18 Noyabr 2026 09:20
154
Elm və texnika
A- A+
Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar


ABŞ-nin Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri insan hüceyrələrində iltihabın necə başladığını müəyyən etməyə imkan verən yeni elmi alət hazırlayıblar. Bu kəşf xroniki iltihabın yaranma mexanizmlərinin daha dərindən öyrənilməsinə və gələcəkdə onun qarşısının alınması yollarının müəyyənləşdirilməsinə kömək edə bilər.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri "Free Radical Biology and Medicine" elmi jurnalında dərc olunub.

Araşdırmada alimlər hüceyrənin enerji istehsalına cavabdeh olan mitoxondrilərdə DNT-nin zədələnməsi ilə iltihab reaksiyası arasındakı əlaqəni öyrəniblər. Mitoxondrilər hüceyrə nüvəsindəki DNT-dən fərqli olaraq öz genetik materialına malikdir. Əvvəlki tədqiqatlar mitoxondrial DNT-nin immun sisteminin fəaliyyətində mühüm rol oynadığını göstərsə də, onun zədələnməsinin iltihaba necə təsir etdiyi tam aydın deyildi. Tədqiqatçılar bu əlaqəni araşdırmaq üçün tənəffüs yollarını örtən insan hüceyrələrindən istifadə ediblər. Bu hüceyrələr hava vasitəsilə orqanizmə daxil olan çirkləndiricilərlə birbaşa təmasda olduqları üçün iltihab proseslərinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyırlar.

Təcrübələr göstərib ki, hazırlanmış vasitə hüceyrə nüvəsindəki DNT-yə zərər vermədən mitoxondrial DNT-ni zədələyə bilir. Tədqiqatçılar, həmçinin zədələnmiş mitoxondrial DNT-ni mitoxondrilərin xaricindəki hüceyrədaxili mayedə aşkar ediblər. Belə molekullar hüceyrə üçün təhlükə siqnalı rolunu oynayaraq immun reaksiyasında və iltihab prosesində iştirak edən genləri aktivləşdirə bilər.

Tədqiqatın müəllifi, kimya professoru Linlin Zhao bildirib ki, yeni vasitə mitoxondrial zədələnmənin iltihaba təsirini araşdırmaq üçün alimlərə yeni imkanlar yaradır. Tədqiqatçılar növbəti mərhələdə DNT-yə müxtəlif səviyyələrdə zərər vuran molekulları sınaqdan keçirməyi planlaşdırırlar. Onlar iltihab reaksiyasının başlaması üçün nə qədər zədələnmənin tələb olunduğunu, eləcə də bu mexanizmin hüceyrələrin yaşlanmasında rolunu müəyyənləşdirmək istəyirlər.

Alimlərin fikrincə, iltihabı başladan mexanizmlərin dəqiq müəyyənləşdirilməsi onun xroniki xarakter almadan qarşısının alınması üçün yeni yanaşmaların hazırlanmasına şərait yarada bilər. Xroniki iltihab artrit, 2-ci tip diabet, Alzheimer xəstəliyi və bəzi xərçəng növləri də daxil olmaqla bir sıra xəstəliklərin inkişafında mühüm amillərdən biri hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib  

09:41
18 Noyabr

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

09:20
18 Noyabr

Türkiyədə çıxan dərgidə çap edilmiş məqaləsinin qurbanı oldu

09:15
18 Noyabr

Azadlıq carçısı, inqilab şairi

09:10
18 Noyabr

Xalçaçılığa ürəkdən bağlandı, ilmələrlə möcüzələr yaratdı

09:05
18 Noyabr

"Əxbari" - Qubada nəşr edilən ilk qəzet

09:00
18 Noyabr

Qlobal istiləşmə dağların "buz yaddaşı"nı əridir

08:55
18 Noyabr

Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir

08:50
18 Noyabr

Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir

08:45
18 Noyabr

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

08:40
18 Noyabr

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

08:35
18 Noyabr

BTC-nin uzun yolunun başlanğıcı 

08:30
18 Noyabr

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!