30 Dekabr 2024 08:50
286
SİYASƏT
A- A+
Nailiyyətlər ili

Nailiyyətlər ili


2024-cü il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə xarici siyasətimizdə nəticəyönümlü uğurlar dövlətimizin gücünə əlavə güc qatdı. Ölkəmiz üçün bu il ən çox nə ilə yadda qaldı deyə soruşulsa, təbii ki, bunun Azərbaycanın möhtəşəm evsahibliyi ilə etdiyi COP29 konfransı olması heç kimdə şübhə doğurmur.

Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" olması ilə əlaqədar ölkədə il boyu "yaşıl strategiya" həyata keçirilib. BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına evsahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və uğurla COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti uğur oldu. Bu, ölkə Prezidentinin apardığı mütərəqqi və uğurlu diplomatik siyasət nəticəsində baş verdi. COP29 çərçivəsində qəbul edilən tarixi nailiyyət Bakı Maliyyə Hədəfi, Paris Sazişi çərçivəsində təsis edilən İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi oldu, həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə on illik müzakirələrə son qoydu. Yeni mexanizm vasitəsilə karbon maliyyə axınlarının illik 1 trilyon dollara çatması gözlənilir ki, bu da milli iqlim planlarının həyata keçirilməsi üçün əlavə maliyyə mənbələri yaradır. COP29 İqlim Konfransı Azərbaycanın qlobal səhnədə iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Bakı bu möhtəşəm tədbirə evsahibliyi etməklə yalnız iqlim siyasətində liderlik göstərmədi, həm də qlobal ekoloji strategiyaların inkişafına mühüm töhfələr verdi. COP29 Azərbaycanın on minlərlə qonağı ola biləcək qlobal tədbirləri yüksək səviyyədə həyata keçirə biləcək potensialının olduğunu göstərdi. Bu, həm də Azərbaycanın qətiyyətini və diplomatların iqlim danışıqlarındakı qabiliyyətini dünyaya nümayiş etdirdi.

Ölkədaxili uğurlara nəzər salsaq, Böyük qayıdış proqramının icrası, işğaldan azad olmuş ərazilərdə bərpa, quruculuq işlərinin uğurla davam etdirilməsini xüsusi diqqətə çatdıra bilərik. Bu günədək 167 min hektardan çox ərazi minadan təmizlənib. Dövlət başçısı bu il işğaldan azad olmuş ərazilərə ilk səfərini fevral ayında Xocalı şəhərinə edib. Prezident Xocalı sakinləri ilə görüşüb və tarixi ədalətin bərpa olunmasından danışıb. Daha sonra may ayında Füzuli rayonunda Köndələnçay su anbarı kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşa edilmiş birinci tuneli, Şuşada "Şirin su" hamamının açılışı olub. Məhz 20 Sentyabr Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında da cənab Prezident şəxsən iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Bu il həm də Cəbrayılda ilk yaşayış kompleksi tamamlanıb və mənzillər sakinlərə təhvil verilib. 2024-cü ildə həmçinin dövlətin "Yaşıl enerji" strategiyası çərçivəsində Cəbrayıl və Zəngilanda böyükmiqyaslı günəş və külək-elektrik stansiyalarının tikintisi başa çatdırılıb. Xüsusən, Laçın və Kəlbəcər rayonlarında şəhərsalma və yenidənqurma işləri dövlətin diqqət mərkəzində olub.

Ölkəmiz BMT tərəfindən səsvermə yolu ilə 2026-cı ildə Dünya Şəhərsalma forumuna və Dünya Ətraf Mühit gününə evsahibliyi etmək haqqı qazanıb. Bakıda 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacaq.  

