31 İyul 2026 10:22
222
SİYASƏT
A- A+
Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

Hər bir xalqın milli varlığını, tarixini və mənəvi dəyərlərini yaşadan əsas amillərdən biri onun ana dilidir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, mədəniyyətini və dövlətçilik ənənələrini qoruyub saxlamış, bu gün isə müstəqil Azərbaycanın dövlət dili kimi ölkəmizin inkişafında mühüm rol oynayır. Məhz buna görə də hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasını və inkişafını milli siyasətin prioritet istiqamətlərindən biri hesab edirdi. Onun təşəbbüsü və qətiyyətli mövqeyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli tariximizin ən mühüm hadisələrindən biri oldu. O dövrdə milli dillərin sıxışdırıldığı mürəkkəb siyasi şəraitdə belə bir addımın atılması böyük siyasi iradənin və uzaqgörənliyin göstəricisi idi.

Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Elə həmin il imzalanan digər Fərmanla hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Sonrakı dövrdə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, Azərbaycan dilinin orfoqrafiya normalarının təsdiqi, eləcə də dövlət proqramları və digər normativ aktlar ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm hüquqi baza formalaşdırdı.

Prezident İlham Əliyev də Azərbaycan dilinin saflığının qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdi. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dili zəngin söz ehtiyatına malikdir və onun inkişafı, yad təsirlərdən qorunması hər bir vətəndaşın borcudur. Son illərdə imzalanan fərman və sərəncamlar, latın qrafikalı nəşrlərin genişləndirilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin artırılması, dövlət dilinin normalarına nəzarətin gücləndirilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin bariz nümunəsidir.

Qloballaşma dövründə informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin təsirlərinin geniş yayılması ana dilimizin saflığının qorunmasını daha da aktuallaşdırır. Xüsusilə media, sosial şəbəkələr və ictimai kommunikasiya mühitində Azərbaycan dilinin normalarına riayət olunması milli-mənəvi dəyərlərimizin qorunmasının ayrılmaz hissəsidir. Ana dilinə hörmət yalnız dil qaydalarına əməl etmək deyil, həm də milli kimliyə, dövlətçiliyə və tarixi irsə sədaqətin ifadəsidir.

Ümummilli Lider Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur. Bu məsuliyyət yalnız dövlət qurumlarının deyil, alimlərin, müəllimlərin, jurnalistlərin, ziyalıların, valideynlərin və xüsusilə gənc nəslin üzərinə düşür. Ana dilimizin zənginliyini qorumaq, onu düzgün öyrənmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq milli borcumuzdur.

Azərbaycan dili xalqımızın milli ruhunu, tarixi yaddaşını və dövlətçilik ənənələrini yaşadan əvəzsiz mənəvi sərvətdir. Bu dəyərin qorunması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın gələcək inkişafı, milli birliyimizin möhkəmlənməsi və mənəvi irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ana dilimizə göstərilən ehtiram hər bir vətəndaşın milli məsuliyyətinin və Vətənə bağlılığının ən gözəl təzahürüdür.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alimin Əlişir Nəvai irsinə həsr olunmuş monoqrafiyası özbək dilində nəşr edilib

11:21
31 İyul

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

10:56
31 İyul

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!