29 Oktyabr 2026 12:36
168
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  

Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  


Cənab Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, multikulturalizm dəyərlərinə sadiqliyini və milli maraqlara əsaslanan müstəqil siyasətini bir daha nümayiş etdirir.

“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumun 100-dən artıq ölkədən nümayəndələri bir araya gətirməsi Azərbaycanın qlobal dialoq və əməkdaşlıq üçün etibarlı platforma olduğunu təsdiqləyir. Bu mötəbər tədbir ölkəmizin mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqinə, ayrı-seçkiliyə qarşı mübarizəyə və beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfənin bariz nümunəsidir.

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadığı məkan olub. Cənab Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərdir. Bu gün həmin ənənələr dövlət siyasətinin mühüm istiqamətinə çevrilərək Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir.

Azərbaycan xalqının birliyi, azərbaycançılıq ideologiyası və milli həmrəylik dövlətimizin gücünün əsas mənbələrindəndir. Ölkəmizin ən çətin dövrlərində, Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə bütün etnik və dini qrupların nümayəndələrinin vahid amal ətrafında birləşməsi bu birliyin sarsılmazlığını nümayiş etdirib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntənəsi olub.

Cənab Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn aliliyinin təmin olunması, ikili standartlara qarşı mübarizə və beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsi məsələləri xüsusi əhəmiyyət daşıyır. Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinin icra edilməməsi beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemləri üzə çıxarıb. Azərbaycan öz gücü və qətiyyəti ilə ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsinin mümkün olduğunu sübut edib.

Bu gün Azərbaycanın Ermənistana sülh təklif etməsi ölkəmizin gələcəyə yönəlmiş siyasi iradəsini göstərir. Azərbaycan müharibənin davam etdirilməsində deyil, regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır. Bununla yanaşı, sülhün möhkəmlənməsi qarşılıqlı etimadın, beynəlxalq öhdəliklərə hörmətin və real siyasi addımların atılmasını tələb edir.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi, enerji təhlükəsizliyinə və nəqliyyat bağlantılarına verdiyi töhfələr ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Azərbaycanın gələcəkdə də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizə göstərilən etimadın və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial xarici siyasətin nəticəsidir.

Azərbaycan bir daha nümayiş etdirir ki, müxtəlif mədəniyyətlər arasında körpülərin qurulması, qarşılıqlı hörmətin qorunması və dialoqun təşviqi qlobal problemlərin həllində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz milli dəyərlərini qorumaqla yanaşı, beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda davamlı sülhün təmin olunmasına bundan sonra da öz töhfəsini verməyə hazırdır.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallının Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

13:26
29 Oktyabr

Şəhidlər Elməddin Məmmədli və Ramid Əliyevin məzarları ziyarət olunub  

13:07
29 Oktyabr

Göygöldə “44” filminin ilk tamaşaçıları şəhid ailələri olublar  

12:57
29 Oktyabr

Ağstafada Zəfər Gününə həsr olunmuş tamaşa göstərilib

12:49
29 Oktyabr

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

12:48
29 Oktyabr

Azərbaycan beynəlxalq dialoqun, multikulturalizmin və davamlı sülhün təşviqində mühüm rol oynayır  

12:36
29 Oktyabr

Gəncədə vergi işçiləri və sahibkarlar bir araya gəliblər  

12:29
29 Oktyabr

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub  

12:17
29 Oktyabr

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

11:49
29 Oktyabr

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub 

11:37
29 Oktyabr

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

11:25
29 Oktyabr

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

11:03
29 Oktyabr

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

10:40
29 Oktyabr

Bakıda Atatürkün abidəsi ziyarət olunub

10:39
29 Oktyabr

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

10:38
29 Oktyabr

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb  

10:35
29 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:21
29 Oktyabr

Azərbaycan nefti 125 dollardan baha satılır

10:07
29 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib  

09:32
29 Oktyabr

Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib  

09:28
29 Oktyabr

Bağların payız ətri   

08:50
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!