28 Oktyabr 2026 08:50
241
İQTİSADİYYAT
A- A+
Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir


Əlcəzair geoloji kəşfiyyat üçün 7 bloku özündə birləşdirən "Algeria Bid Round 2026" beynəlxalq tenderində iştirak etmək üçün Azərbaycanın neft-qaz şirkətlərinə dəvət göndərib.

Təklif Moskvada keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 28-ci nazirlər görüşü çərçivəsində Əlcəzairin dövlət naziri, karbohidrogenlər qurumunun rəhbəri Məhəmməd Arkab tərəfindən energetika naziri Pərviz Şahbazovla görüş zamanı edilib.

Danışıqlar zamanı iştirakçılar karbohidrogen sektorunda Əlcəzair və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsini təhlil edib və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətlərində müzakirələr aparıb. "Tərəflər həmçinin neft-qaz sahəsində, xüsusən də quyu xidmətləri, yataqların mənimsənilməsi, karbohidrogen xammalının nəqli, neft emalı və neft-kimya, eləcə də neft-qaz sektoru ilə bağlı digər fəaliyyət sahələri üzrə qarşılıqlı əlaqələrin inkişafının perspektivli istiqamətlərini nəzərdən keçiriblər. Bu kontekstdə hər iki ölkənin müəssisələri, ilk növbədə "Sonatrach" konserni və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında karbohidrogen sənayesində dəyər zəncirinin bütün həlqələrində investisiya imkanları və tərəfdaşlıq perspektivləri təhlil edilib", - nazirlikdən verilən məlumatında qeyd olunub.

Bundan əlavə, tərəflər diqqəti neft-qaz sənayesinin müxtəlif sektorlarında məhsuldarlığın və fəaliyyətin səmərəliliyinin artmasına xidmət edəcək praktik təcrübə, texniki və texnoloji səriştə mübadiləsinin intensivləşdirilməsinin, eləcə də peşəkar hazırlıq və kadr potensialının artırılması sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətinə yönəldiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər  

09:44
28 Oktyabr

Azərbaycan nefti 122 dollara satılır

09:43
28 Oktyabr

Müasir dünyanın geosiyasi reallıqları və “Bakı prosesi”nin yeni fazası  

09:39
28 Oktyabr

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

07:45
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!