28 Oktyabr 2026 09:49
171
Səhiyyə
A- A+
Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  


Volqoqrad Dövlət Tibb Universitetinin və Rusiya Elmlər Akademiyasının V.A. Engelhardt adına Molekulyar Biologiya İnstitutunun alimləri həm xərçəng hüceyrələrinə, həm də infeksion xəstəliklərin törədicilərinə təsir göstərə bilən hibrid molekullar hazırlayıblar. Yeni birləşmələr ikili təsirə malik dərmanların yaradılmasında istifadə oluna bilər.

Alimlərin hazırladığı molekullar xərçəng əleyhinə preparatların yaradılmasında istifadə olunan xinazolin-4 və şişəleyhinə xüsusiyyətləri ilə tanınan kumarin birləşmələrini özündə birləşdirir. Bu yanaşma molekulun təsirini məqsədə uyğun tənzimləməyə, onu xərçəng hüceyrələrinə və ya bakteriyalara qarşı daha effektiv etməyə imkan verir.

Tədqiqatın əsas məqsədlərindən biri onkoloji xəstələrdə tez-tez rast gəlinən xəstəxanadaxili infeksiyalarla mübarizədir. Kimyaterapiya immun sistemini zəiflətdiyindən bu xəstələr bakteriya və göbələk infeksiyalarına qarşı daha həssas olurlar. Antibiotiklərə davamlı mikroorqanizmlərin yayılması isə həm şişə, həm də infeksiyaya təsir edən preparatların hazırlanmasını daha da aktuallaşdırır.

Laboratoriya sınaqları yeni birləşmələrin xərçəng hüceyrələrində proqramlaşdırılmış ölümü işə sala bildiyini göstərib. İlk nümunə leykoz və neyroblastoma hüceyrələrinə qarşı orta dərəcədə təsir göstərsə də, laboratoriya heyvanlarında uzunmüddətli istifadəsi zamanı əlavə təsirlər aşkarlanıb. Molekulun strukturunun dəyişdirilməsi ilə bu problemlərin aradan qaldırıldığı bildirilib. Növbəti mərhələdə alimlər birləşmələrin ürəyə toksik təsirini azaltmağı və bioloji əlçatanlığını artırmağı planlaşdırırlar. Məqsəd yeni maddələri insanlar üzərində klinik sınaqlara hazırlamaqdır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Cozef Tomsonun atom modeli ilk dəfə vizuallaşdırılıb  

10:19
28 Oktyabr

Qızıl və gümüş ucuzlaşır

10:09
28 Oktyabr

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər  

09:44
28 Oktyabr

Azərbaycan nefti 122 dollara satılır

09:43
28 Oktyabr

Müasir dünyanın geosiyasi reallıqları və “Bakı prosesi”nin yeni fazası  

09:39
28 Oktyabr

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!