30 Dekabr 2024 09:30
261
CƏMİYYƏT
A- A+
Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə


Qarabağ və Şərqi Zəngəzurda işğalın izlərindən əsər-əlamət qalmır


Vətən müharibəsindən ötən dörd il ərzində işğaldan azad olunan ərazilərdə durmadan  bərpa və yenidənqurma işləri aparılır. Əsas məqsəd Qarabağ və Şərqi Zəngəzuru ölkənin ən müasir və abad yaşayış  zonasına çevirmək, dayanıqlı məskunlaşma üçün rahat yaşayış mühiti yaratmaqdır. 

Artıq Qarabağ və Şərqi Zəngəzurda Böyük qayıdış proqramı çərçivəsində xeyli iş görülüb. 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur, evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur. Qısa müddətdə görülən işlər deməyə əsas verir ki, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması nəzərdə tutulan vaxtda təmin ediləcək, özü də "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarından istifadə olunmaqla. Bunu indiyəcən görülən işlər də sübut edir. 

Görülən işlərə isə Prezident İlham Əliyev şəxsən özü müəlliflik və rəhbərlik edir. Dövlət başçısının regiona hər səfərində neçə-neçə sosial infrastruktur obyektinin təməlinin qoyulması, açılışının edilməsi, bölgənin sürətlə dirçəldilməsi istiqamətində işlərin fasiləsiz görüldüyünün göstəricisidir. Bu baxımdan  2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması istiqamətində görülən işlər də istisna deyil. Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada "Şirin su" hamamının, Mamayı məscidinin istifadəyə verilməsi, Şuşada üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməlinin qoyulması, Laçın rayonunda "Zabux" və "Qarıqışlaq" Kiçik Su-Elektrik stansiyalarının işə salınması cari ildə görülən işlərin az bir hissəsidir. Çünki bunlardan əlavə bu il həmçinin Laçının Sus kəndində 60-a yaxın fərdi ev tikilib, 132 şagirdlik orta məktəb, 50 yerlik uşaq bağçası inşa olunub. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Aşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlləri qoyulub, "Zəngilan" və "Şayıflı" Su-Elektrik stansiyaları fəaliyyətə başlayıb, Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin salınmasına start verilib, Xocalıda 180 mənzildən ibarət 15 bina doğma yurda köç etmiş sakinləri qoynuna alıb. Hələ ilin əvvəlində - mart ayında  Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə  müsahibəsində demişdi: "Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir". 

Sentyabrın 2-də  Kəlbəcərə səfər edən dövlət başçısı bərpa və yenidənqurma işləri çərçivəsində Tərtər çayı üzərində 22,5 MVt gücündə "Yuxarı Vəng" Su-Elektrik Stansiyasının açılışını etmişdir. İşğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində strategiyaya uyğun olaraq tikilən bu stansiya Vətən müharibəsində zəfərdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. "İstisu" mineral su zavodu, 110/35 kV-luq "İstisu" yarımstansiyası, 4,3 MVt gücündə "Zar" və 4,1 MVt gücündə "Toğanalı" kiçik su-elektrik stansiyaları da bu ilin yeni ünvanlarıdır. Üstəlik, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin təməlləri də 2024-cü ildə qoyulub. 

2024-cü ildə Ağdam Sənaye Parkındakı yeni zavodların fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi fonunda Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğunun artırılması deməkdir. Dövlət başçısının təməllərini qoyduğu Kəngərli və Eyvazxanbəyli kəndləri də bu ilin bərpa və yenidənqurma tarixinə yeni səhifələr yazıb. Cəbrayıl şəhərində "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin,  "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməllərini də Prezident qoymuşdur. Bunlardan savayı, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsini, "Sarıqışlaq" Su-Elektrik Stansiyasının fəaliyyətə başlamasını da unutmaq olmaz.

Onu da qeyd edək ki, nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan şəxsən öz imkanları hesabına həyata keçirir. Bu isə dövlətimizin qüdrətini, ölkəmizin imkanını və xalqımızın gücünü göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb  

14:02
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!