29 Oktyabr 2026 13:58
199
SİYASƏT
A- A+
Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  


Oktyabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən nazir Ceyhun Bayramov ilk növbədə 29 Oktyabr - Respublika Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edib.

Nazir beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib.

Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

C.Bayramov 2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Bu çərçivədə üzv və müşahidəçi dövlətlərlə, eləcə də Təşkilatın Katibliyi ilə sıx əməkdaşlıq şəraitində müxtəlif səviyyələrdə çoxsaylı görüş və məsləhətləşmələrin keçirildiyi qeyd olunub.

Çıxışda təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan 2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm nəticələri qismində vurğulanıb. Eyni zamanda, ticarət, investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Sədrliyimiz dövründə humanitar əməkdaşlığın, ortaq tarixi və mədəni irsin qorunmasının və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinin də əsas prioritetlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bu çərçivədə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov 2026-cı il ərzində xarici işlər nazirləri arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun davamlılığının və regional və beynəlxalq məsələlər üzrə mövqelərin əlaqələndirilməsinin mühüm göstəricisi kimi dəyərləndirib. Misal olaraq, İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul edilmiş Birgə Bəyanatda Azərbaycan və Türkiyənin təhlükəsizliyinə qarşı təhdidlər fonunda həmrəyliyin ifadə olunduğu, Nyu-York görüşündə isə Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində birgə diplomatik səylərin davam etdirilməsinin vacibliyinin vurğulandığı bildirilib. TDT-nin birgə bəyanatlarının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılması praktikasının başlanması, həmçinin qeyd olunub.

Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Gələcəkdə mövcud mexanizmlərdən səmərəli istifadənin, qəbul olunmuş qərarların icrasının təmin edilməsinin, milli qurumların fəaliyyətinin və Təşkilatın Katibliyinin monitorinq-koordinasiya rolunun gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov çıxışının sonunda Azərbaycan sədrliyi dövründə göstərilən dəstək və fəal iştiraklarına görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb  

13:44
29 Oktyabr

Qusarda ziyanvericilərə qarşı mübarizədə bağbanlara yardım olunur

13:31
29 Oktyabr

Masallının Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

13:26
29 Oktyabr

Şəhidlər Elməddin Məmmədli və Ramid Əliyevin məzarları ziyarət olunub  

13:07
29 Oktyabr

Göygöldə “44” filminin ilk tamaşaçıları şəhid ailələri olublar  

12:57
29 Oktyabr

Ağstafada Zəfər Gününə həsr olunmuş tamaşa göstərilib

12:49
29 Oktyabr

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

12:48
29 Oktyabr

Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  

12:36
29 Oktyabr

Gəncədə vergi işçiləri və sahibkarlar bir araya gəliblər  

12:29
29 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub  

12:17
29 Oktyabr

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

11:49
29 Oktyabr

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub 

11:37
29 Oktyabr

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

11:25
29 Oktyabr

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

11:03
29 Oktyabr

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

10:40
29 Oktyabr

Bakıda Atatürkün abidəsi ziyarət olunub

10:39
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!