20 Avqust 2026 18:42
58
Fərmanlar
A- A+
“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 45 (Cild I); 2024, № 5 (I kitab), maddə 504; 2025, № 6, maddə 541) 2-ci hissəsinin on birinci abzasında “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 (I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 689 nömrəli, 25 iyun tarixli 697 nömrəli, 28 iyul tarixli 743 nömrəli və 30 iyul tarixli 746 nömrəli fərmanları) 1.41-ci bəndində “Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri “Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2339 (Cild I) 2-ci və 3-cü hissələri ləğv edilsin.

4. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771, № 11, maddələr 1018, 1025, № 12 (I kitab), maddə 1152) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci və 3-cü hissələr, 6.12-ci, 6.13-cü, 6.16-cı, 7.2-ci və 9.5-ci bəndlər ləğv edilsin;

4.2. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.”;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununun 3-cü bəndində “Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun” sözləri “Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin” sözləri ilə əvəz edilsin.

5. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2608; 2021, № 7, maddə 745, № 12, maddə 1416) 2-ci, 3-cü hissələri və 5.3-cü bəndi ləğv edilsin.

6. “Vahid “G2B” (dövlət – biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 may tarixli 687 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 839 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bənddə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin;

6.2. 3.1-ci və 4.2-ci bəndlərdə “Respublikası Kiçik və Orta Biznesin İnkişafı” sözləri “Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 865 (Cild I) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nın 1.3-cü bəndində “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

8. “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1216 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci hissədə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin;

8.2. 3.2-ci bənddə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.2-ci bəndində nəzərdə tutulan reyestr” sözləri “mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1590 (Cild I); 2025, № 2, maddə 119) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”na aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və onun regional bölmələri.”.

10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662, № 11, maddə 1018; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli, 22 iyul tarixli 730 nömrəli və 30 iyul tarixli 746 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 21-ci və 21-4-cü hissələri ləğv edilsin.

11. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 597 (Cild I); 2025, № 2, maddələr 110, 119, № 3, maddə 233) 1-ci hissəsində “5402” rəqəmləri “5772” rəqəmləri ilə əvəz olunsun və həmin hissəyə “376 ştat vahidi” sözlərindən sonra “, Nazirlik yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Aparatı işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələri işçilərinin say həddi 79 ştat vahidi” sözləri əlavə edilsin.

12. “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 1411 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 745) 1–3-cü hissələri ləğv edilsin.

13. “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli 1415 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 907 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 3-cü hissədə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin;

13.2. həmin Fərmanla təsdiq edilmiş “e-KOB evi” portalı haqqında Əsasnamə”nin 1.5-ci bəndinin birinci cümləsində “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

14. “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 1482 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1347 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

14.1. 2-ci hissədə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin;

14.2. həmin Fərmanla təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın 1.3.3-cü yarımbəndində “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1415 (Cild I); 2025, № 2, maddə 136, № 8, maddə 760) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2.1.2-ci yarımbənddə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – səlahiyyətli qurum)” sözləri ilə əvəz edilsin;

15.2. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri “səlahiyyətli qurum” sözləri ilə əvəz edilsin;

15.3. 4.2-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (bundan sonra – səlahiyyətli qurum)” sözləri “səlahiyyətli quruma” sözləri ilə əvəz edilsin;

15.4. həmin Nümunəvi Əsasnaməyə 3 nömrəli əlavədə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

16. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 89 (Cild I) 1.4-cü bəndində “Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri “Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

17. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 60 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (I kitab), maddə 512) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2-ci hissədə və 4.2-ci bənddə “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin;

17.2. həmin Fərmanla təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin 1.7-ci bəndində “Kiçik və Orta Biznesin İnkişafı” sözləri “İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi” sözləri ilə əvəz edilsin.

18. “Invest in Azerbaijan” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 noyabr tarixli 521 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 11, maddə 1019) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 4.2-ci bənddə “Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” sözləri “Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin;

18.2. həmin Fərmanla təsdiq edilmiş “Invest in Azerbaijan” informasiya sistemi haqqında Əsasnamə” üzrə:

18.2.1. 1.6-cı bənddə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun (bundan sonra – AZPROMO) vəsaiti” sözləri “dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr” sözləri ilə əvəz edilsin;

18.2.2. 3.2-ci bənddə “AZPROMO” akronimi “Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

18.2.3. 3.3-cü bənddə “AZPROMO-ya” sözü “Agentliyə” sözü ilə əvəz edilsin.

19. “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 560 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (I kitab), maddə 1151) 1-ci hissəsindən “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,” sözləri çıxarılsın.

20. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (I kitab), maddə 1155) 1-ci hissəsindəki cədvəlin 1.11.6.12-ci abzasında “Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs” sözləri “Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi” sözləri ilə əvəz edilsin.

21. “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 126) aşağıdakı dəyişikliklər edilsin:

21.1. 1-ci hissədə birinci halda “İnvestisiyaların və İxracın” sözləri “İxracın və İnvestisiyaların” sözləri ilə əvəz edilsin;

21.2. 2-ci hissədə və 4.1.2.2-ci abzasda “qeyri-neft (qaz)” sözləri “qeyri-neft-qaz” sözləri ilə əvəz edilsin.

22. Bu Fərman 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

20:00
20 Avqust

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur

19:49
20 Avqust

Azərbaycan voleybol milllisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

19:42
20 Avqust

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

19:35
20 Avqust

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

19:28
20 Avqust

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

19:21
20 Avqust

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

19:14
20 Avqust

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

19:07
20 Avqust

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

19:00
20 Avqust

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

18:53
20 Avqust

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

18:46
20 Avqust

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

18:42
20 Avqust

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq

18:39
20 Avqust

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

18:32
20 Avqust

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

18:30
20 Avqust

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

18:25
20 Avqust

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

18:20
20 Avqust

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir

18:18
20 Avqust

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

18:11
20 Avqust

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

18:04
20 Avqust

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

17:57
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!