18 Noyabr 2026 08:50
71
Mədəniyyət
A- A+
Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir

Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir


Yazıçı-jurnalist Rəfiqə Sadıqovanın yeni, "Sözüm sizədir" adlı kitabı çapdan çıxıb. Uzun illərdir mətbuatda çalışan bu peşəkar jurnalist həm də maraqlı bədii əsərlərin müəllifidir. Odur ki, təzəcə işıq üzü görmüş kitabı onun ədəbiyyatsevərlərlə növbəti görüşü sayıla bilər.

Əvvəlki kitablarında Rəfiqə Sadıqovanın çoxsaylı hekayələrini, povestlərini oxumuşuq. Bu yeni kitabında isə müəllif tamamilə başqa bir rakursdan çıxış edir.  Kitabda mənəviyyat mövzusunda yazılmış kiçik esselər, hekayələr və qeydlər qələmə alınıb. Yeri gəlmişkən onu da qeyd edək ki,  həmin yazıların bir çoxu "Azərbaycan" qəzetində dərc olunub. Ümumiyyətlə, Rəfiqə xanım "Azərbaycan"ın "Mənəviyyat mövzusunda" rubrikasında davamlı şəkildə çıxış edir.

Elə buradaca vacib bir məqamı da vurğulayaq. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev mənəviyyat və milli-mənəvi dəyərləri dövlətçiliyin və milli varlığın əsas təməl prinsiplərindən biri kimi qiymətləndirir. O, azərbaycanlı üçün mənəviyyatın hər şeydən üstün olduğunu qeyd edir. Xalqımızın bu dəyərləri əsrlər boyu öz qəlbində və əxlaqında yaşatdığını dəfələrlə diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərə, ənənələrə və həyat tərzinə sadiqliyin ölkəmizin əsas istiqaməti və başlıca tendensiyası olaraq qaldığını deyib. Milli ruhlu, sağlam əqidəli gəncliyin Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantı olduğuna əminliyini bildirib.

Rəfiqə Sadıqovanın sözügedən kitabında toplanmış yazılarında əks olunan hadisələr də müəllifin mövzuya məhz bu prizmadan yanaşdığını göstərir. Yazılarda xalqımızın yüzilliklər boyu yaşatdığı ənənələr vəsf olunur, sağlam həyat tərzi dəstəklənir. Təbii ki, ara-sıra, zaman-zaman cəmiyyətdə həmin müqəddəs amalların pozulması hallarına da rast gəlinir. Bunların şahidi olduğu halda Rəfiqə xanım dərhal qələmini götürür. Bir azərbaycanlı xanım, bir ana və fikrini mükəmməl ifadə etməyi bacaran bir yazar kimi etirazını sözü ilə bildirir.

Kitabın annotasiyasında deyildiyi kimi, müəllif oxucunu xeyirxahlıq, dürüstlük, mərhəmət və ədalət kimi ali insani keyfiyyətlər haqqında düşünməyə sövq edir: "Onun qələmində söz yalnız fikri ifadə etmək vasitəsi deyil, həm də insan qəlbinə yol tapan mənəvi qüvvədir. Esse və hekayələr toplusundan ibarət bu kitabda insanın daxili aləmi, həyata münasibəti və mənəvi seçimləri xüsusi həssaslıqla diqqətə çatdırılır. Müəllifin publisistik düşüncələri oxucunu daxili aləminə nəzər salmağa, vicdanı qarşısında hesabat verməyə çağırır".

Biz isə bu deyilənləri yazıların özünə istinadən konkret misallarla göstərək. "Elegiya"dan başlayaq. Rəfiqə xanımın öz anasına ithaf etdiyi elegiyadan. Bu, təkcə yaşa dolmuş bir insanın ana həsrəti, uzaqda qalmış  uşaqlığı barədə kövrək xatirələr deyil. Bu, anasını canı qədər sevən, ananı müqəddəs bilərək hətta cənnəti onun ayaqları altında görən xalqımızın mənəviyyatı haqqında sanballı bir sözdür. Nə qədər yaşa dolsaq da, həmişə ata-ana həsrəti çəkirik. Onlara mənəvi ehtiyacımız həmişə var. Mənəviyyatımız belədir.

Və həm də anasının qədrini bilməyən, onu unudanlara bir örnək, bir mesajdır bu elegiya. Təəssüf ki, cəmiyyətimizdə belələri də var. "Yəqin əlim dəyib..." essesində müəllif anasına bir telefon zəngini belə qıymayan oğulun nankorluğundan danışır. Əli çörəyə çatan, şəhərdə özünə firavan həyat quran oğul anasını nəinki itirib-axtarmır, hətta ana ona zəng vuranda deyir ki, "qısa danış, vaxtım azdır".

