31 İyul 2026 08:49
277
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir


Ölkəmizin Mərkəzi Asiya regionu ilə strateji əlaqələri və çoxşaxəli əməkdaşlığı yeni mərhələyə yüksəlir 


Beynəlxalq nəqliyyat və enerji xətlərinin yenidən qurulduğu bir şəraitdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri daha da dərinləşir. Ölkəmizi Mərkəzi Asiya regionunun qardaş dövlətləri ilə tarixi, mədəni və iqtisadi-siyasi bağlar birləşdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 

Son illərdə Azərbaycan və Qırğızıstan əlaqələrində də yüksək dinamika müşahidə olunur. İyulun 30-dan avqustun 1-nədək Qırğızıstanın evsahibliyi ilə ilk dəfə keçirilən "Mərkəzi Asiya-Azərbaycan" Sammiti də ikitərəfli və çoxşaxəli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən müstəsna platforma rolunu oynayacaq. Bu Zirvə görüşü Azərbaycanın Mərkəzi Asiya regionu ilə sıx inteqrasiyasının, qarşılıqlı faydalar verən tərəfdaşlığının və formalaşan yeni Avrasiya geoiqtisadi reallığının növbəti təzahürüdür. 

Bakı və Bişkek əlaqələri qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan, gələcəyə hesablanmış əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu əlaqələr siyasi dialoqdan iqtisadi əməkdaşlığa, parlament diplomatiyasından humanitar münasibətlərə qədər bütün istiqamətlər üzrə davamlı inkişaf edir. Son illərdə həyata keçirilən yüksəksəviyyəli səfərlər, fəal işləyən Dövlətlərarası Şura mexanizmi və imzalanan 105 sənəd münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib. 

İki ölkə arasında iqtisadi göstəricilər də yüksəlməkdədir. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artaraq 13,67 milyon dollara çatıb. Azərbaycanın Qırğızıstana məhsul ixracı 10,53 milyon dollara yüksəlib. Maliyyə-investisiya mexanizmləri də sürətlə işə düşür. Nizamnamə kapitalı 100 milyon dollara çatdırılan Azərbaycan-Qırğız İnkişaf Fondu artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji biznes layihələrini maliyyələşdirib. 

İki ölkə arasında enerji təhlükəsizliyi və yanacaq tədarükü sahəsində də əməkdaşlıq dərinləşir. Qırğızıstan daxili bazarının neft məhsulları təminatı və tədarükün şaxələndirilməsi məqsədilə Azərbaycana müraciət edərək, Bakını öz enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi gördüyünü nümayiş etdirib. Nəqliyyat sektorunda AZAL-ın Bakı-Bişkek müntəzəm və Bakı-İssık-Kul mövsümi hava yolu səfərləri işgüzar və turizm əlaqələrini canlandırır. 

Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyən dost dövlətlərdir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqedən çıxış edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinə yeni məzmun qazandıraraq iqtisadi, nəqliyyat, rəqəmsallaşma, təhsil və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. 

İkitərəfli münasibətlərin vacib istiqamətlərindən biri də mənəvi həmrəylik və humanitar sahədir. Qırğızıstan hökumətinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş Ağdamın Xıdırlı kəndində inşa edilən 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb bu qardaşlığın əməli rəmzidir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksinin, Nizami Gəncəvi adına məktəbin və Dostluq Parkının fəaliyyət göstərməsi xalqlarımız arasında dərin mənəvi bağlılığı sübut edir. Mədəniyyət günlərinin qarşılıqlı təşkili, Bakıda Çingiz Aytmatovun abidəsinin açılması, media sahəsində sıx əməkdaşlıq türk dünyasında mədəni və informasiya inteqrasiyasını daha da dərinləşdirir. 

Qeyd edək ki, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın sıx inteqrasiyasını təcəssüm etdirən C6 formatı, sadəcə, siyasi görüşlərlə məhdudlaşmır. Bu format nəqliyyat, energetika, ticarət, rəqəmsallaşma və regional təhlükəsizlik sahələrini əhatə edən vahid geoiqtisadi məkanın formalaşdırılması mexanizmidir. Azərbaycanın bu platformada tamhüquqlu fəaliyyəti regionun coğrafi və iqtisadi məntiqindən irəli gəlir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Cənubi Qafqaza, Türkiyəyə və geniş Avropa bazarlarına açılan təhlükəsiz və qısa tranzit dəhlizidir. Yəni Azərbaycan Mərkəzi Asiyanın Qərbə strateji qapısı rolunu oynayır. 

Regional əməkdaşlığın ən vacib elementlərindən birini Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) təşkil edir. Orta dəhliz Asiya ilə Avropa arasında strateji nəqliyyat xəttinə çevrilməkdədir. Bu kontekstdə tikintisi sürətlənən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xüsusi çəkiyə malikdir. Layihə başa çatdıqdan sonra bu xətt Orta dəhlizin şərq hissəsini təşkil edəcək. Bununla yüklərin Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınmasını daha da sürətləndirəcək. Bu səbəbdən Zəngəzur dəhlizi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi qiymətləndirilir. 

Zəngəzur dəhlizinin açılması dənizə çıxışı olmayan ölkələr üçün alternativ tranzit imkanlarının yaradılması deməkdir. Bu dəhliz inhisarlaşmanın qarşısını alacaq, daha rəqabətli tariflər təmin edəcək və riskləri minimuma endirəcək. Bununla da Sakit okeandan Avropayadək uzanan proqnozlaşdırıla bilən təchizat zənciri tamamlanacaq.

Nəticə etibarı ilə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin, xüsusən Qırğızıstanın daha fəal və sıx əməkdaşlığı hər iki region üçün çoxsaylı dividendlər vəd edir. Birincisi, dənizə çıxışı olmayan Mərkəzi Asiya respublikaları üçün Avropa və dünya bazarlarına ən qısa, təhlükəsiz və rəqabətqabiliyyətli marşrutlar açılır. İkincisi, "yaşıl enerji" dəhlizlərinin formalaşdırılması, günəş, külək və ənənəvi neft məhsulları sahəsində birgə resurs imkanları birləşdirilir. Üçüncüsü, Türk Dövlətləri Təşkilatı və C6 platformaları çərçivəsində çoxtərəfli beynəlxalq qurumlarda vahid mövqedən çıxış edilərək regionun qlobal geostrategiyada çəkisi artırılır. Bütün bunlar göstərir ki, Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığı Avrasiya məkanında formalaşan yeni iqtisadi reallığın uzunmüddətli maraqlarına söykənir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:47
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!