31 İyul 2026 08:21
192
SİYASƏT
A- A+
"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"


"Prezident İlham Əliyevin Qırğızıstanda "Mərkəzi Asiya-Azərbaycan" formatında dövlət başçılarının görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir".

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri Aygün Attar deyib. Fond sədri bildirib ki, "Mərkəzi Asiya-Azərbaycan" görüşü Bakının regionla münasibətlərində yeni statusun formalaşdığını nümayiş etdirir. Azərbaycan çox əmin addımlarla Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəf mövqeyindən həmin geosiyasi məkanın qərarlarının hazırlanmasında iştirak edən strateji aktora çevrilir. Bişkekə səfər çərçivəsində Qırğızıstanla "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması da nəzərdə tutulub ki, bu da Azərbaycan-Qırğızıstan münasibətlərində uzunmüddətli və ardıcıl siyasi fəaliyyətin nəticəsidir.

"Azərbaycan-Qırğızıstan münasibətləri bu mərhələyə çatmaq üçün tarixin böyük sınaqlarından keçib. 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Dövlətlərarası Şuranın yaradılması, 2024-cü ildə qəbul olunmuş dərin strateji tərəfdaşlığa dair Birgə Bəyannamə və 2024-2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı gələcək müttəfiqliyin institusional bünövrəsini formalaşdırıb. Başqa sözlə desək, əvvəlcə siyasi iradə ortaya qoyuldu, ardınca onu işlək mexanizmlərə çevirəcək strukturlar yaradıldı, indi isə münasibətlərin ən yüksək hüquqi mərhələsinə keçid hazırlanır. Sənədin tarixi çəkisi isə onun hansı icra mexanizmləri ilə təmin olunacağında görünəcək", - deyə fond sədri vurğulayıb.

A.Attar qeyd edib ki, bu prosesdə Orta dəhliz xüsusi strateji əhəmiyyət daşıyır. Orta dəhliz artıq Avrasiya boyunca iqtisadi suverenliyin və siyasi dayanıqlığın əsas xətlərindən birinə çevrilir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Qırğızıstanı Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına bağlaması Bişkek üçün yeni geoiqtisadi manevr imkanları yaradır. Azərbaycan isə bu əlaqədə tranzit ölkə rolu ilə kifayətlənməyərək logistikanın, investisiyanın, enerji axınlarının və rəqəmsal ticarətin koordinasiya mərkəzi statusunu gücləndirir.

Fond sədri hesab edir ki, bu səfərin Türk Dövlətləri Təşkilatı (TDT) üçün əhəmiyyəti ikitərəfli münasibətlərdən daha genişdir.

"İkitərəfli müttəfiqlik müqavilələri TDT daxilində paralel siyasi xətlərdən daha çox təşkilatın hüquqi və strateji bünövrəsini möhkəmləndirir. Türk dövlətləri arasında etimad səviyyəsi yüksəldikcə TDT sammit diplomatiyasından ortaq qərarların icra olunduğu funksional güc mərkəzinə çevrilə bilər. Türk dünyasının qarşısında tarixi inteqrasiya imkanı yaranıb. Türk dünyası tarix boyu siyasi parçalanmanın, iqtisadi əlaqəsizliyin və xarici güc mərkəzlərindən asılı kommunikasiya xətlərinin ağır nəticələrini yaşayıb. Bu gün isə qarşıda başqa imkan açılır: ortaq dil və yaddaşı ortaq bazara, ortaq nəqliyyat sisteminə, ortaq investisiya məkanına və koordinasiyalı siyasi iradəyə çevirmək. Bu inteqrasiya suverenliyin zəifləməsi anlamına gəlmir, əksinə, milli suveren imkanların birləşdirilməsi və xarici təzyiqlər qarşısında daha dayanıqlı hala gətirilməsi mənası daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri türk dövlətləri arasında yeni əməkdaşlıq modelinin konturlarını daha da aydın göstərə bilər. Bu model klassik hərbi blok məntiqindən fərqlənir. Onun mərkəzində siyasi həmrəylik, iqtisadi qarşılıqlı asılılıq, nəqliyyat bağlantısı, enerji təhlükəsizliyi, müdafiə sənayesi əməkdaşlığı, mədəni yaxınlıq və koordinasiyalı diplomatiya dayanır", - deyə o bildirib.

Aygün Attar qeyd edib ki, bu proses türk dünyasının geosiyasi xəritəsində yeni reallıq formalaşdırır. Ən mühüm məqam isə bu xəritədəki geosiyasi boşluqların tədricən azalmasıdır. Azərbaycan Qafqaz ilə Mərkəzi Asiya arasındakı körpü, Qırğızıstan Şərqi Asiyaya açılan mühüm bağlantı, Türk Dövlətləri Təşkilatı isə bu böyük coğrafiyanın siyasi koordinat sistemi kimi formalaşır. Qarşıdakı mərhələnin uğuru imzalanacaq sənədlərin praktiki nəticələri ilə müəyyən olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur

09:10
31 İyul

Azərbaycan idmanının inkişaf trayektoriyası

09:03
31 İyul

Azərbaycan bu gün həm də idman sahəsində öndədir

08:56
31 İyul

Azərbaycan-Qırğızıstan münasibətləri dostluğun nümunəsidir

08:49
31 İyul

Azərbaycan təhlükəsiz və çevik bağlantı strategiyası ilə qlobal dəhlizlərin əsas mərkəzinə çevrilib

08:42
31 İyul

"Bir millət, iki dövlət" anlayışının gücünü və qardaşlığını birlikdə yaşayırıq"

08:35
31 İyul

Praqada Qərbi Azərbaycan və Qarabağın tarixi-mədəni irsinə həsr olunmuş maarifləndirici aksiya keçirilib

08:28
31 İyul

"Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır"

08:21
31 İyul

Bakıda Mərakeşin milli bayramı qeyd olunub

08:14
31 İyul

Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib

08:07
31 İyul

Rəqəmsal dünyanın yeni qaydalarında medianın rolu necə dəyişir

08:00
31 İyul

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:47
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:46
31 İyul

K.A.Kərimovun yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında

02:43
31 İyul

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 446 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:36
31 İyul

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi Gəncədə təşkil olunub

19:50
30 İyul

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

19:28
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!