26 Sentyabr 2026 09:10
186
SİYASƏT
A- A+
Zəfərə gedən yolun siyasi təməli

Zəfərə gedən yolun siyasi təməli


Prezident İlham Əliyev Ermənistanı hələ 44 günlük müharibədən əvvəl diplomatik cəbhədə tamamilə məğlubiyyətə uğratmışdı


Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təməli hərbi əməliyyatlardan əvvəlki uzunmüddətli dövrdə diplomatik müstəvidə, siyasi və hüquqi sferada, beynəlxalq tribunalarda qoyulub. 30 illik işğala son qoyulması və torpaqlarımızın azad edilməsi Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, prinsipial və məqsədyönlü xarici siyasətin məntiqi nəticəsi idi. Çünki döyüş meydanındakı uğurun qalıcı olması və beynəlxalq birlik tərəfindən qeyd-şərtsiz qəbul edilməsi üçün ilk növbədə Ermənistan diplomatik müstəvidə çökdürülməli, təcrid olunmalı və hüquqi baxımdan küncə sıxışdırılmalı idi. 27 sentyabr 2020-ci ilədək zərgər dəqiqliyi ilə həyata keçirilən diplomatik hücum strategiyası rəsmi İrəvanı həm siyasi, həm də informasiya məkanında dalana dirəyərək məğlubiyyətə məhkum etdi. 

Prezident İlham Əliyevin fəaliyyəti dövründə strateji istiqamətlərdən biri Ermənistanı regional və qlobal iqtisadi layihələrdən təcrid etmək siyasəti idi. Dövlətimizin başçısı çıxışlarında birmənalı şəkildə bəyan edirdi ki, işğalçılıq siyasətinə son qoyulmadığı müddətdə Ermənistanın Cənubi Qafqazda heç bir inkişaf perspektivi ola bilməz. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu və "Şimal-Cənub" nəqliyyat dəhlizi kimi nəhəng transmilli infrastrukturlar Ermənistandan yan keçməklə inşa edildi. İqtisadi blokada nəticəsində işğalçı ölkə böyük gəlirlərdən və tranzit imkanlarından məhrum oldu, heç bir gələcəyi olmayan, kənar himayədarların vassal dövlətinə çevrildi. İqtisadi resursları tükənən, demoqrafik böhranla üzləşən və xarici yardımlardan tam asılı vəziyyətə düşən Ermənistanın Azərbaycanın sürətlə artan hərbi və iqtisadi gücü ilə rəqabət aparmaq imkanları hələ müharibədən çox əvvəl sıfıra endirildi. 

Diplomatik müstəvidə qazanılan mühüm uğurlardan biri də münaqişənin həlli ilə bağlı beynəlxalq hüquqi bazanın formalaşdırılması oldu. Prezident İlham Əliyev bütün mötəbər beynəlxalq platformalarda - BMT Baş Assambleyası, Avropa Şurası, NATO və Şərq Tərəfdaşlığı sammitlərində, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarda Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini təkzibedilməz faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Beynəlxalq aləmin qeyri-obyektiv və ədalətsiz mövqeyinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyi daim gündəlikdə saxlanıldı. Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilatların sənədlərində münaqişənin məhz ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməli olduğu aydın şəkildə təsbitini tapdı. 

Ələlxüsus, dünya birliyində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi və bu təşkilatın bütün üzvlərinin ölkəmizin haqlı mövqeyini yekdilliklə dəstəkləməsi rəsmi İrəvanın beynəlxalq aləmdə dəstəksiz qalmasını təmin etdi. Ermənistanın illərlə sığındığı uydurma ideologiyalar, tarixi miflər də Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi diplomatik fəaliyyət sayəsində öz təbliğat əhəmiyyətini itirməyə başladı. Dövlətimizin başçısı bütün müzakirə masalarında, xarici səfərlərində erməni tərəfinin beynəlxalq hüququ öz xeyrinə təhrif etmək cəhdlərinin qarşısını məharətlə aldı. 

Ermənistanın otuz il ərzində işğalda saxladığı torpaqlarımızda həyata keçirdiyi qanunsuz məskunlaşdırma, tarixi-dini abidələrimizin dağıdılması və təhrif olunması, təbii sərvətlərimizin talan edilməsi faktları BMT-də, Avropa İttifaqının təsisatlarında gündəmə daşındı, beynəlxalq monitorinq missiyalarının hesabatlarına daxil edildi. Bununla da rəsmi İrəvanın dünyaya sırımağa çalışdığı "sülhpərvər" obrazı tamamilə darmadağın edildi və Ermənistanın dünya birliyinin gözündə hərbi cinayətkar və təcavüzkar dövlət statusu tam şəkildə təsbit olundu. 

