27 Sentyabr 2026 16:50
1065
SİYASƏT
A- A+
Anım günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur

Anım günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur


27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu öz Prezidentinə, xalqına arxalanaraq böyük şücaət və qəhrəmanlıq göstərdi. Azərbaycanın igid oğulları 30 il Ermənistan işğalında olan torpaqlarımızı cəmi 44 günə işğaldan azad etdi. Azərbaycan Ordusunun əsgər və zabitləri dünyanı heyrətə salan, eləcə də dünya hərb tarixinə yazılan qəhrəmanlıq nümayiş etdirdilər. Vətən müharibəsində vuruşan əsgər və zabitlərimizin əksəriyyətini gənclər təşkil edrdi. Bu o gənclər idi ki, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Prezident seçilən vaxt onlar uşaq idi. Məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz milli ruhda böyüdülər, Vətən uğrunda, torpaq uğrunda canlarını belə əsirgəmədilər. 

Vətən müharibəsində Zəfər qazanmağımızın ən böyük amillərindən biri xalq-iqtidar birliyi oldu.  Uşaqdan tutmuş yaşlı insanlarımıza qədər hər bir vətəndaş bu  müharibədə böyük mərdlik nümayiş etdirdilər. Övladı şəhid olmuş valideyn də, erməni vəhşilərinin şəhərlərimizi raket atəşinə tutması nəticəsində körpəsini itirmiş ata-analarımız da sınmadı, Vətən sağ olsun, ancaq irəli dedilər. 

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, döyüşlərdə yaralanmış hərbiçilərimizə böyük diqqət və qayğı ilə yanaşırlar. Müharibə dövründə cənab İlham Əliyev və Mehriban xanım Əliyeva qospitalda müalicə olunan hərbiçilərimizlə görüşmüş və ölkə başçımız göstərdikləri qəhrəmanlığa görə onlara öz minnətdarlığını bildirmişdi. Müharibə qələbəmizlə başa çatdı. Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur edildi. 

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 2-də  sentyabrın 27-nin Anım Günü  kimi qeyd edilməsi haqqında Sərəncam imzaladı.  2021-ci il 27 sentyabr  Anım Günündə keçirilən yürüş xalqımızın yenilməzliyinin, birliyinin bariz nümunəsi oldu. Yürüşdə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etməsi və yürüşün önündə əllərində şəhid hərbiçi və şəhid körpənin şəkillərini tutmaqla Prezident və Birinci vitse-prezidentimiz dünyaya bir mesaj vermiş oldular. Bu hərbiçisindın tutmuş körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisi idi. Anım Gününün qeyd edilməsi sübut edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əzizdir. Dövlətimiz,  şəxsən cənab İlham Əliyev, hər zaman müharibədə şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinə, yaralanmış hərbiçilərimizə və müharibə veteranlarına böyük qayğı ilə yanaşır. Bu qəbildən olan insanların sosial məişət və digər problemləri təcili olaraq həll edilir. Müharibədə ağır yaralanmış əsgər və zabitlərimiz müalicə olunmaq üçün xarici dövlətlərə göndərilir və onlar sağalaraq öz ailələrinin, əzizlərinin  yanına dönürlər. Ehtiyacı olanlar ən yüksək texnologiya ilə hazırlanmış protezlərlə təmin olunurlar.

Bu gün  bütün xalqımız Anım Gününün növbəti ildönümünü qeyd edir. Bununla bütün dünyaya göstəririk ki, biz böyük və yenilməz xalqıq. Azərbaycan xalqı öz torpaqlarını və dövlətini qorumağa qadir xalqdır. Anım Günü xalqımızın əyilməzliyinin, birliyinin simvoludur. Biz döyüş meydanında da, siyasi arenada da Qələbə qazanmışıq. Bu Qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı. Bu, inkişaf və tərəqqi dövrü olacaq. Müharibədə qalib gəlmiş xalqımız artıq işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurması ilə də dünyanı heyrətləndirməkdə davam edir. Bu ərazilərə gələn xarici qonaqlar, jurnalistlər və diplomatlar qısa müddət ərzində görülən işlərdən heyətlərini gizlədə bilmirlər. Bu gün hər bir vətəndaşımız azərbaycanlı olduğu üçün və İlham Əliyev kimi bir lideri -  Dövlət başçısının olduğu üçün fəxr edir.


Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir  

19:28
29 Oktyabr

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir  

19:01
29 Oktyabr

 Məşhur bitkinin çiçəklərində qocalmadan qoruyan maddələr tapılıb

18:43
29 Oktyabr

 Almaniyada intiharların sayı ən yüksək həddə çatıb

18:29
29 Oktyabr

 Şimali Koreya raketləri radarları aldatdı

18:11
29 Oktyabr

İspaniyada iki sürətli sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

18:11
29 Oktyabr

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub  

18:08
29 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

18:07
29 Oktyabr

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

18:05
29 Oktyabr

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur  

18:04
29 Oktyabr

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

18:03
29 Oktyabr

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb  

18:02
29 Oktyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

17:57
29 Oktyabr

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

17:55
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!