28 Oktyabr 2026 14:55
181
CƏMİYYƏT
A- A+
QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 


Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu, müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış müstəqil Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə milli-mənəvi irsimizi yüksək səviyyədə tanıtmasına, ümumbəşəri dəyərlərə ənənəvi diqqət və himayəsinə bütün dünya şahiddir. İşğaldan azad etdiyimiz torpaqlarımızda dövlətimiz məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini, alban məbədlərini bərpa edir. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

“Azərbaycan dinlər, mədəniyyətlərarası əməkdaşlıq prosesinə “Bakı Prosesi” kimi dəyərli ideyanın müəllifi, bugünkü forumumuzun təşəbbüskarı, İnsan Qardaşlığına dair Beynəlxalq Zayed Mükafatının, Sülh və Barışığa dair Gernika mükafatının laureatı Azərbaycan Prezidenti İlham Əliyevin bəşəri ideya və təşəbbüsləri sayəsində ölkəmiz multikulturalizm və İslam həmrəyliyi prosesinə əməli töhfələr verməkdədir. Bu nailiyyətlərə dövlətimiz daxili monolitliyi, xalq-dövlət birliyi, dinlərarası harmoniya və məzhəblərarası anlaşma mühiti, milli dəyər və ənənələrlə yanaşı ümumbəşəri dəyərlərə ehtiram və qayğısı sayəsində nail olub. Bölgədə sülh istiqamətində səylərimizə rəğmən erməni kilsəsi, erməni diasporu və onların havadarlarının davam edən ksenofob, revanşist, separatist hədyanları, nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındayıq. Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlətimizin başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir", - deyə A.Paşazadə bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

Multikulturalizmin Azərbaycan nümunəsi  

15:01
28 Oktyabr

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar 

14:55
28 Oktyabr

Qlobal çağırışlar və gənclərin rolu: Bakı Forumundan mühüm mesajlar  

14:51
28 Oktyabr

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

13:57
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!