31 İyul 2026 09:17
233
SİYASƏT
A- A+
Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"


"Orta dəhlizin inkişafı artıq siyasi bəyanatlar mərhələsindən çıxaraq praqmatik iqtisadi hesablamalar müstəvisinə keçir. Mərkəzi Asiya ölkələri üçün bu marşrut getdikcə iqtisadi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas amillərdən birinə çevrilir. Materikin daxilində yerləşən region ölkələri üçün Xəzər dənizinin limanlarına, oradan isə Cənubi Qafqaza birbaşa və müstəqil çıxış əldə etmək ixracın maya dəyərini azaltmaq və qlobal təchizat zəncirlərinə öz şərtləri ilə inteqrasiya olunmaq baxımından mühüm əhəmiyyət daşıyır".

Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov deyib.

Ekspert bildirib ki, bu nəqliyyat sistemində Azərbaycan yalnız tranzit ölkəsi deyil, Mərkəzi Asiya dövlətlərinin strateji tərəfdaşı kimi çıxış edir.

"Azərbaycanın yaratdığı müasir infrastruktur - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu olmasaydı, Trans-Xəzər marşrutu öz məntiqi tamlığını itirərdi. Bununla belə, Xəzəri Mərkəzi Asiya ilə Avropa arasında tamhüquqlu nəqliyyat körpüsünə çevirmək üçün konkret praktik addımların atılması vacibdir. İlk növbədə marşrut üzrə vahid rəqəmsal dəhlizin formalaşdırılması zəruridir. Vahid elektron yük sənədlərinin tətbiqi, avtomatlaşdırılmış gömrük yoxlamalarının həyata keçirilməsi yüklərin limanlarda gözləməsinin qarşısını ala bilər. İkinci mühüm məsələ vahid multimodal operatorun və bütün marşrut üzrə proqnozlaşdırılan vahid tarif siyasətinin yaradılmasıdır. Yük sahiblərinə çoxsaylı fərqli tariflər deyil, aydın və iqtisadi cəhətdən səmərəli daşınma modeli lazımdır. Bununla yanaşı, infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Ticarət donanmasının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və Orta dəhlizin regionda inşa edilən yeni nəqliyyat arteriyaları, o cümlədən "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu ilə əlaqələndirilməsi xüsusi diqqət tələb edir", - deyə ekspert qeyd edib.

X.İbrahimov hesab edir ki, C6+1 formatı Mərkəzi Asiya ölkələrinin beynəlxalq münasibətlər sistemində mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldə bilər.

"Azərbaycanın Mərkəzi Asiyanın beş dövləti ilə birlikdə C6+1 formatında təmsil olunması regionun beynəlxalq subyektliyini prinsipial şəkildə dəyişir. Bu halda biz artıq ayrı-ayrı ölkələr kimi deyil, vahid tranzit və ticarət regionu kimi çıxış edirik. Bu isə Avropa İttifaqı, Çin və beynəlxalq investorlarla aparılan danışıqlarda regionun mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Azərbaycanın bu mexanizmdə iştirakı əməkdaşlığın praktik nəticələrini daha da artıracaq. Nəqliyyat sahəsində bu, Avropaya qədər bütün marşrut üzrə tariflərin əlaqələndirilməsinə imkan yaradar. Enerji sahəsində Xəzər və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi kimi iri layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşar və Mərkəzi Asiyada istehsal olunan "yaşıl enerji"nin Avropa bazarlarına ixracı üçün yeni imkanlar açılar. Ticarət baxımından biz xammalın birgə emalını təşkil edə, hazır məhsulu Azərbaycanın azad iqtisadi zonaları vasitəsilə dünya bazarlarına çıxara bilərik. C6+1 formatı regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da mühüm üstünlüklər yaradır. Bu mexanizm kritik infrastrukturun birgə qorunmasına, məlumat mübadiləsinin genişləndirilməsinə və istənilən xarici geosiyasi çağırış zamanı logistika zəncirində yaranan problemlərin operativ şəkildə aradan qaldırılmasına imkan verə bilər.

 Nəticə etibarilə Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı, özünü təmin edən iqtisadi məkanın formalaşdırılmasına şərait yaradır və regionun müasir geosiyasi çağırışlara daha effektiv cavab verməsini təmin edir", - deyə Xayotjon İbrahimov fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!