Prezident İlham Əliyevin nümayiş etdirdiyi yüksək siyasi-diplomatik peşəkarlıq Ermənistan rəhbərliyini dünya ictimaiyyətinin gözü qarşısında dəfələrlə aciz və rəzil duruma saldı. 2019-cu ilin oktyabrında keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dövlətimizin başçısı Ermənistan rəhbərliyinin təxribatçı iddialarına, populizminə sarsıdıcı zərbə vurdu. Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı cəfəngiyyatdır, Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır. Məhz  dövlətimizin başçısının milli şüarımıza çevrilən "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsi Ermənistanın illər boyu formalaşdırmağa çalışdığı uydurma tezisləri kökündən darmadağın etdi, danışıqlar masasında düşmənin manipulyasiya imkanlarını sıfırladı. 

2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan canlı debat zamanı Prezident İlham Əliyev Ermənistanın baş nazirini beynəlxalq arena qarşısında tamamilə ifşa etdi. Dövlətimizin başçısı tarixi həqiqətlərə, BMT qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək bildirdi ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğalçı ölkə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmağa davam edir. Azərbaycan lideri o zaman da birmənalı vurğuladı ki, Ermənistan hərbi birləşmələri işğal edilmiş torpaqlardan çıxarılmalı və beynəlxalq birliyin qəbul etdiyi qərarlar qeyd-şərtsiz icra olunmalıdır. Bu debat Ermənistanın siyasi-ideoloji və diplomatik iflasının təsdiqi oldu. 

Diplomatik cəbhədə aparılan effektiv mübarizə müharibədən əvvəl Ermənistanı həm də beynəlxalq təhlükəsizlik mexanizmlərindən məhrum etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ikitərəfli və çoxtərəfli diplomatiya sayəsində Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində İrəvanın işğalçılıq siyasətinə dəstək qazanmaq cəhdləri də boşa çıxarıldı. Təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə Azərbaycanın qurduğu yüksəksəviyyəli tərəfdaşlıq və dostluq əlaqələri Ermənistanı tamamilə tək və köməksiz qoydu. Bu siyasi nailiyyət müharibə vaxtı KTMT-nin Ermənistana hərbi dəstək verməsinin qarşısını alan həlledici amil oldu. 

Bunlarla yanaşı, Prezident İlham Əliyev müharibəyə qədər olan dövrdə böyük güclər və dünya siyasətinin əsas mərkəzləri ilə qarşılıqlı hörmətə dayanan müstəqil xarici siyasət yürütməklə Azərbaycanın təhlükəsizlik çətirini formalaşdırdı. Türkiyə ilə imzalanan strateji tərəfdaşlıq müqavilələri, Rusiya, Çin, Avropa İttifaqı ölkələri və islam dünyası ilə qurulan sağlam münasibətlər rəsmi Bakının beynəlxalq arenadakı manevr imkanlarını artırdı. Ermənistan rəhbərliyi isə xaotik, ziddiyyətli və kənar qüvvələrin əlində alətə çevrilən xarici siyasəti ilə öz havadarlarını da bezdirərək beynəlxalq dəstəkdən tamamilə kənarda qaldı. 

Dövlətimizin başçısının nüfuzlu beynəlxalq mediaya, o cümlədən "BBC", "CNN", "Al Æazeera", "Bild" və digər aparıcı kanallara verdiyi çoxsaylı müsahibələr erməni lobbisinin və onların havadarlarının uzun illər ərzində qurduğu yalan və dezinformasiya şəbəkəsini kökündən sarsıtdı. Prezident İlham Əliyevin dəqiq məntiqə, beynəlxalq hüquqa və tarixi həqiqətlərə söykənən arqumentləri dünya ictimaiyyətində Azərbaycan haqqında tam obyektiv və ədalətli rəy formalaşdırdı. Bu diplomatik üstünlük müharibə dönəmində bəzi qərəzli xarici güclərin Azərbaycana qarşı təzyiq göstərmək və sanksiyalar tətbiq etmək cəhdlərinin qarşısını alan qalxana çevrildi. 

Nəticə etibarı ilə diplomatiya cəbhəsində, siyasi sferada və hüquq müstəvisində illər boyu aparılan məqsədyönlü mübarizə Ermənistanı hələ 2020-ci ilin sentyabrından əvvəl tam iflic vəziyyətinə salmışdı. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində düşmən həm beynəlxalq dəstəkdən məhrum edilmiş, həm iqtisadi baxımdan çökdürülmüşdü, həm də hüquqi müstəvidə küncə sıxışdırılmışdı. Diplomatik masada qazanılmış bu uğurlar Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ən möhkəm təməli oldu və tarixi ədalətin bərpasını qaçılmaz etdi.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

Vətən müharibəsinin qalibiyyət formulu: siyasi qətiyyət, güclü ordu və milli həmrəylik

08:40
26 Sentyabr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən “dəyirmi masa”

08:30
26 Sentyabr

Daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin Emniyet Genel Müdiri ilə görüşüb

08:20
26 Sentyabr

Anım Günü - Zəfər tariximizin yaddaşı

08:10
26 Sentyabr

MÖCÜZƏNİN BAŞLANĞICI 

08:00
26 Sentyabr

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

03:03
26 Sentyabr

A.İ.İsmayılova "general-leytenant" ali hərbi rütbəsinin verilməsi haqqında

03:01
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!