30 Dekabr 2024 09:00
275
SİYASƏT
A- A+
Həmrəyliyimiz birliyimizdir

Həmrəyliyimiz birliyimizdir


Prezident İlham Əliyevin diaspor siyasəti dünya azərbaycanlılarının təşkilatlanmasını gücləndirib


Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır. Müasir dünyamızda ayrı-ayrı xalqların, dövlətlərin sülh, əmin-amanlıq, tərəqqi məqsədilə yaxınlaşdığı, habelə bəşər sivilizasiyasının yeni mənəvi dəyərlər, humanizm çalarları ilə zənginləşdiyi, mədəniyyətlərarası dialoqun, etnomədəni müxtəlifliyin qorunmasının zərurətə çevrildiyi bir vaxtda insanların öz kökünə bağlılığı getdikcə daha böyük əhəmiyyət daşıyır. Bu duyğular təkcə insanın doğulduğu coğrafi ərazi ilə şərtlənmir, o, eyni zamanda hər bir fərdin şəxsiyyət olaraq formalaşmasını, dünyaya münasibətini əsaslandıran, başlıca meyarları müəyyənləşdirən birləşdirici amil kimi çıxış edir. 

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə  daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi isə qürurvericidir. 

Dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçünsə ilk növbədə  tarixi Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəcə zəruridir. 

Ümummilli Lider Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir". 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla həmin ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dərinməzmunlu nitq söyləyən Ulu Öndər dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. Həmin dövrdə diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atıldı. 


Diaspor quruculuğu mühüm prioritetdir


Azərbaycanda diaspor quruculuğunun banisi Ulu Öndər Heydər Əliyevdir. Dövlət müstəqilliyinə nail olduğumuz dövrə qədər də xalqımızın təmsilçiləri dünyanın müxtəlif ölkələrində yaşayırdılar, amma onların diaspor quruculuğu imkanları məhdud olmuşdur. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində isə sərhədlərin açılmasından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın sayı daha da artmış, amma diaspor fəaliyyəti sistemli şəkildə təşkil olunmamışdı. 

Zaman o zaman idi ki, müstəqilliyini yenicə qazanmış, qonşu Ermənistan və onun havadarları tərəfindən işğala məruz qalmış, bütün çətinliklərə rəğmən müstəqil dövlət kimi gələcəyə doğru irəliləməyə qərar vermiş Azərbaycanın dünyada tanınmağa, öz tarixi həqiqətlərini, iqtisadi potensialını, resurslarını, mədəni sərvətlərini təqdim etməyə ehtiyacı vardı. 

Baş verən qlobal siyasi hadisələr, ədalətsiz müharibəyə məruz qalmağımız, ölkəmizə və xalqımıza qarşı məkrli siyasi, ideoloji, hərbi təxribatlar planının bütün vasitələrlə hərəkətə gətirilməsi, 20 Yanvar, Xocalı soyqırımları, torpaqlarımızın 20 faizinin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi xaricdəki həmvətənlərimizin ictimai fəallığını artırırdı. Onlar Azərbaycan üçün nələrsə etmək istəyirdilər. Amma birgə fəaliyyətləri məhdud səviyyədə idi. 

Ona görə də 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev diaspor quruculuğu işinə mühüm prioritet kimi yanaşdı. Müxtəlif ölkələrə çoxsaylı xarici səfəri zamanı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşdü. Onlarla səmimi söhbətlər aparır, dünya azərbaycanlılarını bir araya gətirməklə soydaşlarımızın milli həmrəyliyinə, tarixi Vətənə bağlılıq hissinin gücləndirilməsinə çalışırdı. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların timsalında ölkə sərhədlərindən kənarda Azərbaycanın mənafelərini müdafiə edən böyük bir qüvvə formalaşdırırdı. Heydər Əliyev çox gözəl bilirdi ki, diaspor işində insanların təşkilatlanması, icma təfəkkürünün formalaşması, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin dəstəyini hiss etmələri çox mühümdür. Ümummilli Lider dünya azərbaycanlılarını fikirdə, əməldə birliyə, vəhdətə çağırırdı. 

Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət böyük rəhbərin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ümummilli Liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi.

Mütəşəkkilliyi, birliyi isə yalnız vahid ideya, məqsəd və prinsip ətrafında təmin etmək olardı. Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü azərbaycançılıq ideyası milli diasporun formalaşmasına ciddi ideoloji-siyasi və mənəvi zəmin yaratdı. Bu ideya möhkəm dayağa çevrilərək Azərbaycan diasporunun təşkili işini sürətləndirdi, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin ideoloji-siyasi cəhətdən formalaşmasını stimullaşdırdı. Ümummilli Lider dövlətin təkcə öz ərazisində yaşayanlar üçün deyil, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirdi. 

Ulu Öndər bütün dövrlərdə milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək və fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışır, xalqımızı da bu yöndə səfərbər etməyə çağırırdı. Heydər Əliyevin idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.


