18 Noyabr 2026 08:40
92
İQTİSADİYYAT
A- A+
Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 


Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı parlament və hökumət üzvlərinin bu sahədə mövqeləri üst-üstə düşür


Dövlət büdcəsi hər bir ölkənin iqtisadi və sosial inkişaf strategiyasını, maliyyə siyasətinin əsas istiqamətlərini və qarşıya qoyduğu strateji hədəfləri özündə birləşdirən əsas maliyyə sənədidir. Onun formalaşdırılması ölkənin iqtisadi potensialının reallaşdırılması, sosial rifahın yüksəldilməsi, milli təhlükəsizliyin təmin olunması və uzunmüddətli inkişafın maliyyə əsaslarının yaradılması deməkdir. 

Bu kontekstdə Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsi layihəsinin hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunması qarşıdakı ilin iqtisadi və sosial prioritetlərinin müəyyənləşdirilməsi baxımından vacibdir. Parlamentin plenar iclasında layihənin birinci oxunuşda müzakirəsində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun diqqətə çatdırdığı önəmli məsələlərdən biri son illər Azərbaycan iqtisadiyyatında şaxələndirmə prosesinin sürətlənməsi və qeyri-neft-qaz sektorunun inkişafı oldu. 

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələrin qiymətləndirilməsi üçün diqqət yetirilməli əsas məqamlardan biri qeyri-neft-qaz sektorunun istehsal və ixrac imkanlarının genişlənməsi, vergi bazasının böyüməsidir. Bura özəl sektorun iqtisadi fəallığının artmasını və dövlət büdcəsinin gəlirlərində bu sahənin xüsusi çəkisinin yüksəlməsini də əlavə etsək, mənzərə aydın olur.  Bu baxımdan ilk növbədə sənaye zonalarının  neftdənkənar  sənayenin inkişafında və ixrac potensialının genişlənməsində artan rolunu qeyd etmək lazımdır. 

 Danılmaz faktdır ki, sənaye parkları  yeni istehsal müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi və yerli məhsulların xarici bazarlara çıxarılmasından dolayı  önəmli platformaya çevrilib. Mikayıl Cabbarov bununla bağlı  bildirib ki, cari ilin 9 ayında sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənaye istehsalında payı 19, ixracında isə 23 faizdən çox olub. Bu göstərici sənaye zonalarının artıq neftdənkənar  sənayenin ixrac strukturunda əhəmiyyətli yer tutduğunu göstərir.

Sənaye zonalarında yaradılan müəssisələr yeni məşğulluq imkanlarının formalaşmasına, yerli istehsal zəncirlərinin genişlənməsinə və əlavə dəyərin ölkə daxilində yaradılmasına da töhfə verir. Üstəlik, sənaye zonalarında istehsal olunan məhsulların xarici ölkələrə ixracı Azərbaycanın neftdənkənar  məhsullarının yeni bazarlara çıxmasına və ixrac çeşidinin artmasına imkan yaradır. Bu baxımdan sənaye zonalarının ixracda 23 faizdən çox paya malik olması iqtisadiyyatın şaxələndirilməsi prosesinin konkret nəticələrindən biri kimi diqqəti cəlb edir.

Digər mühüm göstərici vergi daxilolmalarının artmasıdır. Mikayıl Cabbarovun təqdim etdiyi məlumata görə, 2026-cı ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizdən çox artıb. Bu, neftdənkənar  sektorda vergi daxilolmalarının iqtisadi artımla müqayisədə daha sürətlə yüksəldiyini göstərir.  

Əslində, vergi daxilolmalarının artımını yalnız büdcəyə daxil olan vəsaitlərin yüksəlməsi kimi qiymətləndirmək düzgün olmazdı. Üstəlik, bu göstərici iqtisadi fəaliyyətin daha geniş hissəsinin rəsmi dövriyyəyə cəlb olunmasını, vergi ödəyicilərinin sayının və vergi bazasının genişlənməsini xarakterizə edir. Məhz bu baxımdan ƏDV ödəyicilərinin sayında baş verən dəyişiklik xüsusi əhəmiyyət daşıyır. Nazir  qeyd edib ki, 2018-ci ildən bəri ölkədə ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artıb. Bu artım iqtisadiyyatda formal fəaliyyət göstərən təsərrüfat subyektlərinin genişlənməsinin və vergi münasibətlərinin əhatə dairəsinin böyüməsinin  önəmli göstəricilərindəndir.

Proseslərin ən vacib nəticələrindən biri dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının xüsusi çəkisinin artmasıdır. Faktlara müraciət edək:  2021-ci ildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 49 faiz təşkil etdiyi halda 2026-cı ilin 10 ayında həmin göstərici 55 faizi ötüb. Bu müqayisə büdcə gəlirlərinin formalaşmasında neftdənkənar sahənin  rolunun gücləndiyini göstərir. Nazir bildirib ki, dövlət büdcəsinin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildəki 12,9 milyard manatdan 2026-cı ilin təsdiq olunmuş büdcəsində 22,2 milyard manata yüksəlib. Beləliklə, 5 illik bir dövrdə bu sektorda büdcə gəlirlərinin həcmi 9,3 milyard manat artıb. Bu, neftdənkənar sahənin təkcə iqtisadi artımda deyil, dövlətin maliyyə təminatında da rolunun genişləndiyini göstərən mühüm göstəricidir.  Onu da xüsusi qeyd edək ki,  büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu məhz  bu sektordan  daxil olan vergilər hesabına formalaşır. 

Beləliklə, Mikayıl Cabbarovun Milli Məclisə təqdim etdiyi rəqəmlər qeyri-neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatında artan rolunu bir neçə mühüm müstəvidə ortaya qoyur. İxrac potensialının genişlənməsi, vergi daxilolmalarının yüksəlməsi, əmək bazarının rəsmiləşdirilməsi və büdcə gəlirlərinin şaxələndirilməsi iqtisadi inkişafın keyfiyyət göstəricisi olduğuna dəlalət edir. Qarşıdakı dövrdə əsas vəzifə bu dinamikanı qorumaqla yanaşı, neftdəkənar sahədə məhsuldarlığın, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının  artırılmasından ibarətdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir

08:50
18 Noyabr

Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir

08:45
18 Noyabr

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

08:40
18 Noyabr

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

08:35
18 Noyabr

BTC-nin uzun yolunun başlanğıcı 

08:30
18 Noyabr

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar  

21:29
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!