28 Oktyabr 2026 08:30
248
Mədəniyyət
A- A+
"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"


Kukla Teatrının aparıcı aktyorlarından olan Rəhman Rəhmanov kiçik yaşlarından səhnənin vurğunu olub, 14 yaşından səhnəyə qədəm qoyub. Bu sevgi ilə də aktyorluq peşəsinə yiyələnib. 1973-cü ildə Akademik Milli Dram Teatrının yardımçı heyətinin üzvü, 1974-cü ildən isə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

O, musiqi məktəbinin 4-cü sinfində oxuyanda Kukla Teatrının kollektivi səyyar tamaşa gətirir. Tamaşaya baxandan sonra onun üçün yeni dünya açılır. Rəhman Rəhmanov mətbuata açıqlamalarında bildirib ki, bundan bir neçə il sonra  təsadüfən bir elanla rastlaşıb: "Yazılmışdı ki, həvəskar aktyorlar axtarılır. Böyük həvəslə Lütfi Məmmədbəyovun 26-lar Mədəniyyət Sarayında fəaliyyət göstərən Xalq Teatrına getdim. Məndə nəsə gördülər, başladılar fərqli rollar verməyə. Onda mənim 13-14 yaşım olardı. İlyarım müxtəlif rollar oynadım. Bir gün Lütfi müəllim söhbət əsnasında bildirdi ki, yaxşı aktyorsan, gəl, səni Akademik Milli Dram Teatrının yardımçı heyətinə düzəldim. Həm professional səhnəni, həm də peşəkar aktyorları gör, onların tamaşalarına bax. Məmnuniyyətlə razılıq verib, orada işə başladım. Bir il sonra rejissor dostum teatrda mənə dedi ki, Rəhman, mən Kukla Teatrının rejissoruyam, bəlkə sən də ora gələsən. Həmin rejissorun köməyi ilə 1974-cü il iyunun 1-də teatra gəldim. Həm yer, həm də ali təhsilim olmadığına görə işə fəhlə kimi başladım. İlyarım fəhlə işlədim. O müddətdə mənə sınaq rolları verirdilər. Gördülər alınır, aktyor ştatına götürdülər. Beləliklə, taleyimi birdəfəlik bu teatrla bağladım. İlk rolum Anarın "Qaravəlli" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada Balaqədeş rolu oldu. Mən ən çox məhz o tamaşadan sonra kukla aktyoru kimi tanınmışam". 

İstər dramatik, istərsə də komediya rollarının mahir ifaçısı olan sənətkar eyni zamanda televiziyanın yumoristik verilişlərində də iştirak edirdi. Onun üçün rolun böyüyü-kiçiyi yox idi. Oynadığı bütün rollara məsuliyyətlə yanaşan aktyor səhnədə çoxsaylı obrazlar yaradıb. Xüsusən Kukla Teatrında fərqlənib.

Bu teatrın səhnəsində Əli Səmədlinin "Cubbulunun çərpələngi" (Div və qədeş), "Artıq tamah baş yarar" (Təpəgöz), Qeybulla Rəsulov və Ələsgər Səmədovun "Molla Nəsrəddin" (Molla Nəsrəddin), Abdulla Şaiqin "Üç nağıl" (Aparıcı), Anarın "Qaravəlli" (Balaqədeş), Rəhman Əlizadənin "Sindibadın xoşbəxtlik adasına səyahəti" (Oğru), "Hamam hamam içində" (Dəvə), "Damdabaca" (Polis), Mirzəağa Atəşin "Cırtdan" (Div), Hikmət Ziyanın "Əkiz qardaşlar" (Səfər), Sabir Məmmədovun "Tülkünün aqibəti" (Baş siçan), Nadir Zamanov və Məmməd Məmmədovun "Səfərin nağılı" (Xəlil), Əli Səmədlinin və Abdulla Qüdrətin "Əzablı günlərin sonu" (Qoca zənci), Rada Moskovanın "Hara qaçırsan dayça" (Balaqan sahib), Vaymil Rabadinin "Zəncirlənmiş Pəri" (Zalım), Əli Vəliyevin "Madarın dastanı" (əkinçi), Eldəniz Quliyev və Azər Əbilovun "Dədə Qorqud" (Təpəgöz), Şahmar Hüseynovun "Sehrli güzgü" (Baba), Firuz Məmmədovun "Ac qulağım, dinc qulağım" (Buğa), Rada Moskovanın "Əlibaba və qırx quldur" (Qasım), Həsənağa Hüseynovun "Saz əhvalatı" (Ayı və timsah), Əyyub Abbasovun "Şəngülüm-şüngülüm" tamaşalarında iştirak edib. R.Rəhmanov 2006-cı ildə monotamaşalar festivalında Əyyub Abbasovun "Şəngülüm, şüngülüm" tamaşasındakı uğurlu çıxışına görə "Qızıl dərviş" mükafatına layiq görülüb.  Səhnədəki çıxışları ilə  hər zaman alqışlanan və sevilən 70 yaşlı istedadlı Əməkdar artist Rəhman Rəhmanov 50 ildən çox səhnə fəaliyyətinə nəzər salanda həmişə deyir: "Mənim teatr sarıdan bəxtim gətirib. Rəhmətlik Həsən Turabov, Əliabbas Qədirov Milli Dram Teatrının direktoru olanda məni dəvət ediblər, getməmişəm. Hacıbaba Bağırov, Səyavuş Aslan Musiqili Komediya Teatrının direktoru olanda dəvət etdilər, yenə razılaşmadım. Həmişə bu teatra sadiq olmuşam. Uşaqlarla işləmək çox xoşdur. Bəzən 200-ə yaxın uşaq hamısı  dinməzcə tamaşaya baxır. Birdən özləri o tamaşanın personajları olurlar, özlərindən asılı olmayaraq səhnəyə qalxırlar. Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər".


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər  

09:44
28 Oktyabr

Azərbaycan nefti 122 dollara satılır

09:43
28 Oktyabr

Müasir dünyanın geosiyasi reallıqları və “Bakı prosesi”nin yeni fazası  

09:39
28 Oktyabr

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

07:45
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!