17 Sentyabr 2024 09:10
636
İQTİSADİYYAT
A- A+
"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı



İşə nüfuzlu beynəlxalq məsləhətçilər də cəlb olunub


Prezident İlham Əliyevin "Yaşıl enerji" mənbələrinin əhatəsinin genişləndirilməsi və 2030-cu ilə qədər enerjisistemdə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması ilə bağlı strategiyasına uyğun olaraq "Azərenerji" kompleks tədbirlər planının icrasına başlayıb. 

"Azərenerji"  ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə,  2028-ci ilə qədər günəş və külək-elektrik stansiyalarının gücünün 1850 meqavata çatdırılması planlaşdırılır. Bu isə enerji sistemində "yaşıl enerji" istehlakının ilin fəsillərinə uyğun olaraq bəzi hallarda 30-60 faizə çatması deməkdir. Nəzərə alınsa ki, günəş, o cümlədən külək-elektrik stansiyalarının istehsalı sırf təbii faktorlarla, yəni havanın günəşli və ya küləkli olub-olmamasıyla bağlıdır, onda 1850 meqavat bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası zamanı dayanıqlılığın və etibarlılığın qorunması, ölkədə enerji istehsalı gücünün sabit saxlanılıb, tələbatın davamlı olaraq təmin edilməsi olduqca əhəmiyyətli məsələdir.

 Məhz gələcəkdə enerji sistemində kataklizmlərin yaranmaması üçün indidən başlayaraq "Azərenerji" ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1850 meqavat "yaşıl enerji"nin enerji sisteminə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlərin icrasını həyata keçirir. Belə ki, ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik  tənzimlənməsində iştirak üçün işlər icra edilməklə yanaşı, "Azərenerji"  tərəfindən istifadə olunan SCADA sistemində yenilənmələr aparılır. Bu məqsədlə yerli mütəxəssislərin hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur. Eyni zamanda "SIEMENS", "General Electric", "MITSUBISHI", "Wartsila" və "EMERSON" şirkətləri ilə birlikdə "Sumqayıt", "Cənub", "Şimal", "Qobu" elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir. WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir. 

Paralel olaraq "Azərenerji" ASC 250 meqavat gücündə batareya saxlanc sisteminin quraşdırılmasına dair texniki məsləhətçi şirkət üzrə beynəlxalq tender elan edib. Eyni zamanda bu günlərdə, SCADA və WAMS/WACS monitorinq və nəzarət sistemlərinin tətbiqi üzrə məsləhətçi xidmətlər və layihələndirməyə dair yeni beynəlxalq tender elan olunması nəzərdə tutulur. 

Bütün bu tədbirlər 1850 meqavat gücündə günəş və külək-elektrik stansiyalarının enerji sisteminə inteqrasiyasında xüsusi rol oynamaqla yanaşı, enerji sistemində "yaşıl enerji" payının ən üst səviyyəyə çıxmasına əlavə töhfə verəcək və enerji sisteminin dayanıqlılığını və etibarlılığını təmin edəcək. 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!