29 Oktyabr 2026 15:13
173
SİYASƏT
A- A+
Bizi Zəfərə aparan yol

Bizi Zəfərə aparan yol


 Azərbaycançılıq milli ideologiyamızın təməl prinsipidir


Bu gün müstəqil Azərbaycan dövləti məhz möhkəm milli-ideoloji təməl - azərbaycançılıq ideologiyası üzərində öz tarixinin ən qüdrətli, ən parlaq mərhələsini yaşayır.

Ölkəmizin qazandığı möhtəşəm uğurlar, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Ulu Öndər Heydər Əliyev dühasının uzaqgörənliklə formalaşdırdığı ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilməsinin bariz nəticəsidir. 

Bəli, Azərbaycançılıq ideologiyası öz milli məntiqinə uyğun olaraq real tarixi zəfərlər doğurub və bu sarsılmaz məfkurə sayəsində vətənimiz bütövləşib.


Həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsi


Bu günlərdə Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusundakı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu növbəti dəfə göstərdi ki, Azərbaycan dünyada mədəniyyətlər, dinlər və etnik qruplar arasında dialoqun mərkəzidir. 

“Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”, - deyə, sözügedən forumda Prezident İlham Əliyev xalqımıza məxsus bu zəngin, unikal dəyəri beynəlxalq ictimaiyyət nümayəndələrinin diqqətinə bir daha çatdırdı. Dövlət başçımızın səsləndirdiyi kimi, Azərbaycan üçün multikulturalizm və dözümlülük kənardan gəlmiş anlayışlar deyil, əsrlər boyu formalaşan həyat tərzidir. Bu gün cəmiyyətimizdəki sabitliyin, dinamik inkişafın və uğurların təməlində də məhz həmin tarixi köklər və daxili ahəngdarlıq dayanır.

Azərbaycanda yaşayan bütün etnik və dini qrupların Konstitusiyamıza uyğun olaraq bərabər hüquqlara malik olması və bir ailə kimi yaşaması xalqımızın ən böyük gücüdür. Prezident İlham Əliyev forumdakı çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır: “Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik”. 

Biz hər zaman bir-birimizə hörmət, həmrəylik və qarşılıqlı anlaşma şəraitində vahid milli ideya ətrafında birləşmişik. Bu milli ideyanın adı isə azərbaycançılıqdır.

Azərbaycançılıq ideyası sadəcə nəzəriyyə deyil, müstəqillik tariximizin ən ağır, ən çətin anlarında özünü əməli işdə sübut etmiş həyat tərzidir. Məhz Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı bu ideoloji xətt sayəsində cəmiyyətimiz möhkəm həmrəylik qazandı, dünya azərbaycanlıları vahid məfkurə - azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı gələcək nəsillərə ünvanlanmış, çağırış, milli özünüdərk mesajı idi. Bu çağırış Azərbaycan xalqının gələcəyinin məhz azərbaycançılıq ideologiyasına bağlı olduğunu aydın şəkildə ortaya qoyurdu. Azərbaycançılıq ideologiyasının kökündə dayanan əsas dəyər dar millətçilik və ya şovinizm yox, tam olaraq vətəndaşlıq dəyəri, birlik və demokratik inkişaf yoludur. 


Tarixi qələbələr yaradan güc mənbəyi


Ulu Öndərin hələ sovet dövründən təməlini qoyduğu, müstəqillik illərində isə dövlət siyasətinin əsasına çevirdiyi bu xətt Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitdə daha da zənginləşdirildi. Bu sarsılmaz birliyin nəticəsini biz 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik. Dünyanın harasında yaşamasından asılı olmayaraq kökləri ilə bu torpağa bağlı olan bütün soydaşlarımız, eyni zamanda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri bu müqəddəs mübarizədə vahid amal ətrafında birləşdilər. 44 günlük Vətən müharibəsi milli həmrəyliyimizin ən yüksək tarixi zirvəsi oldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ümummilli Liderin vaxtilə bu istiqamətdə atdığı uzaqgörən və məntiqli addımların öz nəticəsinə çatdığının bariz nümunəsidir. Dahi lider milli həmrəyliyin yalnız çağırışlarla deyil, düşünülmüş konsepsiya ilə təmin edilməli olduğunu dəqiq bilirdi.

Azərbaycançılıq ideologiyasının Vətən dara düşəndə sarsılmaz mənəvi qalaya çevrildiyini, “Ortaq gələcək naminə dialoq” mövzusundakı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev belə ifadə edib: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.

2022-ci ilin aprelində azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı bir daha göstərdi ki, azərbaycançılıq ideologiyası artıq təkcə milli fikri birləşdirən anlayış deyil, böyük tarixi qələbələr yaradan real güc mənbəyidir. Məhz bu ideoloji təməl sayəsində torpaqlarımız işğaldan azad edildi və suverenliyimiz tam bərpa olundu.

Bu gün Azərbaycan öz milli identifikasiyasını, adət-ənənələrini və köklərini qorumaqla yanaşı, mütərəqqi dünya birliyinə inamla inteqrasiya edir. Biz öz tolerantlığımız və etnik müxtəlifliyimizlə dünyaya nümunə göstəririk. Bizi birləşdirən, güclü edən və gələcəyə doğru inamla aparan əsas ideoloji dayağımız isə azərbaycançılıqdır.

Prezident İlham Əliyevin forumda vurğuladığı kimi: “...Əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik”.

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Cinayətkarların işi çətinləşib: 9 ayda 22 mindən çox cinayət qeydə alınıb

15:53
29 Oktyabr

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir

15:43
29 Oktyabr

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

15:42
29 Oktyabr

Azərbaycandan Ukraynaya işıq körpüsü  

15:38
29 Oktyabr

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb  

15:34
29 Oktyabr

Milli həmrəylik Azərbaycanın güc mənbəyidir  

15:16
29 Oktyabr

Bizi Zəfərə aparan yol

15:13
29 Oktyabr

 Milyardların kölgəsində  

15:04
29 Oktyabr

İkili standartlardan imtina suverenliyə hörmətlə birbaşa bağlıdır  

14:03
29 Oktyabr

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb  

14:01
29 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb  

14:00
29 Oktyabr

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır  

13:58
29 Oktyabr

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

13:56
29 Oktyabr

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb  

13:44
29 Oktyabr

Qusarda ziyanvericilərə qarşı mübarizədə bağbanlara yardım olunur

13:31
29 Oktyabr

Masallının Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib  

13:26
29 Oktyabr

Şəhidlər Elməddin Məmmədli və Ramid Əliyevin məzarları ziyarət olunub  

13:07
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!