31 İyul 2026 10:29
216
İQTİSADİYYAT
A- A+
Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 


Goranboy kənd təsərrüfatı rayonu olmasına baxmayaraq, burada bir neçə sənaye müəssisəsi də fəaliyyət göstərir. Onların sırasında "Master Metal Company" və "Goran Agro Avadanlıqlar Zavodu" MMC-ləri misal çəkmək olar. 

"Master Metal Company" MMC-də məişət avadanlıqları, müxtəlif təyinatlı masa və oturacaqlar, "Goran Agro Avadanlıqlar Zavodu" MMC-də isə kənd təsərrüfatı təyinatlı avadanlıqlar, müxtəlif ölçülü qoşqular, eləcə də digər metal məmulatlar istehsal edilir.

Bu günlər RİH-in başçısı M.Quliyev müəssisələrdə istehsal sahələrinin vəziyyəti ilə tanış olmuşdur. Ona istehsal sahələrinin fəaliyyəti, tətbiq olunan müasir texnologiyalar, istehsal gücü, məhsul çeşidlərinin artırılması istiqamətində görülən işlər və gələcək inkişaf planları barədə ətraflı məlumat verilmişdir.

İstehsal sahələrinə baxış zamanı ölkədə həyata keçirilən iqtisadi siyasət, o cümlədən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində görüən işlər ətraflı müzakirə edilmişdir. Ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi və aqrar sahəyə xidmət göstərən istehsal müəssisələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, müasir istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal potensialının artırılması regionların sosial-iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfələr  verə bilər.

Sonda hər iki müəssisənin rəhbəri onlara göstərilən diqqət və qayğıya, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən ardıcıl dəstəyə görə  minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər ki, onlar yaradılan bu imkandan istifadə etməklə məhsul çeşidinin sayının artırılmasına çalışacaq, istehsalın həcmini artırmaqla müəssisələrin fəaliyyətini daha da genişləndirəcəklər.


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

10:56
31 İyul

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!