17 Sentyabr 2024 09:28
625
DÜNYA
A- A+
Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır



Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Avropa İttifaqına enerji resursları ixracını artırmağa hazır olduğunu bəyan edib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu bəyanat Astanada keçirilən Qazaxıstan - Almaniya biznes forumunda səsləndirilib.

Onun sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci kəşf edilmiş ən böyük neft ehtiyatlarına malikdir və dünya bazarlarına enerji resurslarının iri tədarükçüsüdür.

“Nəzərə alsaq ki, Qazaxıstanın neft ixracının 70 faizi Avropa İttifaqının payına düşür, ölkəmiz ixrac imkanlarını artırmağa və qlobal enerji resursları çatışmazlığının azaldılmasına kömək etməyə hazırdır”, - deyə o bildirib.

Prezidentin sözlərinə görə, Qazaxıstanın strateji mövqeyi onu Avrasiyada ticarət və logistikanın əsas regional mərkəzinə çevirir.

O qeyd edib ki, Orta Dəhliz hazırda 10 milyon ton yükdaşıma potensialı ilə Avropaya ən qısa və etibarlı marşrutdur.

Kasım-Jomart Tokayev Orta Dəhlizi Trans-Avropa nəqliyyat şəbəkəsi və Aİ-nin “Global Gateway” təşəbbüsü ilə əlaqələndirməyi təklif edib ki, bu da Şərq və Qərb arasında artan ticarət həcmini dəstəkləyəcək.

Prezident qeyd edib ki, ötən il Qazaxıstan və Almaniya arasında ikitərəfli ticarət dövriyyəsi 41% artaraq 3,9 milyard dollar təşkil edib. Almaniyanın birbaşa investisiyaları da 64% artaraq rekord səviyyə olan 770 milyon dollara çatıb.

“Ümumi dəyəri 55 milyard dollar olan 66 birgə investisiya layihəsindən ibarət kompleks portfel üzrə razılaşmalar əldə olunub”, - deyə Prezident bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!