20 Dekabr 2024 18:41
164
İQTİSADİYYAT
A- A+
Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili: COP29-da mühüm nəticələr əldə edilib

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili: COP29-da mühüm nəticələr əldə edilib

Fürsətdən istifadə edərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycan tərəfini bir daha təbrik etmək istəyirəm. Azərbaycanın və digər tərəflərin birgə səyləri sayəsində COP29-da mühüm nəticələr əldə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bakı sıçrayışı” çoxtərəfli yanaşmanın təntənəsidir və COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao iki ölkə arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“COP29-un uğurla keçirilməsi Azərbaycanın gücünü və beynəlxalq təsirə malik olduğunu dünyaya göstərdi, onun neft-qaz ölkəsi kimi yaşıl enerji transformasiyasını təşviq etməyə inam və qətiyyətini nümayiş etdirdi.

ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan Çin Xalq Respublikasının Sədri Si Cinpinin xüsusi nümayəndəsi kimi COP29-da iştirak edib. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və qlobal yaşıl inkişaf sahəsində dünya lideri kimi Çinin bu konfransın keçirilməsində Azərbaycana güclü dəstək verdiyini tam şəkildə əks etdirir.

Çin qlobal ekoloji sivilizasiyanın qurulmasında iştirakçı və liderdir, bu məsələyə öz töhfəsini verir. 2020-ci ilin sentyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin təntənəli şəkildə elan etdi ki, Çin 2030-cu ilə qədər karbon qazı emissiyalarının pik səviyyəsinə və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa çalışacaq. Çin yaşıl enerjiyə keçməsini sürətləndirir. 2023-cü ildə Çində alternativ enerji mənbələri ilə işləyən elektrik stansiyalarının müəyyən edilmiş gücü 1,5 milyard kVt-ı ötəcək. Bu, tarixən kömürlə işləyən elektrik stansiyalarının müəyyən edilmiş gücündən çox olacaq. 2024-cü ildə Çinin şəbəkəyə qoşulmuş günəş elektrik stansiyalarının müəyyən edilmiş gücünün külək stansiyalarının və su elektrik stansiyalarının gücünü ötməklə 850 milyon kVt-dan çox olacağı gözlənilir. Çin dünyanın ən böyük, ən əhatəli və rəqabətədavamlı bərpaolunan enerji sənaye zəncirini qurub. Ardıcıl 16 ildir ki, fotoelektrik modulların istehsalı üzrə dünyada birinci yerdəyik. Dünyada günəş batareyası və modul istehsalının 80 faizindən çoxu, dünya külək turbinləri istehsal gücünün 60 faizi və dünyanın yeni müəyyən edilmiş enerji saxlama sisteminin gücünün 50 faizi Çinin payına düşür.

Prezident İlham Əliyev yaşıl transformasiyaya böyük önəm verir və bəyan edib ki, Azərbaycan 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istixana qazı emissiyalarını 35 faiz azaldacaq, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdıracaq və 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq məqsədinə nail olacaq. Çin tərəfi qeyd edib ki, Azərbaycanda il ərzində günəşli saatların sayı 2400-3200 təşkil edir, Xəzər dənizinin böyük külək potensialı var və bu da günəş və külək enerjisinin inkişafı üçün unikal şərait yaradır. Çin və Azərbaycanda yaşıl inkişaf ideyaları bir-birinə çox uyğundur və yaşıl enerji sahəsində əməkdaşlığın bir-birini tamamlaması göz qabağındadır.

Son illərdə Çin ilə Azərbaycan arasında ekoloji təmiz enerji sahəsində mübadilə və əməkdaşlıq bir sıra ilkin nailiyyətlər əldə etməklə sürətlənib. Ötən ilin oktyabrında Çin şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası uğurla şəbəkəyə qoşularaq ildə 500 milyon kilovat-saat gücündə elektrik enerjisi istehsal edib ki, bu da 110 min ailənin ehtiyacını ödəyəcək və ildə 200 min tondan çox karbon qazı emissiyasını azaldacaq. Bu, Mərkəzi Asiya və Cənubi Qafqazda ən böyük günəş elektrik stansiyasıdır. Bu, yaşıl enerji sahəsində Çin-Azərbaycan əməkdaşlığı çərçivəsində nümunəvi layihəyə çevrilib. 240 MVt gücündə külək stansiyası layihəsi həyata keçirilir. COP29 çərçivəsində Çinin yeni enerji mənbələri sahəsində “Power Construction Corporation” və “China Energy Engineering Group Co., Ltd (Energy China)” kimi böyük şirkətləri Azərbaycanla bir sıra mühüm əməkdaşlıq sənədləri imzalayıb, gələcəkdə ölkədə bir sıra yeni irimiqyaslı enerji layihələrini həyata keçirməyi planlaşdırıblar. Çin şirkəti Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində layihələr üzrə ilk açıq beynəlxalq tenderin - 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası layihəsinin qalibi olub. “China Southern Power Grid International Limited (Honq-Konq)” və “Powerchina Huadong Engineerıng Corporation Limited” şirkətləri Azərbaycan Energetika Nazirliyi ilə enerjinin saxlanması sahəsində anlaşma memorandumu imzalayıblar”, - deyə D.Tao bildirib.

Bakıda 160 BYD elektrik avtobusunun istifadəyə verildiyini və gələcəkdə şirkətin Azərbaycanda elektriklə işləyən avtobuslar istehsal etməyi planlaşdırdığını qeyd edən diplomat deyib edib: “Son vaxtlar getdikcə daha çox Çin şirkətləri və yeni enerji mənbələrinin tədqiqi institutlarının nümayəndələri günəş enerjisi, külək enerjisi, enerjinin saxlanması və yaşıl hidrogen layihələri sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etmək, hökumət idarələri, yerli biznes və qurumlarla dərin mübadilələr aparmaq üçün Azərbaycana səfər edirlər.

“Çin Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə, təmiz enerji sahəsində qlobal tərəfdaşlığının yaradılmasına birgə köməyə, Azərbaycana strateji yaşıl inkişaf məqsədlərinə nail olmağa kömək etməyə və yerli məşğulluğu və əlaqəli sənayelərin inkişafına daha səmərəli kömək göstərməyə ümid edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!