Hələ bu nədir ki? İxtiyar yaşlı valideynlərini qocalar evinə "yerləşdirənlər" də var. Dövlətin sahib çıxdığı həmin qocalar orada maddi korluq çəkməsələr də, mənən əzilirlər, mənəviyyatı kasad olan övladlarının laqeydliyi, üzüdönüklüyü ucbatından əzab çəkirlər.

"Sonrakı peşmanlıq"da isə Rəfiqə Sadıqova diqqəti ailədə uşaqların təlim-tərbiyəsi kimi vacib məsələyə cəlb edir. "Təhsil ailədən, valideyndən başlamalıdır", - deyir müəllif. - "Necə? Ona göstərilən diqqət və qayğı ilə. "Vaxtım yoxdur" sözü bu sahədə keçərli ola bilməz, olmamalıdır. Analar telefonları əllərindən yerə qoyub öz müqəddəs işləri, ailəsi ilə qayğılanmalıdır. Rəqabət çeşidli restoran, səyahət, geyim, bahalı kosmetika və estetik-cərrahi müdaxilə sahəsində olmamalıdır. Gələcəyimiz sayılan övladlarımızın təhsilləri, tərbiyələri, sağlamlıqları diqqət mərkəzində saxlanılmalıdır. Çünki bugünkü səhvlərimiz illər sonra geri dönüşü mümkün olmayan vəziyyətə çevrilə bilər. Ataların dediyi kimi, sonrakı peşmanlığın faydası olmaz".

Bir sözlə, Rəfiqə Sadıqova oxucunun diqqətini bu gün cəmiyyətimizi narahat edən ən ümdə mənəviyyat problemlərinə cəlb edir. Onun yazdıqları fantaziya və ritorikadan uzaq bir qələm məhsulu, həyatda gördükləri, eşitdikləri, müşahidə etdikləridir.

Bir daha xatırladaq ki, Rəfiqə xanım peşəkar jurnalistdir. Onun həyatı belə dəqiqliklə müşahidə etməsi həm də bundan irəli gəlir. Və nə xoş ki, o həm də yazıçıdır. Bütün bunları öz bədii təxəyyülü, mükəmməl ifadə tərzi ilə diqqətə çatdırır.

Məşhur yazıçılardan hansısa təvazökarlıqla deyib: "Mən o qədər istedadlı deyiləm ki, qısa yaza biləm".

Rəfiqə Sadıqova yaradıcılığının ən ümdə məziyyətlərindən biri də məhz böyük bir problemi qısa, aydın, lakonik şəkildə çatdırmasıdır. Bu da onun istedadından və təcrübəsindən qaynaqlanır. İndiki hər dəqiqəsi bol məlumatlı, insanların vaxtının az olduğu zamanda maraqlı bir mövzunu oxucuya yığcam və gözəl şəkildə təqdim etməyin özü də ona bir töhfədir.

Yazıçı-jurnalist Rəfiqə Sadıqovanın bu töhfəsindən oxucuların bəhrələnməsini, özünə isə belə dəyərli əsərlərinin davamlı olmasını arzu edirik.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal istiləşmə dağların "buz yaddaşı"nı əridir

08:55
18 Noyabr

Yazıçı-jurnalistin sözü ictimaiyyətin bütün təbəqələrinədir

08:50
18 Noyabr

Müdafiə və milli təhlükəsizlik sistemi büdcə siyasətinin prioritet istiqamətlərindəndir

08:45
18 Noyabr

Əsas hədəf qeyri-neft sektorunun inkişafı olaraq qalacaq 

08:40
18 Noyabr

Azərbaycan və Latviya: ortaq maraqlar və tərəfdaşlıq körpüsü

08:35
18 Noyabr

BTC-nin uzun yolunun başlanğıcı 

08:30
18 Noyabr

COP31: İqlim böhranına qarşı qlobal həmrəylik

08:25
18 Noyabr

Dublin Sammiti Azərbaycanın yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqlədi

08:20
18 Noyabr

İlham Əliyevin güclü Azərbaycan strategiyası

08:15
18 Noyabr

Bakıya olan yüksək etimad Prezident İlham Əliyevin güclü siyasi iradəsinin nəticəsidir

08:10
18 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və sosial perspektivlər

08:05
18 Noyabr

Çoxqütblü dünyada müstəqil siyasət

08:00
18 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:23
18 Noyabr

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin təsdiq edilməsi barədə

00:20
18 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:19
18 Noyabr

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:18
18 Noyabr

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:16
18 Noyabr

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

00:14
18 Noyabr

“Bir pəncərə” informasiya sistemi haqqında ƏSASNAMƏ

00:13
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:11
18 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

00:10
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!