Fikirdə, əməldə birlik


Azərbaycan diasporu bu gün öz inkişafında birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində mümkün olub. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. 2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının təşkili diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edirdi.

Diasporumuzun yüksək səviyyəyə qaldırılması məqsədilə əsasən alimlər, isə adamları, yaşadıqları cəmiyyətin mədəniyyətinə, incəsənətinə töhfə vermiş soydaşlarımızla əməkdaşlığın qurulmasına və genişləndirilməsinə üstünlük verilir, xüsusən gənclərlə aparılan ideoloji fəaliyyət gücləndirilirdi. Diaspor fəaliyyəti istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirirdi. Dövlətimizin başçısı bütün çıxışlarında bildirir ki, Vətən hər birimizin güvənc yeri, qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək bu gün dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır.


Tarixi qurultay


Qələbəmizin simvolu olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirildiyi əlamətdar gün dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin milli yaddaşına qürur hissi kimi əks olundu. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı proqram xarakterli nitqi ilə dünyadakı bütün soydaşlarımıza gələcəyə doğru aydın istiqamət verdi. Dünya azərbaycanlılarını Vətənin maraqları ətrafında daha da sıx birləşdirdi.

Bu qurultayın məhz Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edirdi. Əvvəla Azərbaycanın tarixi zəfəri bütün dünya azərbaycanlılarının qələbəsi idi. 44 günlük müharibə zamanı hər bir soydaşımızın ürəyi qəlbən, ruhən doğma torpağı ilə döyünürdü. Tarixi Vətən qarşısındakı mənəvi məsuliyyətini duyan yurddaşlarımız qələbəyə töhfə verməyə çalışırdı. Bu da təbii idi. Çünki Azərbaycanın kədəri bütün soydaşlarımızın ümumi kədəri, sevinci isə ortaq sevincidir.

Həmin tarixi anlarda dünya bizi izləyirdi, hamının nəzəri Azərbaycanda idi. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz, yaşadığımız faciələr həmvətənlərimiz üçün də müəyyən nisgillik yaratmışdı. İstəsək də, istəməsək də, məğlubiyyət sıxıntısından qurtula bilmirdik. Bu onilliklərdə ən böyük arzumuz Azərbaycanın itirilmiş torpaqlarının azadlığı, milli qürurumuzun bərpası idi. Müzəffər Ali Baş Komandan ordumuzun gücü ilə Azərbaycanın qələbəsini təmin etdi və milli qürurumuzu özümüzə qaytardı. Bizi bütün dünyaya qalib xalq kimi təqdim etdi. Vətənin zəfəri, misilsiz ruh yüksəkliyi bütün dünya azərbaycanlılarının qəlbini iftixar hissi ilə doldurdu, sarsılmazlığını, qətiyyətini yüksəltdi. 

"Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır", - deyən dövlət rəhbərimiz bir daha bəyan etdi ki, bundan sonra xalqımız müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi yaşayacaq. 

Şuşada keçirilən bu möhtəşəm tədbirin bir önəmli məqamı da vardı. Yada salaq ki, dünya azərbaycanlılarının ilk qurultayı 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdi. Ümummilli Lider bu qurultaydakı dərinməzmunlu çıxışının mühüm bir hissəsində də Qarabağ problemi ilə bağlı fikirlərini soydaşlarımızla bölüşmüşdü. Bildirmişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək. İşğal altındakı torpaqlarımız azad olunacaq. Azərbaycan xalqı öz əzəli-əbədi yurdlarına qayıdacaq.

21 il sonra Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Ulu Öndərin bu ümidinin, gələcəyə müdrik baxışının təntənəsi idi. Eyni zamanda bu gerçəklik bir daha öz təsdiqini onda tapdı ki, Heydər Əliyevin dövlətçilik amalları yerinə yetirilir. Bu böyük dövlət adamının yarımçıq qalmış arzuları həyata keçirilir. Azərbaycan Prezidenti bununla bağlı çıxışında dedi: "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər". 

Bu günün reallığı, dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər qurultayı dövlət başçımızın sözü ilə əməlinin vəhdətini, vədində hər zaman qəti olmasını, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini bir daha əyani şəkildə sübut edirdi. Azərbaycan dövləti bu gün azad yurdlarımızda həyata keçirdiyi quruculuq-bərpa tədbirləri ilə dünyaya tamam başqa gerçəkləri göstərir. Bu gerçəklərin ayrı-ayrı ölkələrin ictimaiyyətinə çatdırılması, dünyada ölkəmizin müəllifi olduğu tarixi reallıqlar haqqında aydın təsəvvürün yaradılması, regionda sülh, əməkdaşlıq, davamlı inkişaf arzusunun təqdim olunması isə dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın hər birinin missiyasıdır. Zəfər qurultayının bir ali məqsədi də bu idi.

İnkişaf, quruculuq tərəfdarı olan ölkələrin sırasının genişlənməsi dünyanın xoşbəxt gələcəyinə zəmanət verir. Bu müqəddəs arzunun yolu isə milli birlikdən, həmrəylikdən və sülhdən keçir.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!