2024-cü il XXI əsrdə müstəmləkəçilik və müstəmləkəçiliyin yeni formaları ilə mübarizə aparan Bakı Təşəbbüs Qrupunun uğurlu advokasiya fəaliyyəti ilə də yadda qalıb. Belə ki, BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyi ərazilərin sayı 18-ə çatıb. 2024-cü ildə Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Bu il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu, son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. Qərbi Azərbaycan İcmasının fəallığı, həmçinin beynəlxalq fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. İcmanın fəaliyyətinin əsasını təşkil edən Qayıdış Konsepsiyasının uğurlu icrası, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi, Barselona, Vyana, Cenevrə, Nyu York, Polşa kimi şəhərlərdə, beynəlxalq tədbirlərdə iştirak, o cümlədən BMT, ATƏT kimi beynəlxalq təşkilatlarla mandatına uyğun əməkdaşlıq icma üçün ilin əsas uğurlarından olub.

Azərbaycanın şaxələndirilmiş diplomatik fəaliyyəti göstərir ki, ölkə yalnız regional layihələrlə kifayətlənməyərək, beynəlxalq arenada fərqli güc mərkəzləri arasında tarazlıq yaratmağa çalışır. BRICS ölkələri ilə qurulan dialoq və əməkdaşlıq həm qlobal miqyasda təsirli inteqrasiyanın bir hissəsi kimi çıxış edir, həm də Azərbaycanın xarici siyasətinin müstəqil və balanslı xarakterini əks etdirir. Bu il Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60 faizini, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15 faizini birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılmış Parlament şəbəkəsi öz işini bu il də uğurla davam etdirib və hazırda ona Milli Məclisin Sədri Sahibə xanım Qafarova rəhbərlik edir. Bu çərçivədə böyükmiqyaslı beynəlxalq tədbirlər keçirilib və Azərbaycan sədrliyi təşkilat daxilində parlament diplomatiyasının gücləndirilməsi və inkişafına dəstək olmaqda davam edir. 

Bu il ölkəmizdə həm prezident, həm də parlament seçkiləri keçirildi. Fevralın 7-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu göstərdi. Sentyabrın 1-də ölkə ərazisində keçirilmiş növbədənkənar parlament seçkiləri də ilk dəfə müstəqil Azərbaycanın bütün suveren ərazilərində baş tutdu və VII çağırış parlament yeni tərkibdə fəaliyyətə başladı. Parlamentimizdə bir çox mütərəqqi qanun layihələri qəbul edildi. İlin sonlarına doğru qəbul edilən "Diplomatik Xidmət" haqqında qanun çağdaş dövrün tələblərinə uyğun hazırlanıb. 

Bu il ərzində qeyri-hökumət təşkilatlarının beynəlxalq sahədə uğurlarını da unutmaq olmaz. Hazırda QHT-lərimiz beynəlxalq mühitin imkanlarından istifadə edərək beynəlxalq tədbirlərdə təmsil olunur, qlobal tədbirlər təşkil edir və keçirir, belə tədbirlərdə müzakirə olunması üçün mövqe sənədləri və ya alternativ hesabatlar göndərirlər. Beynəlxalq təşkilat, fond və konvensiyalara müşahidəçi olur, beynəlxalq təşkilat yaradırlar. Cənubi Qafqaz regionunda təmiz ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən və Ermənistanın qeyri-şəffaf dağ-mədən sənayesi ilə mübarizə istiqamətində "Environmental Protection First" Koalisiyasının beynəlxalq QHT-lərlə uğurlu advokasiya fəaliyyəti də davam edib.  

Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ötən ay ölkəmizdə tarixi nailiyyətlərlə yadda qalan COP29 tədbiri zamanı xüsusi fəallıq nümayiş etdirib, həmçinin konvensiyaya tərəf olan dövlətlərin kollektiv qərarına əsasən, 4 Azərbaycan QHT-si konvensiya yanında daimi əsaslarla müşahidəçi statusu əldə edib. İlin əvvəlində cənab Prezidentin sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi dövlət başçısının QHT-lərə yüksək etimadından və onların cəmiyyətdəki roluna verdiyi önəmdən irəli gəlir.  Ən inklüziv COP-lardan biri kimi yadda qalan COP29-da iştirakçılıq sayına görə 2-ci yerdə QHT nümayəndələrinin olması tədbirin dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi. Bu gün Ulu Öndərin "Azərbaycan dünyaya günəş kimi doğacaq" ifadəsinin gerçəkliyini tam hiss edirik. 


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!