26 Sentyabr 2026 10:05
622
CƏMİYYƏT
A- A+
Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib


I və II Qarabağ müharibələrində olduğu kimi, 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı da Masallı rayonundan xeyli döyüşçü iştirak edib və araşdırmalarımıza görə, son döyüşdə onlardan 14 nəfəri şəhidlik zirvəsinə ucalıb. 

Onlar aşağıda adlarını qeyd etdiyimiz cəsur Vətən oğullarıdır: Abbasov Ruslan Əbülfət oğlu - baş leytenant. Abbasov Zaman Xaqani oğlu - baş leytenant. Abbasov Mehdi Əmrah oğlu - sıravi əsgər. Abbaszadə Emin Faiq oğlu - gizir. Abdullayev Asim Cavanşir oğlu - kiçik çavuş. Abuşov Habil Qulam oğlu - sıravi əsgər. Ağaxanov Osman Qədim oğlu - sıravi əsgər. Babayev Sahil Sarıbaba oğlu - MAHHXHQ hərbi xidmət qulluqçusu. Əhədov Eltac Əjdər oğlu - sıravi əsgər. Həmidli Mikayıl Vüqar oğlu - leytenant. İsayev İsmayıl Çərkəz oğlu - leytenant. Məmmədov Ramil Habil oğlu - sıravi əsgər. Mirzəyev Sənan Vüqar oğlu - sıravi əsgər. Yusifli Şəmistan Şikar oğlu - leytenant. 

Hər birinin öz hekayəsi var. Bəzilərinin valideynləri ilə bərabər övladları bizə yadigar qalıb, bəziləri heç ailə qurmağa macal tapmayıb. Amma onları birləşdirən tərəfləri də az deyil. Bu cəhətlər təkcə Masallı torpağının yetişdirməsi olmaqları deyil, cəsurluqları, Vətən yolunda canlarını sipər etmələri, bu yolda şəhadətə yüksəlmələridir. Ömrün baharında torpağı atadan-anadan, sevgilidən, gül qoxulu övladlarından da uca tutaraq şəhadəti seçdilər və indi də öz boyları boyda bir məzarda uyuyurlar. Məkanları cənnət olsun, qəbirləri nurla dolsu. Bu igidlərdən ikisi - Mikayıl Həmidli və İsmayıl İsayev Bakıda, II Fəxri xiyabanda dəfn olunublar. 

Leytenant Mikayıl Vüqar oğlu Həmidli 1998-ci il dekabrın 28-də Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açsa da, təhsilini əsasən Bakıda alıb. Yaxşı idmançı idi, 2017-ci ildə Muay-Tay üzrə Bakı birincisi olmuşdu. II Qarabağ müharibəsində Suqovuşan, Talış kəndi, Ağdərə və Füzuli istiqamətində gedən döyüşlərdə igidlik göstərmiş, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdi. 

2023-cü il sentyabrın 19-da başlayan lokal antiterror əməliyyatı zamanı Paprəvənd kəndi istiqamətindəki döyüşdə böyük şücaət göstərib, lakin düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb (ölümündən sonra). Yeganə övladı - oğlu Davud atasının ölümündən sonra dünyaya gəlib. 

Leytenant İsmayıl Çərkəz oğlu İsayev 2000-ci il aprelin 24-də Masallıda dünyaya göz açıb. Bakı İslam Universitetində təhsil alıb, 2021-ci ildə universiteti,  eyni zamanda xüsusi atıcılıq kursunu uğurla bitirib. İdmanla xüsusi məşğul olurdu. Budo Döyüş Sənəti üzrə ikiqat dünya çempionu idi. İsmayıl İsayev çox istedadlı və çox cəsur bir gənc idi. "Vətəni sevmək imandandır" deyərmiş. Bu duyğular onu ordu sıralarına çəkmişdi. 2021-ci il iyulun 6-da ordu sıralarına yollanan İsmayıl 9 ay "N" saylı hərbi hissədə xüsusi xidmət keçərək post komandiri (çavuş rütbəsilə) təyin olunub. Sonra ona leytenant rütbəsi verdilər. Daha sonra XTQ-nin Komando mənsubu olaraq kəşfiyyat komandiri kimi xidmət edib. O da 2023-cü il sentyabrın 19-da Paprəvənd kəndi uğrunda gedən qızğın döyüşdə qəhrəmanlıq göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin döyüşdən sağ çıxa bilməyib, cəmi 23 yaşında şəhidlik zirvəsinə qovuşub. Ailə qurmağa macal tapmayıb.  

Masallıda Vətən müharibəsi iştirakçıları, qazilər, şəhidlər həmişə uca tutulur. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin problemləri ilə həmişə maraqlanır, bu qəbildən olan vətəndaşların problemlərini həll edir, onların yanında dayanır. Şəhid məzarlarını tez-tez ziyarət etməyi isə özünə mənəvi borc sayır. Bu günlərdə icra başçısı Araz Əhmədov və Aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Bakı şəhəri II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq Vətənə sədaqətin və milli iradənin parlaq nümunəsidir. 

Ziyarət çərçivəsində şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı şəhid ailələrinin müraciətləri və onları narahat edən məsələlər dinlənilib, ailələrin qayğıları ilə maraqlanılıb.

Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində işlərin aparılması diqqətdə saxlanılır. Ziyarət bir daha göstərib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, onların ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır.


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

13:51
28 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir YENİLƏNİB

13:41
28 Oktyabr

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

13:38
28 Oktyabr

Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

13:37
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

13:22
28 Oktyabr

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

13:17
28 Oktyabr

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb  

12:37
28 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:31
28 Oktyabr

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

12:29
28 Oktyabr

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır  

12:15
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!