26 Sentyabr 2026 09:20
523
İQTİSADİYYAT
A- A+
Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi

Ön cəbhədə savaş, arxa cəbhədə həyat: 44 günlük kənd hekayəsi


2020-ci il Azərbaycan üçün ağır imtahanların və böyük tarixi hadisələrin yaşandığı bir zaman oldu. Dünyanı iflic edən pandemiya, neft qiymətlərində kəskin dəyişiklik və ardınca 44 günlük müharibə ölkə iqtisadiyyatını eyni vaxtda bir neçə sınaqla üz-üzə qoydu.  Bir tərəfdə qlobal iqtisadi daralma, digər tərəfdə enerji bazarındakı qeyri-müəyyənlik, sentyabrdan etibarən isə müharibənin yaratdığı yeni reallıq...

Zaman o zaman idi ki, dünya COVID-19 pandemiyasının ağır sınağından keçirdi. İqtisadi əlaqələr pozulur, istehsal və ticarət zəncirləri çətinliklərlə üzləşir, müxtəlif ölkələrdə müəssisələr fəaliyyətini məhdudlaşdırırdı. Qlobal təsərrüfat sisteminin və dünya iqtisadiyyatının bir parçası olduğu üçün belə bir zamanda Azərbaycan iqtisadiyyatı qarşısında da mürəkkəb vəzifələr dayanırdı. Üstəlik, savaş günlərində  milyonlarla insanın gündəlik həyatı, ərzaq təminatı, enerji sisteminin və iqtisadi fəaliyyətin davamlılığı təmin edilməli idi. Ön cəbhədə silah səsləri eşidilərkən arxa cəbhədə Azərbaycan iqtisadiyyatının ritmi vururdu. 

Həmin günlərdə kənd təsərrüfatı torpağın səssiz gücünü və dirənişini nümayiş etdirirdi. Tarlada yetişən məhsul, bağdan toplanan meyvə, yığılan  pambıq iqtisadi göstərici olmaqdan çox, həyatın davam etdiyinin işarələri idi. Məlum: müharibə yalnız cəbhədə gedən döyüşlərdən ibarət deyil. Arxa cəbhədə həyatın öz axarında davam etməsi də bu savaşın bir parçasıdır. Müharibənin özünəməxsus qanunu var. Ön cəbhədə - döyüşdə vaxt  saniyələrlə, dəqiqələrlə ölçülür. Arxa cəbhədə isə zaman başqa cür axır. Torpaq müharibə sevmir, o öz ritmini heç vaxt pozmur: əkin vaxtında aparılmalı, yetişən məhsul vaxtında yığılmalı, bağlar becərilməli, təsərrüfatlar öz işini davam etdirməlidir.

2020-ci il bu baxımdan diqqətəlayiq nəticələrlə yadda qaldı. Dövlət Statistika Komitəsinin ozamankı məlumatına görə, həmin il Azərbaycanda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 8 milyard 428,9 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 2 faiz artıb. Bitkiçilik məhsullarının həcmi 0,8 faiz, heyvandarlıq məhsullarının həcmi isə 3,1 faiz yüksəlib. Bu göstəricilər təsadüfi deyildi. Kəndlərdə səhərlər yenə erkən açılır, texnika sahələrə çıxır, məhsul yığılır, kənd təsərrüfatı işçiləri gündəlik əmək fəaliyyətlərini davam etdirirdilər. Cəbhə bölgələrinə yaxın ərazilərdə yaşayan insanlar üçün həyatın ağırlığı daha çox hiss olunsa da, kənd təsərrüfatında mövsümi işlər dayandırılmadı. 

Cəbhədə baş verən ağır hadisələr hər bir ailəyə təsir etsə də, təsərrüfatlarda görülməli işlər təxirə salınmırdı. Çünki ölkənin ərzaq təminatı, kənd əhalisinin məşğulluğu və kənd təsərrüfatı məhsullarının daxili bazara çıxarılması bu fəaliyyətin davam etməsindən asılı idi. Kəndlinin, fermerin öz təqvimi var. Bu təqvim müharibəyə, pandemiyaya və digər çətinliklərə baxmayaraq,  qaydasında işləməlidir. Vaxtında yığılmayan məhsul itkiyə çevrilər, aparılmayan əkin növbəti ilin məhsuluna təsir göstərər, xüsusilə də savaş günlərində bu işlərin gecikməsi bütövlükdə ərzaq təminatı üçün əlavə çətinliklər yarada bilərdi.

Pambıqçılıq həmin dövrün kənd təsərrüfatında xüsusi yer tuturdu. Çünki o, bir sıra rayonda minlərlə insanın məşğulluğunu təmin edən vacib sahədir. Müharibənin davam etdiyi günlərdə pambıq sahələrində məhsul yığımı öz axarı ilə gedirdi. Fermerlər, mexanizatorlar və digər kənd təsərrüfatı işçiləri məhsulun vaxtında toplanması üçün fəaliyyətlərini davam etdirirdilər. Eyni vəziyyət üzümçülükdə, meyvəçilikdə və digər bitkiçilik sahələrində də müşahidə olunurdu.

Burada bir məqama xüsusilə diqqət çəkmək istəyirik. 2020-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun 2 faiz artması, bitkiçilik və heyvandarlıq sahələrində müsbət dinamikanın qorunması göstərirdi ki, müharibə şəraitində belə aqrar sahənin əsas istehsal mexanizmləri işlək vəziyyətdə idi. 8 milyard 428,9 milyon manatlıq kənd təsərrüfatı məhsulunun arxasında minlərlə təsərrüfat, yüz minlərlə əmək günü və böyük insan zəhməti dayanırdı. Hər yığılan məhsul həmin dövrdə ölkənin iqtisadi həyatının davam etdiyini göstərən kiçik, lakin mühüm bir fakt idi.

Müharibə günlərində Azərbaycan üçün iqtisadi sabitliyin qorunması ümumi mübarizənin mühüm istiqamətlərindən birinə çevrilmişdi. Döyüşdə hərbi əməliyyatlar davam etdiyi bir vaxtda əhalinin ərzaqla təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalı, sənaye müəssisələrinin fəaliyyəti və enerji təminatının qorunması ölkənin normal həyatının davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.

Beləliklə, 44 günlük müharibənin iqtisadi mənzərəsində kənd təsərrüfatı xüsusi bir yer tutur.  Müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq, kənd təsərrüfatının istehsal ritmi qorunurdu. Bu isə Azərbaycanın arxa cəbhədə iqtisadi fəaliyyətin davamlılığının ən aydın göstəricilərindən biri idi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır  

11:29
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Müəllimlər üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb  

10:34
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!