29 Oktyabr 2026 15:59
176
DÜNYA
A- A+
İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib


Nüfuzlu “The Lancet” tibb jurnalının hazırladığı hesabata əsasən, iqlim dəyişikliyi səbəbindən artan temperaturlar və quraqlıq insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. 

Tədqiqatçılar iqlim böhranına görə dünyada “sağlamlıq xəbərdarlığı" olunmasını tələb ediblər. 2016-2023-cü illərdə həddindən çox istilər hər il orta hesabla 540 mindən çox insanın ölümünə səbəb olub, təkcə 2023-cü ildə isə bu rəqəm 710 minə çatıb və ölümlərin 71 faizdən çoxu iqlim dəyişikliyi ilə əlaqələndirilib. 

İstilərin iş qüvvəsi və istehsalata vurduğu zərər nəticəsində 2025-ci ildə qlobal iqtisadiyyatda 1 trilyon dollardan çox gəlir itkisi yaşanıb. Eyni zamanda, 2025-ci ildə yer üzündəki quru ərazilərinin yarısından çoxu ən azı bir ay boyunca şiddətli quraqlığa məruz qalıb. Təmiz enerjiyə qoyulan investisiyalar artsa da, yanacaqlar qlobal enerji tələbatının 80 faizdən çoxunu ödəməyə davam edir.

Xəbərdarlıq edilir ki, iqlim dəyişikliyinin sağlamlığa vurduğu zərər görülən tədbirlərdən daha çox sürətlə böyüyür və beynəlxalq ictimaiyyət karbon emissiyalarını təcili azaltmalıdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Cinayətkarların işi çətinləşib: 9 ayda 22 mindən çox cinayət qeydə alınıb

15:53
29 Oktyabr

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

15:43
29 Oktyabr

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

15:42
29 Oktyabr

Azərbaycandan Ukraynaya işıq körpüsü  

15:38
29 Oktyabr

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb  

15:34
29 Oktyabr

Milli həmrəylik Azərbaycanın güc mənbəyidir  

15:16
29 Oktyabr

Bizi Zəfərə aparan yol

15:13
29 Oktyabr

 Milyardların kölgəsində  

15:04
29 Oktyabr

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb  

13:44
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!