29 Oktyabr 2026 18:02
198
CƏMİYYƏT
A- A+
Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb  

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb  


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşündə iştirak edib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə görüşüb.

Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan müsbət nəticələr barədə məlumat verib.

Baş prokuror Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın siyasi, iqtisadi, enerji və humanitar sahələrdə ardıcıl inkişaf etdiyini vurğulayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyi dəstəyin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.

Görüş zamanı Baş prokuror Bakıda keçirilmiş yüksəksəviyyəli görüşün uğurla təşkil olunmasının İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əlaqələndirmənin gücləndirilməsi və birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalamasının korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlər arasında operativ məlumat mübadiləsinin genişləndirilməsinə və cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunaraq geri qaytarılması sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyini qeyd edib.

Bundan başqa, Baş prokuror 2025-ci ilin oktyabrında Ciddə şəhərində keçirilmiş MENA-ARIN (Yaxın Şərq və Şimali Afrika Regional Aktivlərin Qaytarılması Şəbəkəsi) regional aktivlərin qaytarılması şəbəkəsinin ilk illik iclası çərçivəsində Mazin bin İbrahim əl-Kahmus ilə görüşünü xatırladaraq, bu təmasların əhəmiyyətini vurğulayıb. O, həmin görüşlərdə müzakirə olunan məsələlərin davamlı dialoq və təcrübə mübadiləsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaratdığını bildirib.

Öz növbəsində, Nazaha-nın prezidenti Mazin bin İbrahim əl-Kahmus görüşün əvvəlində İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu cür beynəlxalq tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Görüş çərçivəsində 2023-cü ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun icra vəziyyəti və İƏİT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GlobE Network və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə tərəflər arasında mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, əlaqələndirici qurumlar arasında operativ təmasların gücləndirilməsi, korrupsiya cinayətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi və qarşılıqlı hüquqi yardım imkanlarından daha səmərəli istifadə edilməsi məsələlərinə diqqət yetirilib.

Baş prokuror Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizə sahəsində qlobal təşəbbüslərini, o cümlədən GlobE Network-un yaradılması və Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. Azərbaycanın bu təşəbbüslərə verdiyi dəstəyin bariz nümunəsi kimi 2025-ci ilin mayında Bakıda GlobE Network-un 6-cı Plenar İclasının və İdarəetmə Komitəsinin 10-cu iclasının keçirilməsi diqqətə çatdırılıb.

Tərəflər korrupsiyaya qarşı mübarizənin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb etdiyini vurğulayıblar. Bu baxımdan, transsərhəd korrupsiya cinayətlərinin aşkar edilməsi və istintaqı, cinayət yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və qanuni sahiblərinə qaytarılması, habelə bu istiqamətlərdə operativ məlumat mübadiləsinin təşkili üzrə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq platformalarının imkanlarından istifadə, mütəxəssislərin peşəkar hazırlığı və birgə fəaliyyətin praktiki nəticələrinin artırılması da müzakirə olunub.

Görüş zamanı Azərbaycan Respublikasının prokurorluq orqanları ilə səmərəli əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi töhfələrə görə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmus "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edilib.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, həmçinin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Məşhur bitkinin çiçəklərində qocalmadan qoruyan maddələr tapılıb

18:43
29 Oktyabr

 Almaniyada intiharların sayı ən yüksək həddə çatıb

18:29
29 Oktyabr

 Şimali Koreya raketləri radarları aldatdı

18:11
29 Oktyabr

İspaniyada iki sürətli sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

18:11
29 Oktyabr

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub  

18:08
29 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

18:07
29 Oktyabr

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

18:05
29 Oktyabr

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur  

18:04
29 Oktyabr

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

18:03
29 Oktyabr

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb  

18:02
29 Oktyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

17:57
29 Oktyabr

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

17:55
29 Oktyabr

BMT münaqişə zonalarındakı mülki şəxslərin qorunması üçün çağırış edib  

17:06
29 Oktyabr

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

15:53
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!