha da möhkəmlənməsinə yönələcək  

12:19
23 Yanvar

“Bloomberg Philanthropies” Paris Sazişindən çıxdıqdan sonra ABŞ-ın iqlim üzrə üzvlük haqlarını ödəyəcək  

12:09
23 Yanvar

Polisin əməliyyatı zamanı 36 kiloqram narkotik vasitə aşkarlanıb

12:04
23 Yanvar

Avropa İttifaqı keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib  

12:00
23 Yanvar

AMEA Humanitar Elmlər Bölməsinin ötənilki fəaliyyəti müzakirə edilib  

11:56
23 Yanvar

Qazaxıstan ilk AES-in tikintisinə iddiaçıları müəyyənləşdirib  

11:52
23 Yanvar

“Yaşıl enerji məkanı” üzrə İşçi qrupun növbəti iclası keçirilib  

11:47
23 Yanvar

Los-Ancelesin yaxınlığında yeni meşə yanğınları başlayıb

11:41
23 Yanvar

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb  

11:36
23 Yanvar

AMEA Rəyasət Heyətinin iclası keçirilib  

11:31
23 Yanvar

Abadlaşan, yenidən qurulan Xankəndi

11:23
23 Yanvar

Bakıda naxçıvanlı Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb  

11:20
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!