31 İyul 2026 02:46
376
Fərmanlar
A- A+
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169 (Cild I); 2024, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddələr 541, 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.7-2-ci və 2.26-cı bəndlərdə "Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" sözləri "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" qapalı səhmdar cəmiyyətləri" sözləri ilə əvəz edilsin;

1.2. 2.25-ci bənddə "Regional Su Meliorasiya Xidməti" sözləri "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 689 nömrəli və 25 iyun tarixli 697 nömrəli fərmanları) 1.38-ci bəndində "Regional Su Meliorasiya Xidməti" sözləri "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

3. "ASAN Kommunal" mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 851 (Cild I); 2024, № 8, maddə 937; 2025, № 6, maddə 541) 3-cü hissəsinin birinci abzasında "tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" sözləri "tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" qapalı səhmdar cəmiyyətləri" sözləri ilə əvəz edilsin.

4. "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 187 (Cild I); 2025, № 6, maddə 541) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-ci bənddə "tabeliyindəki Regional Su Meliorasiya Xidməti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" sözləri "tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" qapalı səhmdar cəmiyyətləri" sözləri ilə əvəz edilsin; 4.2. 3.2-ci bənddə "tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə" sözləri "tabeliyində olan "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" qapalı səhmdar cəmiyyətlərinə" sözləri ilə əvəz edilsin.

5. "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 - "Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nın 29.15-ci və 29.23-cü bəndləri ləğv edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı" üzrə:

5.2.1. aşağıdakı məzmunda 27-1-ci hissə əlavə edilsin:

"27-1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə:

27-1.1.Aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri;

27-1.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri və onun müavinləri;

27-1.3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri; 

27-1.4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan"İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru və onun müavinləri.";

5.2.2. 59-cu və 67-ci hissələr ləğv edilsin;

5.2.3. 106-cı hissəyə "Dövlət Xidmətinin," sözlərindən sonra "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin," sözləri əlavə edilsin və həmin hissədən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin," sözləri çıxarılsın;

5.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 - "Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nın 29.7-ci və 29.12-ci bəndləri ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 98 (Cild I);2025, № 6, maddə 541; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın 16-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 16.1-ci bənddə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin" sözləri "İri Şəhərlərin Su Təchizatı" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin;

6.2. 16.2-ci bənddə "Regional Su Meliorasiya Xidmətinin" sözləri "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nın 40-2-ci hissəsi ləğv edilsin.

8. "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248 (Cild I); 2025, № 6, maddə 541; 2026, № 2, maddə 128) 11-ci hissəsində "tabeliyindəki Regional Su Meliorasiya Xidməti" sözləri "tabeliyində olan "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.

9. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; 2025, № 2, maddə 129, № 4 (I kitab), maddə 343,№ 10, maddə 900) aşağıdakı dəyişikliklər edilsin:

9.1.6-cı hissə üzrə:

9.1.1. 6.2-ci, 6.3-cü və 6.8-ci bəndlər ləğv edilsin;

9.1.2. 6.9-cu bənddə "5.2-ci, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin" sözləri "5.4-cü bəndində nəzərdə tutulan publik hüquqi şəxsin" sözləri ilə, "onların" sözü "onun" sözü ilə əvəz edilsin;

9.2. 7-ci hissənin birinci abzasında "5-ci hissəsində" sözləri "5.4-cü bəndində" sözləri ilə, "şəxslərin" sözü "şəxsin" sözü ilə əvəz edilsin;

9.3. 10.3-cü bəndindən ", habelə bu Fərmanın 5.1-ci və 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin" sözləri çıxarılsın;

9.4. 10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə yerinə yetirilən meliorasiya və irriqasiya tədbirlərinin icrası zamanı onlarla əlaqəli istifadə olunan və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, Agentliyin tabeliyində olan "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətinin gəlir və xərcləri nəzərə alınmaqla, həmin tədbirlərin maliyyələşdirilməsi xərclərində müvafiq artımların nəzərə alınmasını təmin etsin.";

9.5. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.5.1. 5.5.4-cü yarımbəndə "müəyyən" sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla," sözləri əlavə edilsin;

9.5.2. 5.5.5-ci yarımbəndə "Agentliyin" sözündən əvvəl "Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla," sözləri əlavə edilsin.

10. Bu Fərmanın 5.1-ci bəndi, 5.2.1-ci ("Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nın 27-1.1-ci və 27-1.2-ci bəndlərinə münasibətdə), 5.2.2-ci, 5.2.3-cü yarımbəndləri və 5.3-cü bəndi istisna olmaqla, bu Fərman "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:49
31 İyul

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:48
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:47
31 İyul

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:46
31 İyul

K.A.Kərimovun yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında

02:43
31 İyul

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 446 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:36
31 İyul

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi Gəncədə təşkil olunub

19:50
30 İyul

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

19:28
30 İyul

Dağıstan Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələrini modernləşdirir

19:26
30 İyul

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!