27 Sentyabr 2026 16:01
183
CƏMİYYƏT
A- A+
Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

AZƏRTAC-ın məlumatına görə, bəyanatda qeyd olunur: “27 Sentyabr - Anım Günü milli yaddaşımızda xüsusi yer tutur. Bu gün biz, Azərbaycanın gənclər və könüllü təşkilatlarının nümayəndələri olaraq, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hüzn və qürur hissi ilə yad edirik. Gəncə, Bərdə və Tərtər şəhərlərinə endirilən dağıdıcı zərbələr nəticəsində həlak olanlar da daxil olmaqla, bütün günahsız mülki şəxslərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Qəlbimizdə dərin yaralar açan bu faciələri xatırlayaraq bir daha bəyan edirik ki, belə müharibə cinayətləri heç vaxt unudulmamalıdır”.

Bəyanatda, həmçinin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsi kimi qiymətləndirilib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı təxminən 30 il işğal altında olmuş ərazilərimizi azad edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və suverenliyimizin tam təmin olunmasına yol açdı. Qarabağ və Şərqi Zəngəzurdakı tarixi torpaqlarımızın azad edilməsi milli zəfər və beynəlxalq hüququn təntənəsi oldu”. Bəyanatda bildirilir ki, müharibədən qalib ayrılan Azərbaycan Ermənistana sülh əlini uzadaraq regional sabitliyə sadiqliyini nümayiş etdirdi. 8 avqust 2025-ci ildə iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanması ilə tarixi mərhələyə qədəm qoyuldu. Bu mühüm irəliləyiş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, inkişafı, birbaşa ticarət və nəqliyyat əlaqələrinin qurulması, eləcə də regionun hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.

Məcburi köçkünlük və işğal reallıqları ilə böyümüş Azərbaycan gəncləri üçün bu Zəfər qayıdış, yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bu torpaqlarda həyatın bərpası istiqamətində tarixi missiyanın icrasına başlanıldı. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, gələcək nəsillər üçün dayanıqlı və inkişaf edən icmalar formalaşdırılır.

Azərbaycan gəncləri üçün Böyük Qayıdışın yalnız yenidənqurma prosesi olmadığı, gənclərin təhsil, könüllülük, texnoloji innovasiyalar, yaradıcılıq və ictimai liderlik vasitəsilə bu torpaqların mədəni və iqtisadi dirçəlişində fəal iştirak etdiyi də bəyanatda xüsusi vurğulanıb.

“Bu Anım Günündə ədalətin bərpası naminə ən böyük fədakarlığı göstərmiş qəhrəman hərbçilərimizin və həlak olmuş mülki şəxslərin əziz xatirəsi önündə dərin ehtiramla baş əyirik. Onların irsi milli kimliyimizin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaqdır. İnanırıq ki, onların xatirəsinə göstərə biləcəyimiz ən böyük ehtiram üzərimizə düşən ümumi məsuliyyəti layiqincə yerinə yetirərək firavan, dayanıqlı və birlik içində olan gələcək qurmaqdır”, - deyə bəyanatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

19:17
27 Sentyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

19:16
27 Sentyabr

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

19:14
27 Sentyabr

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

19:13
27 Sentyabr

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

19:12
27 Sentyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

18:21
27 Sentyabr

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

18:08
27 Sentyabr

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

17:41
27 Sentyabr

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

17:05
27 Sentyabr

FHN kollektivi Zəfər parkını ziyarət edib

16:58
27 Sentyabr

Anım günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur

16:50
27 Sentyabr

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

16:39
27 Sentyabr

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub

16:29
27 Sentyabr

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

16:09
27 Sentyabr

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

16:01
27 Sentyabr

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

15:57
27 Sentyabr

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib

15:23
27 Sentyabr

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir

14:49
27 Sentyabr

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir  

14:21
27 Sentyabr

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb  

14:19
27 Sentyabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı iki qitəni birləşdirən körpüdür  

14:18
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!