28 Oktyabr 2026 15:01
260
SİYASƏT
A- A+
Multikulturalizmin Azərbaycan nümunəsi  

Multikulturalizmin Azərbaycan nümunəsi  


“Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır. Azərbaycanın multikulturalizm modelini digər ölkələrin təcrübəsindən fərqləndirən əsas xüsusiyyət onun tarixi ənənələrə, qarşılıqlı hörmətə və müxtəlif dini-etnik qrupların dinc yanaşı yaşamasına əsaslanmasıdır. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında da vurğulanan bu yanaşmaya görə, multikulturalizm yalnız müxtəlif mədəniyyətlərin mövcudluğunun qəbul edilməsi deyil, həm də onların qorunması və inkişafı üçün şərait yaradılmasıdır”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan modelinin əsas üstünlüklərindən biri də müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin vahid cəmiyyət daxilində öz milli-mədəni kimliklərini qoruyaraq yaşaya bilməsidir. Bu modeldə dövlətin dəstəyi ilə yanaşı, xalqımızın əsrlər boyu formalaşmış tolerantlıq ənənələri də mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Azərbaycanda məscidlərə yanaşı kilsələrin və sinaqoqların fəaliyyət göstərməsi, müxtəlif dini icmalara qayğı ilə yanaşılması bu siyasətin praktik təzahürlərindəndir. Digər mühüm xüsusiyyət isə multikulturalizmin yalnız dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin həyat tərzinin bir hissəsi olmasıdır. Müasir dünyada dini, etnik və mədəni qarşıdurmaların qarşısının alınması baxımından Azərbaycan təcrübəsi mühüm əhəmiyyət daşıyır. Belə ki, müxtəlif xalqlar və dinlər arasında dialoqun təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi, ayrı-seçkiliyə və dini dözümsüzlüyə qarşı mübarizə sülhün və sabitliyin qorunmasına xidmət edir. Bununla yanaşı, gənc nəslin multikultural dəyərlər ruhunda tərbiyə olunması, digər xalqların mədəniyyətinə hörmətin aşılanması gələcəkdə yarana biləcək ziddiyyətlərin azalmasına kömək edə bilər.

Millət vəkili qeyd edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasından bəhs edib.

 “Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik” – deyən deputat əlavə edib ki, cənab Prezident burada azərbaycançılıq ideologiyasını xüsusi vurğulayıb. Bu ideologiya Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün vuruşdular, bu müqəddəs yolda canlarından da keçdilər.

“Nəticə etibarilə, Azərbaycanın multikulturalizm modeli göstərir ki, fərqliliklər cəmiyyət üçün təhlükə deyil, əksinə, düzgün idarə olunduqda zənginlik və inkişaf mənbəyidir. Bu təcrübənin beynəlxalq səviyyədə öyrənilməsi və tətbiqi xalqlar arasında etimadın möhkəmləndirilməsinə, dini və etnik zəmində münaqişələrin azalmasına, daha ədalətli və sülhsevər dünyanın formalaşmasına töhfə verə bilər. Ona görə də, beynəlxalq ictimaiyyət ölkəmizin bu təcrübəsindən faydalanmalıdır” – deyə, Samir Vəliyev vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

14:55
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!