13 Sentyabr 2024 08:00
2095
SİYASƏT
A- A+
Qafqazın ən güclüsü

Qafqazın ən güclüsü

 

Birgə hərbi təlimlər ordumuzun döyüş qabiliyyətini daha da yüksəldir

 

Qafqazda ən güclü orduya malik ölkə olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da Silahlı Qüvvələrinin yüksək modernləşməsi istiqamətində mühüm addımlar atır. Bəşər tarixində ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını yazdıran Azərbaycan bu gün də Silahlı Qüvvələrinin gücünə güc qatmaqdadır.
Müharibədən keçən 4 il ərzində aparılan islahatlar və yeni silahlı birləşmələrin yaradılması, silahlar və müasir texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər döyüş qabiliyyətini daha da yüksəldir.
Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Silahlı Qüvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. 

 

Modernləşmə çox vacib şərtlərdən biridir

 

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq edir ki, modernləşmə çox vacib şərtlərdən biridir. 
Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində bu gün mühüm işlər görülür. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Prezidentin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahlı Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Yəni Cənubi Qafqazda ən güclü ordu Azərbaycana məxsusdur.  
Hazırda Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığının daha da artırılması üçün müxtəlif tədbirlər planı əsasında hərbçilərimiz daxildə və xaricdə təşkil olunan təlimlərə qatılırlar.
Ötən il Azərbaycan Ordusunda 143 taktiki-xüsusi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib. Eləcə də hərbi qulluqçularımız Azərbaycanda və digər ölkələrdə keçirilən 21 beynəlxalq təlimdə iştirak ediblər.
Bu ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. 
Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlərin keçirilməsi həm ordumuzun qüdrətini nümayiş etdirir, həm də döyüş qabiliyyətini, gücünü daha da artırır. 

 

Təlimlər ordunun gücünə güc qatır

 

Bu gün Azərbaycan Ordusu Qafqazda ən müasir ordu hesab olunur. MDB çərçivəsində Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. 
Eyni zamanda dost və qardaş ölkələrlə imzalanmış sənədlərə əsasən, birgə təlimlər də keçirilir. Bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu təlimlərdə ssenariyə uyğun olaraq hərbçilər müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra olunur. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinə, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilir.
Təsdiq olunmuş plana əsasən bu il iyun ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə "Qafqaz Qartalı - 2024" birgə təlimi keçirilib. Təlimin planına uyğun olaraq, hərbçilər müxtəlif döyüş tapşırıqlarını icra ediblər. Belə ki, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. "Qafqaz Qartalı-2024" beynəlxalq təlimində Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib.
Sentyabrın 10-da isə Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub. Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək. Təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər.
Zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi "Sonsuz qardaşlıq- III" çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir. Təlimlər sentyabrın 19-dək davam edəcək.
Göründüyü kimi, ordunun güclənməsində xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Diqqət cəlb edən məqam ondan ibarətdir ki, ehtiyatda olan hərbi mükəlləfiyyətlilər də təlimlərə cəlb edilir və onların hərbi ixtisaslarına uyğun təkmilləşdirilməsi həyata keçirilir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!