17 Sentyabr 2024 13:23
211
DÜNYA
A- A+
Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə (“Mpox”) qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin MVA-BN olduğunu açıqlayıb. Peyvəndin epidemiyanın idarə olunmasına kömək edəcəyi gözlənilir.

ÜST-ə bağlı İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupu (SAGE) MVA-BN peyvəndinin 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna biləcəyini vurğulayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.

Meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək olmaz. İlk simptomlar virusa yoluxduqdan sonra 21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, başağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

Qeyd etmək lazımdır ki, “Mpox” virusu avqustun 14-də ÜST tərəfindən “ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İbrahim Kalın: Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa uyğun formada başa çatmalıdır

16:10
17 Sentyabr

Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb - YENİLƏNİB

16:08
17 Sentyabr

Dünya çempionatında qızıl medal qazanmış Azərbaycan gimnastları Vətənə dönüblər

16:05
17 Sentyabr

"Formula 1": Peres Bakıdakı yarış vaxtı xəstəxanaya yerləşdirilib

16:03
17 Sentyabr

Ayxan Hacızadə: Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var

16:00
17 Sentyabr

İcbari tibbi sığorta hesabına yarım ildə 2 min 134 BERA testi icra olunub

15:56
17 Sentyabr

Baş prokuror Xızıda vətəndaşların müraciətlərini dinləyib

15:51
17 Sentyabr

Nazir: Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 49 faiz artıb

15:49
17 Sentyabr

Azərbaycanın kənd təsərrüfatı naziri “Böyük iyirmilik” ölkələri nazirlərinin toplantısında iştirak edib

15:42
17 Sentyabr

Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

15:38
17 Sentyabr

Rumıniya mediası Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

15:15
17 Sentyabr

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

15:04
17 Sentyabr

56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

15:02
17 Sentyabr

İranlı aparıcı işdən qovuldu

14:58
17 Sentyabr

İranda dəhşətli qəza: 10-dan çox ölü, 41 yaralı var

14:55
17 Sentyabr

Bayden Trampla əlaqə saxlaya bilmir 

14:48
17 Sentyabr

Qazaxıstan Prezidenti Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib

14:32
17 Sentyabr

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Cinayətləri öncədən proqnozlaşdıran süni intellekt təqdim edilib

14:11
17 Sentyabr

Makronun impiçmenti ilə bağlı hazırlıq gedir  

13:57
17 Sentyabr

Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib

13:38
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!