17 Sentyabr 2024 17:04
415
Təhsil
A- A+
Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 

Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 


İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəb üçün inşa olunan 624 şagird yerlik bina istifadəyə verilib. Yeni məktəb binasında şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən şərait yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni məktəb binasının açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışılıb. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.

Qeyd olunub ki, 1972-ci ildə inşa edilmiş Aranlı kənd 1 saylı tam orta məktəbin binası ötən müddətdə istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində inşa olunan 624 şagird yerlik məktəb binası yeni tədris ilindən şagird və müəllimlərin ixtiyarına verilib.

Məktəbin direktoru Anar Ələkbərov AZƏRTAC-a bildirib ki, əvvəlki məktəb binasındakı çətin şərait, köhnə sinif otaqları, istilik sisteminin sıradan çıxması təhsilə mənfi təsir göstərirdi. Çünki bina istismar müddətini başa vurmuşdu. Lakin indi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün müasir standartlara uyğun yeni bina inşa edilib. “Hazırda məktəbdə 504 şagird təhsil alır. Onlardan 44-ü məktəbə hazırlıq qrupuna, 34-ü isə birinci sinfə qəbul olunanlardır. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya kollektiv adından minnətdarıq”, - deyə məktəb direktoru söyləyib.

X sinif şagirdi Təyyubə Quliyeva da yeni tədris ilinə yeni məktəb binasında başladıqları üçün çox sevinclidir. Deyir ki, əvvəllər məktəbdə təhsil almaq üçün əyani vəsaitlər yox idi, bu da bir sıra çətinliklər yaradırdı: “İndi laboratoriya otaqlarından, avadanlıqdan istifadə edə biləcəyik. Bu şərait biz şagirdlərin daha keyfiyyətli təhsil almasına imkan verəcək. Hər birimiz çox sevinirik ki, artıq bizim də belə gözəl məktəbimiz var”.

Üçmərtəbəli 4 korpusdan ibarət məktəb binası zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib

19:11
17 Sentyabr

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb istifadəyə verilib

18:41
17 Sentyabr

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

18:39
17 Sentyabr

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

17:56
17 Sentyabr

Baş nazir İrakli Kobaxidze: Qərb bizi şantaj edir

17:44
17 Sentyabr

EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub

17:43
17 Sentyabr

İkiqat olimpiya çempionu 92 yaşında dünyasını dəyişib   

17:41
17 Sentyabr

Eliz Stefanik: Uca Tanrı ikinci dəfə Trampı xilas edib  

17:37
17 Sentyabr

"Tesla"nın elektrikli qatarı təqdim ediləcək

17:35
17 Sentyabr

Almaniyanın yeni kansleri kim olacaq?

17:32
17 Sentyabr

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edib

17:31
17 Sentyabr

XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

17:07
17 Sentyabr

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

17:07
17 Sentyabr

Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 

17:04
17 Sentyabr

Azərbaycan İraqa qızıl ixracını artıra bilər

17:00
17 Sentyabr

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

16:52
17 Sentyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

16:49
17 Sentyabr

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

16:48
17 Sentyabr

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq

16:45
17 Sentyabr

XİN Azərbaycan vətəndaşlarının Şengen vizası ilə bağlı üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

16:41
17 Sentyabr

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!