17 Sentyabr 2024 11:00
317
İQTİSADİYYAT
A- A+
Naxçıvanda sahibkarlarla görüş keçirilib  

Naxçıvanda sahibkarlarla görüş keçirilib  


Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə sahibkarlarla 2023-cü il 9 fevral tarixli görüşü xatırladaraq, həmin görüşdə səsləndirilən təkliflər əsasında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın hazırlandığını qeyd edib. Vurğulanıb ki, Dövlət Proqramında logistikanın subsidiyalaşdırılması da Naxçıvanda həyata keçiriləcək iqtisadi islahatların tərkib hissəsi kimi nəzərdə tutulub. Bu istiqamətdə ötən dövrdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkəti ilə müəyyən məsləhətləşmələr aparılıb.

Naxçıvanda gələcəkdə rəqabətədavamlı və ixracyönümlü məhsul istehsalı üçün xüsusi gömrük, vergi güzəştlərinin tətbiq olunacağını diqqətə çatdıran Fuad Nəcəfli istehsal prosesində innovativ texnologiyalardan istifadənin, kadr potensialının gücləndirilməsinin, sənədləşmənin qanunvericiliyə uyğun aparılmasının, tenderlərdə fəal iştirakın vacibliyini vurğulayıb. Bildirilib ki, digər sahələr kimi, sahibkarlıqda da kadr hazırlığı mühüm məsələdir. Kadrların formalaşdırılması, inkişafı üçün yeni yaradılan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin imkanlarından istifadə olunmalıdır.

Görüşdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarların kredit, ixrac-idxal imkanları, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev qanunvericiliyə uyğun gömrük prosedurları barədə məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, irəli sürülən təkliflər üzrə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

"Şeyx Alı"nın ayağı düşərli oldu 

08:55
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!