17 Sentyabr 2024 15:38
229
DÜNYA
A- A+
Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq


Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenin Komissiyanın yeni tərkibi üçün Avropa Parlamentinə təqdim etdiyi namizədlərdən 11-i qadındır.

"Report" xəbər verir ki, AK prezidenti mətbuat konfransında namizədlərin 40 faizini qadınların təşkil etməsinin balanslaşdırma siyasətinin göstəricisi olduğunu vurğulayıb.

Lyayen vitse-prezidentlərdən dördünün qadın olduğunu da diqqətə çatdırıb: "İlk namizəd siyahısının təxminən 22 faizini qadın, 78 faizini isə kişilər təşkil edirdi. Bu, qəbuledilməzdir. Ona görə də üzv dövlətlərlə işlədik və balansı 40% qadın və 60% kişi səviyyəsinə qədər yaxşılaşdırmağa nail olduq. Bu, göstərir ki, nə qədər irəliləsək də, hələ görüləsi çox iş var. Bunu nəzərə alaraq, altı vitse-prezident təyin etdim. Həmin vitse-prezidentlərdən dördü qadın, ikisi isə kişidir".

AK prezidenti vitse-prezidentlərin kimliklərini də açıqlayıb və qeyd edib ki, Estoniyanın keçmiş Baş naziri Kaya Kallas vitse-prezident olmaqla yanaşı, həm də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək: "İspaniyanın Ekoloji Keçid və Demoqrafik Problemlər naziri Tereza Ribera Təmiz, Ədalətli və Rəqabətli Keçid üzrə vitse-prezident olacaq. Henna Virkkunen isə Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə bu posta yiyələnəcək, Fransanın xarici işlər naziri Stefan Sejurne Rifah və Sənaye Strategiyası üzrə vitse-prezident olacaq, Roksana Minzatunun İnsanlar, Bacarıqlar və Hazırlıq üzrə vitse-prezident pozisiyasını tutması planlaşdırılıb. Raffaele Fitto isə Birlik və İslahatlar üzrə vitse-prezident olacaq".

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

17:56
17 Sentyabr

Baş nazir İrakli Kobaxidze: Qərb bizi şantaj edir

17:44
17 Sentyabr

EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub

17:43
17 Sentyabr

İkiqat olimpiya çempionu 92 yaşında dünyasını dəyişib   

17:41
17 Sentyabr

Eliz Stefanik: Uca Tanrı ikinci dəfə Trampı xilas edib  

17:37
17 Sentyabr

"Tesla"nın elektrikli qatarı təqdim ediləcək

17:35
17 Sentyabr

Almaniyanın yeni kansleri kim olacaq?

17:32
17 Sentyabr

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edib

17:31
17 Sentyabr

XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

17:07
17 Sentyabr

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

17:07
17 Sentyabr

Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 

17:04
17 Sentyabr

Azərbaycan İraqa qızıl ixracını artıra bilər

17:00
17 Sentyabr

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

16:52
17 Sentyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

16:49
17 Sentyabr

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

16:48
17 Sentyabr

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq

16:45
17 Sentyabr

XİN Azərbaycan vətəndaşlarının Şengen vizası ilə bağlı üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

16:41
17 Sentyabr

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
17 Sentyabr

R.G.Xəlilovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:34
17 Sentyabr

S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:33
17 Sentyabr

R.G.Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:30
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!