28 Oktyabr 2026 11:43
213
CƏMİYYƏT
A- A+
Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  


“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrasının gedişini müzakirə etmək üçün Qaçaqkənd kəndində fermerlərin, Sudan İstifadəedənlər birliklərinin, Xol Qaraqaşlı bələdiyyəsinin iştirakı ilə görüş keçirilib. 

Əsas məqsədi xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri barədə fermerləri məlumatlandırmaq, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsi olan tədbirdə iştirakçılara dövlət proqramının icrası çərçivəsində Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndi ərazisində xırda və pərakəndə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması, onun üstünlükləri, torpaq mübadiləsi və sahələrin birləşdirilməsi prosesində fermerlərin könüllü iştirakının təşviq edilməsi, mövcud suvarma və təsərrüfatdaxili suvarma şəbəkələrinin istismar vəziyyətinin qiymətləndirilməsi, su bölgüsünün optimallaşdırılması və su itkilərinin azaldılması ilə bağlı  ətraflı məlumat verilib. Həmçinin kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində Aqrar Subsidiya Şurasının qərarı ilə təsdiq edilmiş yeni subsidiya mexanizmləri və subsidiya şərtləri ilə bağlı bir sıra məqamlar diqqətə çatdırılıb. 

Görüşdə rayonun Qaçaqkənd, Xanməmmədli, Qazaxbərəsi kəndlərində fermerlərin xüsusi mülkiyyətində olan 229,95 hektar pay torpaq sahələrinin, Qaçaqkənd kəndində Xol Qaraqaşlı bələdiyyəsinin mülkiyyətində olan 82 hektar kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin olunması, suvarma kanallarının bərpası, çəkilməsi, həmçinin fermerlərin xüsusi mülkiyyətində olan xırda torpaq sahələrinin birləşməsi, kənd təsərrüfatı kooperativlərinin yaradılması da geniş müzakirə edilib. Kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrinin suvarılması, suvarma şəbəkəsinin yenidən qurulması istiqamətində su təchizatının təmin edilməsi diqqətdə saxlanılıb, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasının vacibliyi bildirilib. 

Tədbir zamanı fermerlərə rayonda iki kənd təsərrüfatı kooperativinin yaradılması barədə ətraflı məlumat verilib, Neftçalanın bu istiqamətdə ilk təşəbbüs göstərən rayonlardan biri olması vurğulanıb. Xırda və pərakəndə torpaq sahələrinin birləşdirilməsi ilə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının aqrar sahədə mühüm əhəmiyyət kəsb etməsi, torpaq mülkiyyətçilərinin mülkiyyət hüququ saxlanılmaqla kooperativ üzvlərinin əlavə aqrar subsidiya mexanizmlərindən yararlanmaları barədə fermerlərə müvafiq tövsiyələr verilib, onlar təşviq materialları ilə tanış edilib. 

Sonda fermerlərin müraciət və təklifləri dinlənilib, onların səsləndirdikləri təkliflər qeydə alınıb, aqrar sahənin inkişafında mülkiyyətçilərin fəaliyyətlərinə hərtərəfli dəstəyin davam etdiriləcəyi diqqətə çatdırılıb. 


Seyran CAVADOV,

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır  

11:29
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Müəllimlər üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb  

10:34
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!