18 Noyabr 2026 08:30
116
İQTİSADİYYAT
A- A+
BTC-nin uzun yolunun başlanğıcı 

BTC-nin uzun yolunun başlanğıcı 


27 il əvvəl İstanbulda kəmərin marşrutunu müəyyənləşdirən mühüm sənəd imzalanmışdır


O zaman "Çıraq" artıq iki il idi neft verirdi. Qarşıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda quraşdırılacaq növbəti platformalardan hasilatın başlanacağı gözlənilirdi. Odur ki, mövcüd Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin artacaq həcmlərin ixracı üçün gücünün kifayət etməyəcəyi dəqiq idi. Belə olan halda ötürmə qabiliyyəti daha böyük olan bir ixrac xəttinin çəkilməsi  zərurəti yaranmışdı.

Yeni kəmərin yaranmasının ideya müəllifi Ümummilli Lider Heydər Əliyev oldu. 1999-cu il noyabrın 18-də İstanbulda, ATƏT-in Zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi ilə bağlı sazişə imza atıldı. Bu, xam neftin BTC vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Kəmərin tikintisi üçün həlledici rol oynayan həmin mühüm sənədi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-nin ovaxtkı prezidentləri imzaladılar. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün oldu.

Sözügedən hadisədən bir il əvvəl - 1998-ci il oktyabrın 19-da Ankarada kəmərin inşa edilməsi haqqında Bəyannamə imzalanmışdı. İstanbulda imzalanan, BTC qarşısında "yaşıl işıq" yandıran növbəti, həlledici sazişin imzalanması isə "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən daha bir böyük hadisə idi. 

Sənədin imzalandığı 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri (QİBK) istifadəyə verilmişdi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idi və böyük maliyyə vəsaiti hesabına reallaşmışdı. Tikintinin müvəffəqiyyətlə başa çatdırılması bir daha göstərmişdi ki, Azərbaycan böyük işlər görməyə, həm də onları qısa müddətdə həyata keçirməyə qadirdir.

Lakin BTC-nin həm ölkəmizdə, həm də xaricdə bədxahları var idi. Onlar hər vasitə ilə bu layihənin gerçəkləşməsinə mane olmaq istəyirdilər. Əsassız bəhanələr gətirirdilər. Gah deyirdilər ki, Azərbaycanın bu xətti doldurmaq üçün yetərincə nefti yoxdur. Gah kəmərin seysmik zonalardan keçəcəyini söyləyir, gah da ətraf mühitə ziyan vuracağı barədə əsassız iddialar qaldırırdılar.

Bununla belə, Ulu Öndər Heydər Əliyevin dühası ilə düşünülən və siyasi nüfuzu ilə özünə yol açan bu möhtəşəm layihə qalib gəldi. 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Ulu Öndərin iştirakı ilə kəmərin təməli qoyuldu. 2005-ci il mayın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə xəttə ilk neft vuruldu. BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi.

Uzunluğu 1768 kilometr olan, Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilən kəmərə aid qısa arayışa nəzər salaq. Beləliklə, BTC Azərbaycanda 443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Kahraman Maraş, Osmaniyə və Adanadır.

BTC əvvəlcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilmişdi. 2009-cu ilin yazından isə onun gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon barelə çatdırıldı. 

Bakı-Tbilisi-Ceyhan kəməri üçüncü minilliyin nəhəng mühəndis qurğusudur. O, təkcə yerin altı ilə uzanan borulardan ibarət deyil. Uzun illərdir qüsursuz fəaliyyət göstərən çoxsaylı yerüstü obyektlərə də malikdir. Belə ki, kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Baş nasos stansiyası Səngəçalda yerləşir. İkinci stansiya da ölkəmizin ərazisində, Yevlax rayonunun Aran qəsəbəsindədir. Daha iki stansiya Gürcüstanda fəaliyyət göstərir. Qalan dörd stansiya Türkiyənin payına düşür.

Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bu ilin ilk altı ayı ərzində Səngəçal terminalından ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.

Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Deyilənlərə onu da əlavə edək ki, BTC-nin operatorluğu rəsmi olaraq 2026-cı il  iyulun 1-dən etibarən BP-dən SOCAR-a məxsus şirkətə keçib. Yeni operator "SOCAR Midstream Operations" MMC-dir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

08:40
18 Noyabr

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

08:35
18 Noyabr

BTC-nin uzun yolunun başlanğıcı 

08:30
18 Noyabr

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

21:11
17 Noyabr

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq İndi Azərbaycanın bütün ərazisində qürurla dalğalanır

20:58
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!