17 Sentyabr 2024 12:14
215
DÜNYA
A- A+
Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  


Türkiyə iqtisadiyyatında ən çətin dövr arxada qalıb və hazırda ölkədə ÜDM-in uzunmüddətli artması üçün müvafiq baza formalaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu bəyanatı Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek yerli telekanallardan birinin efirində verib. Onun sözlərinə görə, hökumət hazırkı iqtisadi kursun uğurlu olacağına əmindir. Bu, inflyasiyanın səviyyəsinin azaldılmasına da aiddir. “Məqsədimiz əhalinin rifahının sabit şəkildə artmasını təmin etmək və inflyasiyanın səviyyəsini birrəqəmli göstəriciyə düşürməkdir”, -deyə nazir vurğulayıb.

Şimşek ölkənin xarici borclara ehtiyacının azalmasına səbəb olan ticarət kəsirinin aşağı düşməsinə də diqqət çəkib.

Maliyyə naziri müsbət tendensiyalar arasında Türkiyənin valyuta ehtiyatlarının ötən həftənin sonunda 153 milyard dollara çatmasını da qeyd edib, halbuki ötən ilin mayında bu rəqəm cəmi 98,5 milyard dollar olub. Onun sözlərinə görə, Türkiyə hökumətinin üçillik Ortamüddətli İqtisadi Proqramı yaxın iki ildə qiymət sabitliyinin təmin edilməsini nəzərdə tutur: “Bu gün Türkiyədə deflyasiyanın baş verdiyinin şahidiyik. 2025-ci ilin birinci rübündə inflyasiyanın səviyyəsi 30 faizə düşəcək, gələn ilin sonunda isə qiymət artımının 20 faiz olacağı proqnozlaşdırılır”.

Nazir Türkiyə hökumətinin qarşıdakı iki il üçün prioritetinin makroiqtisadi sabitlik olduğunu vurğulayıb. O deyib: “Bu gün Türkiyə iqtisadiyyatının uzunmüddətli yüksək artımının təməli formalaşır. Bu məqsədə çatmaq üçün Türkiyə hökuməti dövlət xərclərini azaldıb. Cari ildə birbaşa dövlət investisiyalarının həcmi 15 faiz azalacaq. Eyni zamanda, dövlət üç sahədə - kənd təsərrüfatı torpaqlarının suvarılması, “yaşıl transformasiya” və sənaye zonaları ilə dəniz limanları arasında dəmir yolu xətlərinin çəkilməsi istiqamətində xərclərin məbləğini saxlayacaq və hətta onları artıracaq”.

Maliyyə Nazirliyinin rəhbəri əmin edib ki, ilin sonunda dövlət büdcəsinin nəzərdə tutulan xərclərindən kənara çıxma ehtimalı 1 faizdən çox olmayacaq.

Nazir əlavə edib ki, sadə vətəndaşlarla mütəmadi keçirdiyi görüşlərdə ölkədəki iqtisadi vəziyyətlə bağlı ictimai rəyi öyrənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb

12:25
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib  

10:01
17 Sentyabr

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılıb

09:52
17 Sentyabr

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

09:48
17 Sentyabr

Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırıb

09:45
17 Sentyabr

Tokayev: Qazaxıstan Avropaya enerji resurslarının tədarükünü artırmağa hazırdır

09:28
17 Sentyabr

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib  

09:16
17 Sentyabr

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

09:15
17 Sentyabr

"Azərenerji" gələcəyin enerji sisteminin idarə edilməsi üçün islahatlara başladı

09:10
17 Sentyabr

Səmaların Leylası... 

09:05
17 Sentyabr

Zaqatalanın Muğanlı kəndində yeni məktəb binası istifadəyə verildi

09:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!