31 İyul 2026 09:24
211
İQTİSADİYYAT
A- A+
Qızılı qiymətli edən təkcə əyarı deyil

Qızılı qiymətli edən təkcə əyarı deyil


"AzerGold" QSC özünün sosial-ekoloji tədbirləri ilə də seçilir


Mədənlər bəzən təkcə yerin dərinliklərində gizlənən sərvətləri üzə çıxarmır, həm də ölkənin iqtisadi gücünü, texnoloji imkanlarını və gələcəyə baxışını nümayiş etdirir. 

Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ötən 10 ildə məhz belə bir inkişaf yolu keçərək müasir dağ-mədən sənayesinin aparıcı şirkətlərindən birinə çevrilib.

İyulun 27-29-da təşkil olunan mediatur çərçivəsində Göygöl və Daşkəsən rayonlarında səfərdə olan jurnalistlər "AzerGold" QSC-nin 10 illik fəaliyyəti dövründə həyata keçirdiyi layihələr, əldə etdiyi nəticələr və gələcək planları barədə geniş məlumat aldılar. Səfərin ən yaddaqalan məqamlarından biri isə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl yatağına baş çəkmək oldu. Æurnalistlər bu qiymətli metalın mədəndən çıxarılması, emal mərhələləri və müasir istehsal prosesləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

Şirkətin əldə etdiyi nailiyyətlərin əsasında dövlətin qeyri-neft sektorunun inkişafına, təbii sərvətlərin səmərəli idarə olunmasına və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş strateji siyasəti barədə jurnalistlərə geniş məlumat verildi. Öyrəndik ki, 2016-cı ildə fəaliyyətə başlayan şirkət qısa müddətdə geoloji kəşfiyyatdan hasilata, emaldan sənaye xidmətlərinə və qiymətli metalların satışına qədər geniş fəaliyyət zənciri formalaşdırıb. Ötən 10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib, 4 qızıl mədəni və regional sənaye kompleksi istifadəyə verilib. 

Şirkətin ilk böyük layihəsi olan Çovdar qızıl yatağında aparılan işlər xüsusi diqqət çəkir. Əlavə kəşfiyyat və optimallaşdırma tədbirləri nəticəsində yatağın ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Çovdar, "Mərəh", "Ağyoxuş" və "Tülallar" yataqlarının vahid istehsal mərkəzi çərçivəsində idarə olunması məqsədilə yaradılan Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) istehsalın səmərəliliyini artırmağa imkan verib.

Bu günədək "AzerGold" tərəfindən istismar olunan mədənlərdən 558 min unsiyadan çox qızıl, 1 milyon unsiyadan artıq gümüş hasil edilib. Şirkət qiymətli metalların satışı nəticəsində 2,2 milyard manatdan çox gəlir əldə edib, dövlət büdcəsinə vergi və sosial ödənişlər vasitəsilə 295,3 milyon manat vəsait yönəldib. 

Şirkətin qarşıdakı illər üçün əsas prioritetlərindən biri yeni yataqların istismara hazırlanmasıdır. Kəlbəcərdə yerləşən Söyüdlü (Zod) qızıl yatağı, Balakəndəki Filizçay polimetal yatağı və Naxçıvandakı Ortakənd qızıl yatağı Azərbaycanın dağ-mədən sənayesinin gələcək inkişafında mühüm rol oynaya biləcək strateji layihələr sırasında yer alır. Daşkəsən dəmir filizi layihəsi isə ölkənin metallurgiya sənayesi üçün xüsusi əhəmiyyət daşıyır. Layihənin tam icrası nəticəsində yeni sənaye zəncirinin yaradılması, ixrac imkanlarının artırılması və regionlarda minlərlə yeni iş yerinin açılması nəzərdə tutulur.

Mediatur zamanı diqqətçəkən məqamlardan biri də "AzerGold"un fəaliyyətində yerli kadrlara verilən üstünlük oldu. Hazırda şirkət 2640 nəfəri daimi işlə təmin edir. Onların təxminən 80 faizi region sakinləridir. Bu, xüsusən Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun təminatına mühüm töhfə verir.

Şirkətin insan kapitalının inkişafına yönəlmiş yeni təşəbbüsləri sırasında Daşkəsən məktəbliləri üçün hazırlıq kurslarının təşkili xüsusi əhəmiyyət daşıyır. Etibarlı və peşəkar kadr potensialının formalaşdırılmasını strateji hədəflərindən biri hesab edən "AzerGold" QSC bu layihə ilə region gənclərinin təhsil imkanlarının genişləndirilməsinə dəstək göstərməyi qarşıya məqsəd qoyur. Layihə çərçivəsində məktəblilərin əlavə hazırlıq kurslarına cəlb olunması, onların bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Şirkət tərəfindən ayrılmış xüsusi nəqliyyat vasitəsi şagirdlərin hazırlıq dərslərinə rahat çatdırılmasını təmin edəcək. Bu təşəbbüs həm valideynlərin əlavə nəqliyyat və hazırlıq xərclərinin azalmasına, həm də şagirdlərin keyfiyyətli təhsil imkanlarından bərabər yararlanmasına şərait yaradacaq. Kurslarda təcrübəli və yüksəkixtisaslı müəllimlərin iştirakı ilə məktəblilərin gələcək təhsil və peşə seçimlərinə mühüm dəstək veriləcək.

Göründüyü kimi, şirkətin fəaliyyəti yalnız hasilat göstəriciləri ilə məhdudlaşmır. "AzerGold" fəaliyyət göstərdiyi ərazilərdə sosial məsuliyyət layihələrinə də xüsusi diqqət ayırır. Bu günədək şirkət tərəfindən təhsil, səhiyyə, aqrar inkişaf, kiçik sahibkarlıq və digər istiqamətlərdə 100-dən çox sosial layihə həyata keçirilib.

Ekoloji məsələlər də şirkətin fəaliyyət strategiyasında mühüm yer tutur. "AzerGold" Azərbaycanda rekultivasiya tədbirləri reallaşdıran ilk dağ-mədən şirkətlərindəndir. Bu çərçivədə istismarı başa çatmış ərazilərdə torpaq qatı bərpa olunur, yaşıllaşdırma işləri və ağacəkmə layihələri həyata keçirilir.

Şirkətin gələcək hədəfləri sırasında geoloji kəşfiyyat işlərinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının tapılması da xüsusi yer tutur. Özbəkistanla həyata keçirilən əməkdaşlıq bu istiqamətdə atılan mühüm addımlardan biridir. 

"AzerGold"un 10 illik fəaliyyəti göstərir ki, müasir mədənçilik yalnız yeraltı sərvətlərin hasilatı deyil. Bu həm də regionların sosial-iqtisadi inkişafı və Azərbaycanın sənaye potensialından ölkənin xeyrinə istifadə olunmasıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:47
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!