05 May 2026 08:20
170
İQTİSADİYYAT
A- A+
AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib


Mayın 4-də Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib. 

"Tərəqqinin kəsişmə nöqtələri: regionun əlaqəli gələcəyinin formalaşdırılması" mövzusunda keçirilən toplantının rəsmi açılış mərasimində  çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev son illərdə Özbəkistanda əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıraraq, bu uğurların təmin olunmasında beynəlxalq maliyyə institutlarının, o cümlədən AİB-nin rolunu xüsusi vurğulayıb və həyata keçirilən inkişaf layihələrinə göstərilən davamlı dəstəyi yüksək qiymətləndirib.

AİB-nin prezidenti Masato Kanda isə çıxışında bankla Özbəkistan arasında əməkdaşlığın inkişaf etdiyini, 2030-cu ilədək bərpa olunan enerji üzrə hədəflərin icrasında bankın ən etibarlı tərəfdaşlardan biri olduğunu vurğulayıb. O, ötən dövrdə əməkdaşlıq çərçivəsində əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və infrastrukturun yenidən qurulması istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd edərək, növbəti illərdə bu sahələr üzrə AİB-nin dəstəyinin davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İllik toplantı çərçivəsində keçirilən biznes sessiyada AİB-nin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı müzakirə edilib, maliyyə və əməliyyat göstəricilərinin icra vəziyyəti dəyərləndirilib. Eyni zamanda Rəhbərlər Şurası tərəfindən bankın 2026-cı il üzrə büdcəsi təsdiqlənərək, institusional idarəetmə çərçivəsinin gücləndirilməsi və strateji prioritetlərin effektiv icrası ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Biznes Sessiyada çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev toplantının yüksək səviyyədə təşkilinə görə AİB-yə və Özbəkistan hökumətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, AİB 2025-ci ildə mühüm nəticələr əldə edərək, kreditlər, qrantlar, səhmdar investisiyaları, zəmanətlər və texniki yardım daxil olmaqla müxtəlif maliyyə alətləri üzrə ümumilikdə 29,3 milyard ABŞ dolları həcmində öhdəlik götürüb. Bu rəqəm 2024-cü illə müqayisədə 20 faiz artım olmaqla, bankın əməliyyat fəaliyyətinin genişləndiyini göstərir.

S.Babayev AİB-nin maliyyə sektoruna yönəltdiyi vəsaitin 7,3 milyard ABŞ dollarına çatdığını qeyd edərək, bu çərçivədə maliyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, kapital bazarlarının inkişafı və xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığının artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Nazir AİB-nin keyfiyyətli infrastruktur, rəqəmsal transformasiya və regional bağlantının gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, bankın ərzaq təhlükəsizliyi, enerji dayanıqlığı və fiskal sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edən S.Babayev Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlərin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verə biləcəyini qeyd edib. 

İllik toplantının ikinci günündə Azərbaycanın maliyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib. Yaponiyanın maliyyə naziri, AİB-nin Yaponiya üzrə rəhbəri Satsuki Katayama ilə görüşdə iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq, Yaponiyanın regional və qlobal inkişaf istiqamətində konstruktiv mövqeyi, eləcə də AİB daxilində çoxtərəfli inkişaf çərçivələrinə liderlik etməsi yüksək qiymətləndirilib.

Nazir Azərbaycanın AİB-nin maliyyələşdirdiyi infrastruktur və bağlantı layihələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bilik və təcrübə üzrə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. 

Görüşdə iqtisadi əməkdaşlığın karbohidrogen sektorundan kənar sahələr üzrə şaxələndirilməsi üçün mövcud potensial müzakirə olunub. Yapon şirkətlərinin sənaye zonaları, "yaşıl enerji", dekarbonizasiya, yüksək texnologiyalar və innovasiya sahələrinə investisiya imkanları diqqətə çatdırılıb. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri, eləcə də infrastruktur və dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub, bir sıra yapon şirkətlərinin bu sahələrə artıq maraq göstərdiyi qeyd edilib.

Özbəkistan Respublikası Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov ilə keçirilən görüşdə isə Azərbaycan və Özbəkistan Maliyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub və tərəflər arasında yaxın günlərdə əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə olunub.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!