31 İyul 2026 10:56
121
Mədəniyyət
A- A+
Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi


Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci gününün də proqramı zəngin və rəngarəng idi.  

AZƏRTAC xəbər verir ki, qonaqlar sırasında Vyetnamdan gələn "Bronze drum" ansamblının festivala dəvət alması heç də təsadüfi deyil. Mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalında keçmişdə olduğu kimi, bu gün də müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçiləri Azərbaycanın bu qədim bölgəsində bir araya gəlirlər.

Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konsertdə ansambl "Vyetnamın milli vokal janrlarına İntroduksiya" proqramı çərçivəsində zərb alətlərinin əks-sədası altında T.Giang - "Məhsul yığımı mövsümünün hekayəsi", H.Xuan - "Bahar gəlir",  X.Khai - "Vətənin melodiyası", X.Khai - "Vətənin duyğuları", H.Xuan - "Mərkəzi Yaylalar Günəşi qarşılayır", "Then" oxuması, D.Nho - "The Pieu scarf",  Vyetnam xalq musiqisi "Inh La Oi" (işləməsi Hoang Tran Luu), N.D. Thi - "Hanoian", E. Capua - "O Sole Mio" (sözləri Giovanni Capurro), "Xam Ha Thanh" oxuması və "Co Doi Thuong Ngan" oxuması-ifaları ilə sənətsevərlərə maraqlı gecə bəxş ediblər. 

Vyetnam Milli Musiqi Akademiyasının direktor müavini, Xalq artisti Buy Konq Zyui AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Bakı, Azərbaycan haqqında çox eşidib, məlumatlar toplayıb. Lakin bu, onun ölkəmizə ilk səfəridir və vaxtilə eşitdiyi xoş xəbərlərin bu gün həqiqət olmasından sevinclidir. Xalq artistinin sözlərinə görə, keçmişdə olduğu kimi, bu gün də Bakıda Vyetnamdan tələbələr təhsil alırlar. Azərbaycanın incəsənət xadimlərinin dəfələrlə Vyetnamda geniş və maraqlı konsert proqramları ilə çıxış etdiyini xatırladan Milli Musiqi Akademiyasının direktor müavini sözlərinə onu da əlavə edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət almaları onlar üçün ikiqat sevindirici və qürurvericidir. Bu konsertdə folklor qrupunun, caz kollektivinin, eləcə də zərb alətləri qrupunun maraqlı çıxışının nəzərdə tutulduğunu bildirib. Vyetnam nümayəndə heyətinin rəhbəri onu da diqqətə çatdırıb ki, avqust ayının 1-də paytaxt Bakıda da geniş proqramla çıxış etmələri nəzərdə tutulur.  

Konsert proqramına maraq və diqqət hər zamankı kimi böyükdür. Zalda respublikanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən Qəbələyə istirahətə gələnləri görmək olar. Bakı şəhər sakini Məhəmməd Verdizadə də onlardan biridir. Beynəlxalq Musiqi Festivalının açılışının möhtəşəm keçdiyini bildirən paytaxt sakini Vyetnam musiqiçilərinin də çıxışını yüksək qiymətləndirib. 

Əlbəttə ki, yerli sakinlər arasında da Beynəlxalq Musiqi Festivalına maraq böyükdür. Qəbələ sakini Xədicə Cavadlı Vyetnam musiqi gecəsinə böyük həvəs və maraqla gəldiyini deyir. Belə ki, o, dəfələrlə radio və televiziya efirlərində Vyetnam musiqisini dinləyib və böyük zövq alıb. 

Konsert proqramının sonunda Vyetnam musiqiçilərini ayaq üstə alqışlayan tamaşaçılar ifaçılara gül dəstələri hədiyyə edib, xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

11:42
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 

11:35
31 İyul

Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub

11:28
31 İyul

ABŞ Prezidenti: HƏMAS-ın tərk-silahından sonra İsrail qüvvələri Qəzzadan çıxacaq

11:28
31 İyul

Azərbaycanlı alimin Əlişir Nəvai irsinə həsr olunmuş monoqrafiyası özbək dilində nəşr edilib

11:21
31 İyul

Qəbələdə möhtəşəm Vyetnam musiqi gecəsi

10:56
31 İyul

Bir qərarla iki qardaşı bir gündə güllələyiblər

10:49
31 İyul

37-nin qanlı salnaməsi: Əhməd Triniçin faciəvi taleyi

10:42
31 İyul

Macəra dolu yolun sonunda möhtəşəm mənzərə - Qələbin şəlaləsi

10:35
31 İyul

Goranboyda sənaye müəssisələri fəaliyyətlərini genişləndirməyi hədəfləyiblər 

10:29
31 İyul

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin möhkəm dayağıdır

10:22
31 İyul

Lənkəran Dövlət Universiteti aqrar kadrların hazırlanmasına diqqəti artırır

10:22
31 İyul

Şəmkirin yaşayış məntəqələrinin 98 faizi təbii qazla təmin olunur

10:14
31 İyul

Pambığı "ağ qızıl" edən günəş, su, bir də əməkdir

10:07
31 İyul

Azərbaycan Orta dəhlizdə yeni təşəbbüslər ünvanıdır

10:00
31 İyul

Dünya birjalarında neftin qiymətləri qalxır

09:53
31 İyul

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

09:46
31 İyul

Azərbaycanın xarici dövlət borcu 4,1 faiz azalıb

09:38
31 İyul

Çində kənd təsərrüfatı məhsullarımızın təqdimatı genişlənir

09:31
31 İyul

Qızılı qiymətli edən təkcə əyarı deyil

09:24
31 İyul

Xayotjon İBRAHİMOV: "Azərbaycanla inteqrasiya Mərkəzi Asiyada dayanıqlı iqtisadi məkan formalaşdırır"

09:17
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!