26 Sentyabr 2026 09:35
180
CƏMİYYƏT
A- A+
Cəlilabadda şəhid ailələri ziyarət edilib 

Cəlilabadda şəhid ailələri ziyarət edilib 


27 Sentyabr - Anım Günü ərəfəsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ailələrini ziyarət edib.

RİH başçısı Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlər İsmayılov Anar, Ağayev Elçin, Qənbərli Rəşad və Əliyev Elməddinin ailə üzvləri ilə görüşüb.

Görüşlər zamanı Rafiq Cəlilov şəhidlərimizin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən, onların qəhrəmanlığından və fədakarlığından danışaraq bildirib ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün əsl örnək olacaq. İcra başçısı qeyd edib ki, dövlətimiz və xalqımız şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutur. Şəhid ailələri, qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Cəlilabad rayonunda da şəhid ailələrinin və qazilərin sosial-məişət məsələlərinin həlli, onların qayğı və ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər davam etdirilir.

Daha sonra RİH başçısı şəhid atalarının iştirakı ilə Göytəpə şəhərində yerləşən naməlum şəhidlərin məzarlarını ziyarət edib. Şəhid məzarlarının önünə gül dəstələri düzülüb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib, minnətdarlıqlarını bildiriblər. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

Azərbaycanın turizm coğrafiyası genişlənir

09:45
26 Sentyabr

Neftçalada "yaşıl enerji" mövzusunda tədbir keçirilib

09:40
26 Sentyabr

Cəlilabadda şəhid ailələri ziyarət edilib 

09:35
26 Sentyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

09:30
26 Sentyabr

Qlobal investisiya məkanında etibarlı tərəfdaş 

09:25
26 Sentyabr

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

09:20
26 Sentyabr

Böyük Zəfərimizin əbədi qəhrəmanları

09:15
26 Sentyabr

Zəfərə gedən yolun siyasi təməli

09:10
26 Sentyabr

Tarix yaradan xalq

09:00
26 Sentyabr

Vətən tariximizin 27 sentyabr səhifəsi

08:50
26 Sentyabr

Vətən müharibəsinin qalibiyyət formulu: siyasi qətiyyət, güclü ordu və milli həmrəylik

08:40
26 Sentyabr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən “dəyirmi masa”

08:30
26 Sentyabr

Daxili işlər naziri Vilayət Eyvazov Türkiyənin Emniyet Genel Müdiri ilə görüşüb

08:20
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!